BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20141123T080000
DTEND;TZID=UTC+4:20141123T170000
DTSTAMP:20260430T014214
CREATED:20180617T224058Z
LAST-MODIFIED:20180617T224151Z
UID:1625-1416729600-1416762000@ask.org.az
SUMMARY:Dünya Bankının rəsmisi M.Musayevlə görüşüb
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  prezidenti Məmməd Musayev  Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Regional Vitze-prezidenti xanım Laura Tak ilə görüşündə Azərbaycanda sahibkarlığın inkişafı\, iş adamlarına yaradılan imkan və şərait\, köməyə ehtiyac duyulan sahələrlə bağlı  öz fikirlərini  bölüşüblər. Görüşdə ölkəmizin özəl sektorunu təmsil edən bir neçə iş adamları da iştirak  ediblər. \nQonağı salamlayan ASK-nın prezidenti Məmməd Musayev Konfederasiyanın fəaliyyəti\, məqsədləri\, həyata keçirdiyi xidmət növləri\, həmçinin gələcək planları barədə  geniş məlumat verib. Görüşdə qonağın diqqətinə çatdırılıb ki\, Beynəlxalq İşəgötürənlər Təşkilatı\, Beynəlxalq Əmək Təşkilatı ilə mütəmadi  əməkdaşlıqla yanaşı Azərbaycan Sahibkarlar Konfederasiyası həmçinin  Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da ölkəmizi  ləyaqətlə təmsil edir. M.Musayev onu da qeyd edib ki\, Konfederasiya sahibkarlığın inkişafına dəstək verməklə yanaşı\, həm də hökumətlə  özəl sektor arasında əlaqələrin yaranmasında bir növ körpü rolunu oynayır. Bu il iyul ayında partnyorlar arasında  2 illik Baş Kollektiv saziş imzalandı. Daima öhdəliklərimizi yerinə yetirilməsi üçün iş aparılır. İndi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə  3 tərəfli  Sosial Şuranın yaradılması istiqamətində  müvafiq tədbirlər görülür. \nM.Musayev ölkədə gender bərabərliyi məsələsinə  də xüsusi diqqət yetirildiyini\, özəl sektorda da bu sahədə  önəmli addımlar atıldığını dilə gətirib. Bildirib ki\,  ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların  sayı  durmadan artır. ASK da öz növbəsində bu  işə xüsusi  diqqət yetirir. Belə ki\, konfederasiyanın tərkibində “Qadın sahibkarlaığın inkişafı” adlı komissiya fəaliyyət göstərir\,onlar daima beynəlxalq aləmdə baş verən  yeniliklər barədə təlimatlandırılır\, konfederasiya tərəfindən komissiya üzvlərinin  xarici ölkələrə səfərləri təşkil edilir. \nGörüş zamanı iş adamları ölkəmizdə sahibkarlara yaradılan əlverişli  şəraitdən söhbət açıblar. Onlar bildiriblər ki\, ölkəmizdə qeyri neft sektorunun inkişafı istiqamətində siyasət uğurla həyata keçirilir. Gələcəkdə isə  qeyri-neft sektorunun arzu olunan səviyyədə inkişafını təmin etmək məqsədilə özəl sektorda Dünya Bankının layihələrinə və dəstəyinə də ehtiyac duyulur. Həmçinin qeyd olunub ki\, ölkədə qadın sahibkarların sayının artması bu sahəyə marağı artırıb. Yeni fəaliyyətə başlayan xanım sahibkarların müasir təlimlərə  ehtiyacı var. Dünya Bankı bu sahədə də Azərbaycan Sahibkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı üzrə”  komissiyanın üzvlərinə kömək etməyə qadirdir. \nGörüşdə  azərbaycanlı iş adamları sahibkarlıq sektorunun üzləşdiyi bəzi problemlərdən də söhbət açdılar. Bildirdilər ki\, korporativ idarə etmə standartları və maliyyə hesabatlarının düzgün hazırlanmasında müəyyən tədbirlərin  görülməsinə də ehtiyac duyulur. Sahibkarlar bu sahədə Azərbaycan hökumətinin xeyli iş gördüyünü\, zəruri maarifləndirici materialların sahibkarlara paylandığını təqdirəlayiqhal  hesab etdilər. Azərbaycanda özəl sektorun inkişafı istiqamətində yeni texnikaların birbaşa alınıb ölkəmizə gətirilməsində maraqlı olduqlarını\, mövcud problemlərin  həllinə kömək olunacağına  ümid etdiklərini dilə gətiriblər. O cümlədən ASK-nın tərkibində fəaliyyət göstərən komissiyalar tərəfindən təklif edilən layihələrin həyata keçirilməsi məqsədilə maliyyə dəstəyinə ehtiyac yarandığını istisna etməyiblər. \nGörüşün sonunda ASK-nın prezidenti M.Musayev qonaqların diqqətinə bir daha çatdırıb ki\, artıq Dünya Bankının maliyyə sektoru ilə yanaşı\,  emal\, nəqliyyat\, xüsusilə də mikro maliyyə sahəsində əməkdaşlıq etməsi arzuolunandır. \nÖzəl sektor haqqında ətraflı məlumat alan Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Regional Vitze-prezidenti xanım Laura Tak ASK-nın  gələcək fəaliyyətinə və iş adamlarına  uğurlar arzulayıb. \n
URL:https://ask.org.az/teqvim/dunya-bankinin-r--smisi-m-musayevl---gorusub/
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2014.11.232-edit.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20141123T080000
DTEND;TZID=UTC+4:20141123T170000
DTSTAMP:20260430T014214
CREATED:20180617T224502Z
LAST-MODIFIED:20180617T224546Z
UID:1628-1416729600-1416762000@ask.org.az
SUMMARY:Anlaşma Memorandumu imzalanıb
DESCRIPTION:Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu  imzalanıb. Memorandum Konfederasiya ilə Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi\, iqtisadiyyatın sürətli inkişafı şəraitində hərtərəfli hazırlığa\, geniş intellektə malik  kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur. \nİmzalanma mərasimində çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov bildirib ki\, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyası əməkdaşlığı vəhdətini nəzərdə tutur. Mikayıl Cabbarov  həmçinin qeyd edib ki\, Təhsil Nazirliyi işəgötürənlərlə\, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir: “Müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına\, sahibkarlıq subyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələr arasında əlaqələrin daha da genişləndirilməsi vacibdir”. \nASK-nın prezidenti Məmməd Musayev isə sahibkarlıq fəaliyyəti üzrə kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyindən söhbət açıb. M. Musayev bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduqlarını  bildirib: “Bu gün ölkədə  ÜDM-də özəl sektorun payı 83%\,dir. Ümumilikdə 500 mindən yuxarı sahibkarlıq subyektləri mövcuddur. Bu o deməkdir ki\, ölkədə biznesin inkişafı üçün əlverişli şərait mövcuddur”.ASK-nın prezidenti Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Elm\, təhsil\, peşə təhsili komissiyası”nın fəaliyyəti haqqında da geniş məlumat verərək\, qarşıda mühüm vəzifələrin mövcudluğunu dilə gətirib. \nSonda Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Təhsil Naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar. \n  \n
URL:https://ask.org.az/teqvim/anlasma-memorandumu-imzalanib/
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2014.11.233-edit.jpg
END:VEVENT
END:VCALENDAR