skip to Main Content

Naxçıvan Sahibkarlar Konfederasiyasının İdarə heyətinin iclası keçirilib

Naxçıvan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin Iclası Keçirilib

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə heyətinin iclası keçirilib.

İclasda muxtar respublikada sahibkarlığın inkişafı, istehsal və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların qarşılaşdığı çətinliklər, görülən işlər və əldə olunan nəticələr müzakirə olunub. Konfederasiyanın sədri Vüqar Abbasov çıxışında sahibkarlığın inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər, vergi və rüsumlarda nəzərdə tutulan güzəştlərin tətbiqi, yerli istehsalın təşviqi və sahibkarlar arasında qiymət mexanizminin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, istehsal olunan məhsulların rəqabətədavamlılığının artırılması, daxili bazarda lider mövqeyin qorunması və bu sahədə koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulayıb.

Həmçinin V.Abbasov öz çıxışında sahibkarların müraciətlərinin həlli istiqamətində Konfederasiyanın rolunun əhəmiyyətindən bəhs edərək bildirib ki, sahibkarların maraqlarının müdafiəsi və onlara hərtərəfli dəstəyin davam etdirilməsi əsas prioritet kimi müəyyən edilib. Qurum gələcəkdə də sahibkarlığın inkişafı və yerli istehsalın güclənməsi üçün fəal fəaliyyət göstərəcək. İclasda sahibkarların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi qərara alınıb.

Back To Top