BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150805T080000
DTEND;TZID=UTC+4:20150805T170000
DTSTAMP:20260429T115851
CREATED:20180618T002022Z
LAST-MODIFIED:20180712T065029Z
UID:1724-1438761600-1438794000@ask.org.az
SUMMARY:Quşçuların Beynəlxalq Forumu keçirilib
DESCRIPTION:Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və  Avroasiya Quşçular Assosiasiyasının təşəbbüsü ilə 5 avqust 2015-ci il tarixdə  “Quşçuların Beynəlxalq Forumu”  keçirilmişdir. \nQuş istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühim hadisə hesab olunan  forumda quşçuluqda yemlənmə\, baytarlıq\, zootexnika və müasir avadanlıqlarla təhcizat  məsələləri  müzakirə olunmuşdur. \nTədbirdə hökumət nümayəndələri\, eləcə də avadanlıq\,  yem əlavələri\, baytarlıq preparatları təchizatçısı olan MDB və uzaq xarici dövlətlərin\, habelə digər maraqlı şirkətlərin\, Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının və Avroasiya Quşçular  Assosiasiyasının üzvü olan müəssisələrin\, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak etmişlər. \nForumun təntənəli açılışı ilə əlaqədar çıxış edənlər bu tədbirin xüsusi əhamiyyət daşıdığını  vurğulayıb\, təməli  qoyulan əlaqələrin gələcəkdə öz bəhrəsini verəcəyinə əmin olduqlarını bildirdilər. \nTədbiri açıq elan edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki\, Azərbaycanda quşçuluq sahəsi son 15 ildə sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı\, xarici ölkələrə ixrac potensialı da yaradıb. İntensiv inkişaf sayəsində ölkə  98% quş əti\, 100% yumurta istehsalı ilə özünü təmin edir. \nForumda bildirilib ki\, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır\, ilkin olaraq MDB ölkələrinə çıxış  nəzərdə tutulub. \nTədbirdə o da qeyd olunub ki\, ölkədə ilk dəfədir kənd təsərrüfatı sahəsində quşçuluq daxili tələbatı ödəməklə yanaşı\, xaricə ixrac imkanı da yaradıb. \nBeynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası ilə Avroasiya  Quşçuluq Assosiasiyası  arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan Sahibkarlar Konfederasiyasının  prezidenti Məmməd Musayev və Avroasiya  Quşçuluq Assosiasiyasının prezidenti  Sergey Şabayev imzalayıblar. Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla\, bu sahədə analitik məlumatların hazırlanması\, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək. \nDaha sonra forum ayrı-ayrı sesiyalarla öz işini davam etdirib. \n  \n
URL:https://ask.org.az/teqvim/quscularin-beyn-lxalq-forumu-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.08.05-edit.jpg
END:VEVENT
END:VCALENDAR