BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150408T080000
DTEND;TZID=UTC+4:20150408T170000
DTSTAMP:20260429T175122
CREATED:20150407T232600Z
LAST-MODIFIED:20180617T232914Z
UID:1671-1428480000-1428512400@ask.org.az
SUMMARY:“Yeni imkanlar yaradan çağırışlar” adlı seminar keçirilib
DESCRIPTION:MDB məkanında mövcud son proseslər\, qonşu dövlətlərdə milli pul vahidlərinin kəskin şəkildə ucuzlaşması Azərbaycan iqtisadiyyatına və milli valvutasına öz təsirini göstərmişdir. 24 fevral 2015-ci il tarixdəölkə Prezidenti İlham Əliyev  Mingəçevir şəhərinə səfər edərkən bütün bu və ya digər məsələlərə aydınlıq gətirərək xalqımızı  mümkün  risklərdən qorumağın son dərəcə  vacib olduğunu bəyan etmişdir. \nQeyd olunan islahatların elmi təhlili və praktik təşviqi məqsədilə Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası (ASK)   “Paşa Bank”ın dəstəyi ilə “Yeni imkanlar yaradan çağırışlar” adlı seminar keçirib. \nMüzakirə olunan mövzunun aktual xarakter daşıdığını deyən  Azərbaycan Sahibkarlar Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki\, ölkəmizdə  sahibkarlar üçün yaradılan şərait dünyada baş verən proseslərdən qurtulmaq istiqamətində  böyük imkanlar yaradır. \nMilli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə isə diqqətə çatdırıb ki\, sahibkarlığa dəstəyin artırılması\, yerli iqtisadiyyatın daha da  inkişafı üçün yeni imkanlar var. Komitə sədri vurğulayıb ki\, Azərbaycanla Türkiyənin apardığı iqtisadi siyasət ilk növbədə ölkələrimizin maraqlarına cavab verir. \nİqtisadiyyat və Sanaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki\, regionlarda yeni mərkəzlərin yardılması sahibkarlar üçün geniş imkanlar açacaq. Ölkədə UDM  80 %-ın sahibkarların payına düşməsi\, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət \,son illər kənd təssərrüfatı sahəsində reallaşdırılan layihələr gələcək də yeni imkanların artmasına müsbət təsir göstərən amillərdir. \n“Paşa Bank”ın departament direktoru Melih Mengü və digərləri müasir dünyada gedən iqtisadi proseslərin fonunda yeni imkan və çagırışların faydalı nəticələrindən danışıblar. Seminarda “Qlobal iqtisadi göstəricilər və düzgün mövqe” mövzusunda müzakirələr aparılıb. \nDaha sonra Strateji Araşdırmalar Mərkəzinin Direktoru  Fərhad Məmmədovun moderatorluğu ilə  “Qlobal iqtisadi göstəricilər və düzgün mövqe“ adlı 1-ci panel öz işinə başlayıb.Türkiyənin Rönesans İnkişaf və İdarəçilik Elmləri İnstitutunun Prezidenti Canip Altay\,İqtisadiİslahatlar Elmi-Tədqiqat İnstitutunun Direktoru Vilayət Vəliyev maraqlı təqdimatla çıxış ediblər. \nTədbirə məruzəçi qismində Türkiyədən “Rönesans” İnkişaf və İdarəçilik Elmləri İnstitutunun direktoru Canip Altay və araşdırmaçı Nədim Narlı çıxış ediblər. \nMəlumat üçün bildiririk ki\, “Rönesans” İnkişaf və İdarəçilik Elmləri İnstitutu Türkiyədə ilk sertifikat proqramlarını həyata keçirən qurum kimi 10 ildən artıq fəaliyyət göstərir. Bu qurum müxtəlif şirkətlərin təşkilati\, təhsil və s. bağlı müraciətlərini nəzərə alaraq dünya standartlarına uyğun təlimlər təşkil edir. \n“Qlobal maliyyə çağırışları: yeni imkanlar” adlı 2-ci paneldə başlayıb. ASK-nın Maliyyə institutları ilə iş komissiyasının Sədri Zakir Nuriyev\, Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru  Cavanşir Abdullayev çıxış  ediblər. Natiqlər bildiriblər ki\, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər\, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. 2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhranı Azərbaycanı ciddi sınağa çəkmiş\, lakin Hökumət uyğun islahatlar və iqtisadi qərarlar hesabına Azərbaycanın cari maliyyə böhranından daha az zərər çəkməsi üçün bir sıra addımlar atmışdır. \n“Rönesans” İnkişaf və İdarəçilik Elmləri İnstitutunun direktoru Canip Altay və Nədim Narlı  son 25 ildə dəyişiklikləri sürətləndirən faktorlar\, ətrafımızda baş verən geriliklərin səbəbi\,bütün bunlara nə vaxt son qoyulacaq\,neftin qiymətinin düşməsinin səbəbləri\, EURO/DOLLAR  pariteti (bərabərliyi) 1 ildə  30 faiz geriləməsi\, son 25 ildə dəyişən vəziyyətin şirkətlərimizə təsiri (dəyər və faiz ilə bağlı təsirlər)\, qlobal İqtisadiyyat niyə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçid yolları  və s. kimi mövzularda müzakirələr apararaq\, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. \n
URL:https://ask.org.az/teqvim/yeni-imkanlar-yaradan-cagirislar-adli-seminar-kecirilib/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.04.08-edit.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150408T080000
DTEND;TZID=UTC+4:20150412T170000
DTSTAMP:20260429T175122
CREATED:20180619T020030Z
LAST-MODIFIED:20180713T062136Z
UID:2464-1428480000-1428858000@ask.org.az
SUMMARY:08-12 aprel 2015-ci il tarixlərində Türkiyənin Antalya şəhərində “2-ci Beynəlxalq Kənd Təsərrüfatı\, Ərzaq və Qastranomiya Konqresi” keçiriləcəkdir.
DESCRIPTION:Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat üçün bildirir ki\, 08-12 aprel 2015-ci il  tarixlərində Türkiyənin Antalya şəhərində “2-ci Beynəlxalq Kənd Təsərrüfatı\, Ərzaq və Qastranomiya Konqresi” keçiriləcəkdir. Türkiyə Kənd Təsərrüfatı və Ərzaq Konfederasiyasının təşkil etdiyi\, Türkiyə Respublikası Başnazirlik  Təbliğat Fondu tərəfindən dəstək verilən konqresə 80 ölkədən 80 universitetin təmsilçiləri\,  müxtəlif sahələri təmsil edən iş adamlarının qatılması nəzərdə tutulur. \nAzərbaycanda  fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. \nSözügedən tədbirdə iştirak edəcəyiniz təqdirdə vaxt məhdudluğunu nəzərə alaraq\, qısa müddət ərzində şirkətinizi təmsil edəcək şəxsin adını\, soyadını və vəzifəsini Azərbaycan Sahibkarlar Konfederasiyasına  bildirmənizi xahiş edirik. \nƏlavə məlumat üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına  müraciət edə bilərsiniz. \n  \n         Əlaqələndirici şəxs: Faiq Səmədov \n         Tel: (012) 465 72 43 \n         E-mail: fsamadov@ask.org.az \n  \n
URL:https://ask.org.az/teqvim/08-12-aprel-2015-ci-il-tarixl-rind-turkiy-nin-antalya-s-h-rind-2-ci-beyn-lxalq-k-nd-t-s-rrufati-rzaq-v-qastranomiya-konqresi/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/png:https://ask.org.az/wp-content/uploads/2018/06/5.6._aaheader.png
END:VEVENT
END:VCALENDAR