BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160804T080000
DTEND;TZID=UTC+4:20160804T170000
DTSTAMP:20260428T180543
CREATED:20180618T221546Z
LAST-MODIFIED:20180618T221546Z
UID:2190-1470297600-1470330000@ask.org.az
SUMMARY:Yeni əməkdaşlıq müqaviləsinə imza atılıb
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse prezidenti Vüqar Zeynalov və Heylunszyan əyalətinin beynəlxalq ticarət üzrə Çin komitəsinin Baş katibi Quan Heylin arasında baş tutan görüşdə gələcək   əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi  aparılıb. \nHəyata keçirilən irimiqyaslı layihələr haqqında ətraflı məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti  Vüqar Zeynalov bildirib ki\, icra edilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb: “Əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Azərbaycan Sahibkarlar Konfederasiyasıiş planına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını  daim gücləndirir. Odur ki\, xarici tərəfdaşlarla əməkdaşlıq Konfederasiya üçün olduqca əhəmiyyətlidir. \nGörüş zamanı qarşılıqlı işgüzar əlaqələrin daha da genişləndirilməsi\, növbəti layihələrdə də konfederasiya ilə yaxından əməkdaşlıq imkanları müzakirə edilib. Birgə təşkil ediləcəkmüxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaradacağı bildirilib. \nHeylunszyan əyalatinin beynəlxalq ticarət üzrə Çin komitəsinin Baş katibi Quan HeylinAzərbaycanla əməkdaşlıqda son dərəcədə maraqlı olduqlarını\, iki ölkənin iş adamlarının birbaşa əlaqələndirilməsinin əhəmiyyətli olacağını qeyd edib. Bu istiqamətdə lazım gəlsə çinli ekspertlərinin təcrübəsindən yararlanmağı tövsiyyə edən qonaq gələcəkdə daha səmərəli işbirliyinə nail olacaqlarını dilə gətirib. Heylunszyan əyalatinin beynəlxalq ticarət üzrə Çin komitəsinin  Azərbaycanla\, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu Konfederasiyanın nümayəndələrinin diqqətinə çatdırıb. \nGörüşün sonunda  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Heylunszyan əyalətinin beynəlxalq ticarət üzrə Çin komitəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. \nMüqavilənin əsas məqsədi qarşılıqlı informasiya mübadiləsinin qaydaya qoyulması üçün  tərəflər arasında  mexanizm formalaşdırmaq\,vaxtaşırı yeni  investitsiya imkanları\, habelə sərgilər  haqqında  tərəfləri məlumatlandırmaq və  paylaşmaqdır. \n  \n
URL:https://ask.org.az/teqvim/yeni---m--kdasliq-muqavil--sin---imza-atilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.08.04-edit.jpg
END:VEVENT
END:VCALENDAR