BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160425T080000
DTEND;TZID=UTC+4:20160425T170000
DTSTAMP:20260428T221759
CREATED:20180618T224252Z
LAST-MODIFIED:20180618T224252Z
UID:2225-1461571200-1461603600@ask.org.az
SUMMARY:“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilmişdir
DESCRIPTION:Məlum olduğu kimi\, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən\, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı\, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi\, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının\, beynəlxalq təşkilatların\, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri\, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak etmişdir. \nKonfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş\, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim\, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilmiş\, abidəsi önünə çiçək dəstələri düzülmüşdür. Konfrans iştirakçıları həmçinin\, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmiş\, “Əbədi Məşəl” kompleksinə əklil qoymuşlar. \n“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. \nSonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək\, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını\, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlərin\, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulamışdır. “Sahibkarlar günü”nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarlarının adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq etmiş\, dövlət başçısının sahibkarlara göstərdiyi dəstəyin ölkə iqtisadiyyatında özəl sektorun rolunu daha da artıracağını vurğulamışdır. \nİqtisadiyyat naziri Şahin Mustafayev çıxışında “Sahibkarlar Günü”nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin\, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulamışdır. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin digər sahələrdə olduğu kimi\, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışan nazir Şahin Mustafayev ulu öndərin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarların özəl bölmənin formalaşmasında mühüm əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki\, Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan “Sahibkarlar Günü” də məhz aprelin 25-də təsis olunmuşdur. Diqqətə çatdırılmışdır ki\, ümummilli liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi\, iqtisadi və mədəni mərkəzinə\, sahibkarlar isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Səmərəli dövlət dəstəyi tədbirləri\, o cümlədən vergi güzəştlərinin tətbiqi\, subsidiyaların verilməsi\, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi\, sənaye parklarının və məhəllələrinin\, aqroparkların\, biznes-inkubatorların yaradılması\, maarifləndirici tədbirlər\, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i\, məşğulluqda isə 74%-i ötmüş\, ölkə iqtisadiyyatı şaxələnmiş\, özünütəminat səviyyəsi yüksəlmişdir. \nAparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Şahin Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki\, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması\, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi\, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması\, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması\, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir. \nMilli Məclisinin İqtisadi siyasət\, sənaye və sahibkarlıq komitəsinin sədri\, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı\, biznes mühitinin daha da yaxşılaşdırılması\, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulamışdır. \nKənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında aqrar sahədə sahibkarlığın inkişafından danışmış\, Azərbaycan dövlətinin daim\, xüsusilə də yeni iqtisadi şəraitdə sahibkarlara dəstəyini davam etdirdiyini vurğulamışdır. \nDövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarların işinin asanlaşması üçün gömrük sahəsində son zamanlar aparılan islahatlardan danışmışdır. \nNazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov isə sahibkarlığın inkişafı istiqamətində son zamanlar həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. \nBeynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat vermiş\, özəl bölmənin daha da inkişaf etdirilməsinə dair təkliflər səsləndirmişdir. \nKonfransda çıxış edən sahibkarlar – “Azersun Holdinq” MMC-nin prezidenti Abdulbari Goozal\, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev\, “Karat Holdinq” MMC-nin direktoru Taleh Qasımov\, “NEON” firmasının baş direktoru Arif Həsənov\, “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov və digər sahibkarlar\, Azərbaycan Mikromaliyyə Assosiasiyasının\, Azərbaycandakı Amerika Ticarət Palatasının\, Azərbaycan Banklar Assosiasiyasının\, ATİB-in\, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini\, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirmiş\, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya\, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə\, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər. \nSonra özəl bölmənin inkişafı perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. \nTədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir. \n  \n  \n  \nAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə \nAzərbaycan Respublikasında “Sahibkarlar günü”nə həsr olunmuş konfransda \niştirak edən sahibkarların \nMÜRACİƏTİ \n  \nMöhtərəm cənab Prezident! \nMüasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Sizin tərəfənizdən böyük müdriklik və uzaqgörənliklə davam etdirilən ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan  biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması\, sahibkarlığın inkişaf etdirilməsi tədbirləri iş adamlarını yeni-yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində irihəcmli layihələr həyata keçirməyə həvəsləndirir\, bununla da ölkənin sosial-iqtisadi inkişafına sahibkarların töhfəsi artır. \nMəhz  2002-ci ilin aprel ayının 25-də Ümummilli Liderin iş adamları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq qəbul edilmiş Dövlət Proqramı\, imzalanmış bir sıra mühüm fərmanlar və qəbul edilmiş qərarlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir. \nSizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki\, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi\, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq\, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması\, qanunvericiliyin təkmilləşdirilməsi\, inzibati prosedurların sadələşdirilməsi\, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür. \nXüsusilə son dövrlərdə Sizin təşəbbüsünüzlə yoxlamaların iki il müddətinə dayandırılması\, lisenziyaların və icazələrin sayının minimuma endirilməsi\, onların verilməsi prosedurlarının asanlaşdırılması və şəffaflaşdırılması\, investisiyaların və ixracın təşviqi\, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi və digər mühüm qərarlar sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. \nBu siyasətin davamı olaraq\, 21 aprel 2016-cı il tarixli Sərəncamınızla hər il aprelin 25-i tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə qərarınız  sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla bərabər\, sahibkarların cəmiyyətdəki nüfuzunu daha da artıracaqdır. \nMöhtərəm cənab Prezident! \nBiz\, Azərbaycan Respublikasında “Sahibkarlar günü”nəhəsr olunmuş konfransda iştirak edən sahibkarlar Sizi əmin edirik ki\,  sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək\, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək\, yaratdığınız əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın daha da qudrətlənməsi və çiçəklənməsi üçün səfərbər edəcəyik. \nMüraciət 25 aprel 2016-cı il tarixində keçirilmiş Azərbaycan Respublikasında “Sahibkarlar günü”nə həsr olunan konfransda qəbul edilmişdir. \n  \n  \n  \n
URL:https://ask.org.az/teqvim/sahibkarlar-gunun---h--sr-olunmus-konfrans-kecirilmisdir/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.04.25.jpg
END:VEVENT
END:VCALENDAR