skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İsrail İstehsalçılar Asossasiyası arasında sənəd imzalandı

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə İsrail İstehsalçılar Asossasiyası Arasında Sənəd Imzalandı

Bu gün Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalandı.

Sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman tərəfindən imzalanıb.

Memorandumda iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında əməkdaşlıq imkanlarının inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Xatırladaq ki, biznes forum bgün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilir.

Back To Top