BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160723T080000
DTEND;TZID=UTC+4:20160724T170000
DTSTAMP:20260428T193112
CREATED:20180619T014201Z
LAST-MODIFIED:20180720T080600Z
UID:2428-1469260800-1469379600@ask.org.az
SUMMARY:Tehranda ərzaq məhsulları sahəsi üzrə  Biznes Forum keçiriləcək
DESCRIPTION:Məlumat üçün bildiririk ki\, 23-24 iyul 2016-cı il tarixlərində Tehranda ərzaq məhsulları\, içkilər\, şirniyyatlar\, meyvə-tərəvəz və quru meyvə sahələri üzrə fəaliyyət göstərən aparıcı biznesmenlər\, sahibkarlar və şirkət rəhbərlərinin iştirakı ilə Biznes Forum keçiriləcəkdir. \nQeyd edək ki\, dəvət olunan şəxslərin 2 gecə və 3 gün ərzində İranda dörd ulduzlu oteldə qalması\, sığortalanması\, səhər yeməyi\, tərcüməçi və bələdçi xidmətlərindən və daxili nəqliyyatdan istifadə etməsi (hava limanı və sərgi mərkəzi istiqamətlərində) ilə bağlı xərclər tədbir təşkilatçıları tərəfindən ödəniləcəkdir. \nSizi sözügedən Biznes Forumda iştiraka dəvət edirik. Tədbirdə iştirak edəcəyiniz təqdirdə 19  iyul 2016-cı il tarixinə qədər Azərbaycan Sahibkarlar  Konfederasiyasına  məlumat verməniz xahiş olunur. \n  \nƏlaqələndirici şəxs: Nurlana Həsənova \n         Tel: 012 465 72 42/43 \n         E-mail: nhasanova@ask.org.az \n  \n
URL:https://ask.org.az/teqvim/sahibkarlarin-nezerine-12/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/04-ff-municipality_683-ab.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160724T080000
DTEND;TZID=UTC+4:20160724T170000
DTSTAMP:20260428T193112
CREATED:20180618T222220Z
LAST-MODIFIED:20180618T222220Z
UID:2199-1469347200-1469379600@ask.org.az
SUMMARY:Gəncə şəhərində Fermerlər üçün təlim keçirilib.
DESCRIPTION:23 iyun 2016-ci il tarixdə Gəncə şəhərində  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə  “Aqrar sahədə yeni yanaşmalar vasitəsilə effektivliyin artırılmasına yardım” mövzusunda fermerlər üçün təlim keçirilib. Təlimdə  maliyyə savadlılığı\, biznes planın təşkili\, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilib.Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 55-dən çox fermer iştirak ediblər. \nAzərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə  şəhəri üzrə nümayəndəsi Afina Babayeva  və ASK-nın Baş hüquqşünası Xəqan Hümmətzadə çıxış edərək Azərbaycan Sahibkarlar Konfederasiyası və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə\, sığorta\, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki\, bu layihə çərçivəsində ilk tədbirimizi Gəncə şəhərində təşkil edirik. Qeyd olunub ki\, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi  kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə\, sığorta\, İKT\, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə  təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə  4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilmişdir. \nAMFA-nın İdarə Heyətinin Sədri\, ekspert Süleyman Kələşov Azərbaycanda Kənd təsərrüfatının mövcud vəziyyəti\, sahənin gələcək inkişaf perspektivləri \, fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması\, fermerlərin maliyyə savadlılığının artırılması\, kənd təsərrüfatına\, eləcə də fermerlərə və sahibkarlara Dövlət dəstəyinin genişləndirilməsi\, biznes planın hazırlanması\, onun icrası\, pul vəsaitlərindən düzgün istifadə edilməsinin təşkili barədə fermerlərin maarifləndirilməsi\, bu sahədə uğurlu təcrübənin təşviqi\, habelə kənd təsərrüfatında yaranan risklər və onların ölçülməsi\, kənd təsərrüfatı məhsullarının sığortalanması məsələlərinin\, həmçinin sahibkarların mövzu ilə əlaqədar fikirlərinin\, təklif və tövsiyyələrinin öyrənilməsi ilə bağlı çıxış etmişdir. \nQeyd edək ki\, tədbir iki gün davam edib. \nTədbirin ikinci günü Gəncə Aqro Biznes Assosiasiyasının əməkdaşı Yalçın Nəsibov  kənd təsərrüfatı kooperasiyalarının yaradılması\, aqrar sahədə ixracın təşkili mövzularında təqdimatla çıxış edib. \nTədbirdə maraqlı  müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. \n  \n
URL:https://ask.org.az/teqvim/g--nc---s--h--rind---fermerl--r-ucun-t--lim-kecirilib/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.06.24.jpg
END:VEVENT
END:VCALENDAR