BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150303T080000
DTEND;TZID=UTC+4:20150303T170000
DTSTAMP:20260429T192507
CREATED:20180617T225703Z
LAST-MODIFIED:20180724T060902Z
UID:1644-1425369600-1425402000@ask.org.az
SUMMARY:Çində Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəliyinin açılması təklif olunub
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev  Çin xalq Respublikasının Azərbaycan Respublikasındakı  səfirliyinin  iqtisadiyyat və kommersiya  ofisinin rəhbəri\, müşavir  Yuy Hunçi ilə görüşüb. \nÇinli qonaqlara Azərbaycan iqtisadiyyatı\, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verən M.Musayev bildirib ki\, bu gün Azərbaycan və Çin arasında çoxtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Görüşdə  Konfederasiyanın fəaliyyətindən və son vaxtlar həyata keçirdiyi layihələrdən söhbət açılıb. ASK-nın prezidenti  bildirib ki\, indiyədək  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  və Çinin özəl sektorunu təmsil edən qurumlar arasında bır sıra görüşlər keçirilmiş\, qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə edilmişdir. Gələcəkdə də  iki təşkilat\, həmçinin  iki ölkə arasında mövcud əlaqələrin\, iqtisadi-ticarət münasibətlərinin genişlənməsinin vacibliyi  dilə gətirilib. Qeyd olunub ki\,  mövcud potensialdan istifadə etməklə\, iki ölkənin özəl sektorunu təmsil edən təşkilatlar  arasında əlaqələri daha da inkişaf etdirmək üçün real imkanlar var və Konfederasiya buna hazırdır.  ASK-nın Çinin Urumçi və Çunsin Ticarət Palataları ilə əməkdaşlıq müqavilələri mövcuddur. Bu əməkdaşlıqdan irəli gələrək  xeyli sayda iş adamı Azərbyacan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Çinin Urumçi şəhərində keçirilən müxtəlif sərgilərdə iştirak etmişlər. Gələcəkdə mərkəzi regionlarlarla  əməkdaşlıq genişlənərsə\, bu da Azərbaycanda özəl sektorun inkişafına öz tövhəsini verər. \nÇin xalq Respublikasının Azərbaycan Respublikasındakı  səfirliyinin  iqtisadiyyat və kommersiya  ofisinin rəhbəri\, müşavir  Yuy Hunçi isə son illər ərzində Azərbaycanın qazandığı iqtisadi uğurların ölkəsinin diqqət mərkəzində olduğunu\, xüsusilə də Orta Asiya və Post Sovet ölkələrində  milli valyutaların devalvasiyası gedən zaman müşahidə olunan \,lakin Azərbaycanda manatın məzənnəsinin sabit saxlanmasını fərəhli hal hesab edib. \nYuy Hunçi Çin və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra daha sürətlə  inkişaf edəcəyinə əminliyini vurğulayıb. Yuy Hunçi deyib ki\, iş adamları yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirməli\, hər iki ölkədəki  böyük potensialdan səmərəli istifadə etməlidir. Qonaq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını\, iki ölkənin iş adamlarının birgə əməkdaşlığı üçün səylərini artıracaqlarını  bildirib.O  qeyd edib ki\, nəinki Çində təşkil edilən sərgilər\, toplantılar\, o cümlədən Azərbaycanda da biznes forumlar\, görüşlər keçirməyi planlaşdırırlar. \nASK-nın bir neçə ölkədə nümayəndəliyinin açıldığını yüksək qiymətləndirən  Yuy Hunçi Konfederasiyanın Çində nümayəndəliyinin açılmasının da arzuolunduğunu qeyd edib. \nGörüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsinə\, sənaye\, kənd təsərrüfatı\, tekstil və turizm  və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılmışdır. Bildirilmişdir ki\, Azərbaycan və Çin  biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstəriləcəkdir. \n
URL:https://ask.org.az/teqvim/cind-az-rbaycan-sahibkarlar-konfederasiyasinin-numay-nd-liyinin-acilmasi-t-klif-olunub/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.03.032-edit.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150303T080000
DTEND;TZID=UTC+4:20150303T170000
DTSTAMP:20260429T192507
CREATED:20180617T230134Z
LAST-MODIFIED:20180724T060818Z
UID:1651-1425369600-1425402000@ask.org.az
SUMMARY:Daşınan əmlak əsaslı kreditləşmə üzrə beynəlxalq təcrübələrin Azərbaycanda tətbiqi müzakirə olunub
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kiçik bizneslərin böyüməsi\, yeni iş yerlərinin açılması \, iqtisadi artıma töhfə vermək üçün bizneslərin maliyyə vəsaitlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində səylərini birləşdirib. \nİsveçrənin İqtisadi Məsələləri üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən IFC-nin Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə daşınan əmlak əsaslı kreditləşməni təşviq etmək məqsədilə “Daşınan əmlak əsaslı kreditləşmə” adlı konfrans keçiriblər. Bu təşəbbüs maliyyə təşkilatlarından alınan kreditlər üçün girov olaraq maşın\, avadanlıq\, mal-məhsul ehtiyatları\, dövriyyədəki mallar\, həmçinin debitor borclar kimi daşınan əmlaklardan istifadə etməyə imkan verəcək. \nTədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə  vətəndaşlara verilən kreditlərin əsasən daşınmaz əmlak üzərindən həyata keçirildiyini vurğulayıb. Lakin bu da müəyyən problemlər ortaya çıxarır. Dünya bankı ilə qurum arasında formalaşdırılan əməkdaşlığın mövcud problemləri aradan qaldıracağını qeyd edib: “Artıq daşınmaz əmlaka kredit verilməsi ilə bağlı dünyada mövcud olan mexanizm tətbiq edilməlidir. Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin olunur və bu maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə Dünya Bankı ilə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək”. \nMəmməd Musayev onu da bildirib ki\, Azərbaycanda girov məqsədləri üçün geniş istifadə olunmayan daşınan aktivlər adətən yaxşı likvidliyə malikdir və maliyyə məlumatı zəif olan müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarını artıra bilər. Bu konfrans daşınan əmlak əsaslı kreditləşmə üzrə beynəlxalq qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqini müzakirə etmək üçün platforma yaradacaq. Azərbaycanda kreditlərin çoxu torpaq və digər daşınmaz əmlak təminatı əsasında verilir. Bu da girov kimi təklif etməyə daşınmaz əmlakı olmayan kiçik bizneslərin əksəriyyəti üçün mühüm məhdudiyyətlər yaradır. \nDaşınan əmlak əsaslı maliyyələşmə üzrə beynəlxalq mütəxəssis Saymon Tompson qeyd edib ki\, bu konfrans bizim Azərbaycanda sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması istiqamətində birgə həyata keçirdiyimiz tədbirlərdəndir. Kiçik bizneslərə məxsus olan daşınan əmlakların dəyərindən istifadə həmin biznes müəssisələrinə və həmçinin kredit təşkilatlarına çox müsbət təsir edə bilər. Bu kiçik şirkətlər üçün yeni maliyyə imkanlarını\, kreditorlar üçün öz müştəri bazalarını artırmaq üçün şərait yarada bilər. \nDaha sonra çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının Təminatlı Əqdlər üzrə Mütəxəssisi Aqil Abdullayev daşınan əmlaka tətbiq ediləcək kreditləşmənin əhalinin iqtisadi inkişafını sürətləndirəcəyini deyib. Bunun üçün banklar və digər kredit təşkilatlarının maraq yaratmalı olduğunu qeyd edib: \nTədbirdə səslənən yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb. \n  \n  \nGünel Yusifqızı \n  \n
URL:https://ask.org.az/teqvim/dasinan-mlak-sasli-kreditl-sm-uzr-beyn-lxalq-t-crub-l-rin-az-rbaycanda-t-tbiqi-muzakir-olunub/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.03.034-edit.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150303T080000
DTEND;TZID=UTC+4:20150303T170000
DTSTAMP:20260429T192507
CREATED:20180617T230329Z
LAST-MODIFIED:20180617T230329Z
UID:1655-1425369600-1425402000@ask.org.az
SUMMARY:Xocalı soyqırımı qurbanları yad edilib
DESCRIPTION:Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Natəvan Məmmədova bildirib ki\, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq\, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir\, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. N.Məmmədova qeyd edib ki\, XX əsrin faciəsi olan Xocalı soyqırımı da həmin cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil\, bütün insanlığa\, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab olunur. Xocalı soyqırımı əsrin Xatın\, Xirosima\, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. \nASK-nın Baş katibinin müavini Mehman Mehmanov mövzu ilə bağlı çıxış edərək\, o dövrdə baş verən siyasi oyunlardan söhbət açıb. M.Mehmanov bu qətliamın bütün dünyanın gözü qarşısında baş verdiyini və inkarı mümkün olmayan sənədlər ortada olduğunu dilə gətirib. İnsanlıq tarixi 100 illər boyunca neçə dəfə can itkisinə şahidlik edib. Tədbirdə qeyd olunub ki\, 106-sı qadın\, 63-ü uşaq\,70 qoca olmaqla 613 nəfər Azərbaycan türkü işgəncələrlə qətlə yetirilib. Qadın\, uşaq\, kişi demədən Xocalıda yaşayan sivil əhalinin kütləvi qətli\, 487 nəfərin yaralandığı və 1275 nəfərin girov götürüldüyü\, 150 nəfərin itkin düşdüyü bu vəhşilik şahidlərinin zehnindən hələ də getmir. \nÇıxışçılar deyiblər ki\, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar\, dünya dövlətlərinin parlamentləri erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir. \n  \n
URL:https://ask.org.az/teqvim/xocali-soyqirimi-qurbanlari-yad-edilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.03.03-edit.jpg
END:VEVENT
END:VCALENDAR