skip to Main Content

“Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib

“Suveren Azərbaycan – Biznesdə Yeni Cığır” Mövzusunda Konfrans Keçirilib

Dekabrın 24-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Konstitusiya və Suverenlik İli”-nə həsr olunmuş “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirib.
Tədbirdə Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Vüqar Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, dövlət qurumlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də iş adamları iştirak ediblər.

Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi anılıb.

ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük Zəfərdən sonra ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafına verdiyi töhfələr, habelə bu proseslərin sahibkarlıq mühiti üçün yaratdığı yeni imkanlardan danışıblar. Çıxışçılar, eyni zamanda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması və biznes təşəbbüslərinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət çəkərək Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və birgə layihələrin genişləndirilməsinin hər iki ölkənin iqtisadi maraqlarına xidmət etdiyini vurğulayıblar.

Daha sonra konfrans panel müzakirələri ilə davam edib.

Back To Top