BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20161130T080000
DTEND;TZID=UTC+4:20161202T170000
DTSTAMP:20260428T114435
CREATED:20180619T104040Z
LAST-MODIFIED:20180912T114904Z
UID:2591-1480492800-1480698000@ask.org.az
SUMMARY:Tbilisidə  AGRO FOOD DRİNK TECH EXPO 2016 sərgisi
DESCRIPTION:Bildiririk ki\, 30 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Tbilisidə “16-cı Beynəlxalq AGRO FOOD DRİNK TECH EXPO 2016 – Kənd təsərrüfatı\, Qida və İçki məhsullarının Qablaşdırma və Emalı Texnologiyaları” sərgisi keçiriləcəkdir. \nSərgi çərçivəsində\, eyni zamanda Gürcüstan Qoyunçuluq Assosiasiyasının stendi təşkil olunaraq\, ziyarətçilərə qoyunçuluq sahəsində yeniliklərlə tanış olmaq və əməkdaşlıq məsələlərinin müzakirəsi imkanları veriləcəkdir. Qeyd edək ki\, qoyun idxalçıları üçün otel xərcləri ödəniləcəkdir. \nSizi sözügedən sərgidə iştiraka dəvət edirik. \nTədbirdə iştirak edəcəyiniz təqdirdə 12 noyabr 2016-cı il tarixədək ASK-ya məlumat verməniz xahiş olunur. \nƏlaqələndirici şəxs: Nurlana Həsənova \nTel: 012 465 72 42 \nE-mail: nhasanova@ask.org.az \n  \n
URL:https://ask.org.az/teqvim/sahibkarlarin-nezerine-44/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/514-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20161201T080000
DTEND;TZID=UTC+4:20161201T170000
DTSTAMP:20260428T114435
CREATED:20180618T213531Z
LAST-MODIFIED:20180723T082145Z
UID:2126-1480579200-1480611600@ask.org.az
SUMMARY:Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüş keçirilib
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının\, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşü keçirilib.Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olununan tədbirdə rəsmi şəxslərlə yanaşı\, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan 50-dən çox yerli şirkət rəhbərləri və təmsilçiləri iştirak ediblər. \nTədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasındakı mövcud iqtisadi əlaqələrdən söhbət açıb. Azərbaycanda hazırda həyata keçirilən iqtisadi islahatların ticarətin və istehsalın həcmini artıracağını\, ölkəyə xarici investorların cəlbinin təmin edəcəyini deyən E. Özoral Türkiyə iş adamlarını Azərbaycana tərəddüd etmədən sərmayə yatırmağa dəvət edib. \nÖlkələrimiz arasında İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın mövcud olduğunu deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev  bildirib ki\, Azərbaycan ilə Türkiyə arasında İKT\, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. Yusif Abdullayev  deyib ki\, İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər. Bu da ölkəmizə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində\, məhsullarımızın xarici bazarlara ixracı müstəvisində mühüm töhfələr verə bilər. \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının sədri İsmayıl Ələkbərov çıxışında qeyd edib ki\, gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında İKT müstəsna rol oynayacaq. 2020-2022-ci illərdə Azərbaycana 1 milyard ABŞ dollarından çox xarici valyuta daxil ola bilər. Bu da hazırda işlənilən “Azərbaycan İKT sənayesinin strateji inkişaf planı” adlı yol xəritəsinin reallaşdırılması nəticəsində mümkün ola bilər.İsmayıl Ələkbərov bildirib ki\, biz ixrac imkanlarımızı dəyərləndirib bundan istifadə edə bilərik. Bu prosesdə daha çox beynəlxalq və uzun müddətə əsaslanan təcrübəyə malik\, nüfuzlu Türkiyə şikətlərinin böyük rolu ola bilər. \nTədbir hər iki ölkənin İKT şirkətləri arasında işgüzar görüşlərin keçirilməsi ilə davam edib. Görüşlərdə ölkələrimizin informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi\, Azərbaycanda\, həmçinin geniş regionda birgə layihələrin həyata keçirilməsi\, Azərbaycan şirkətlərinin İKT üzrə həll və məhsullarının xarici bazarlara birgə təşviqi ətrafında müzakirələr aparılıb. \nSonda tədbir çərçivəsində “Startap Azərbaycan” yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatları keçirilib. \n  \n
URL:https://ask.org.az/teqvim/bakida-az-rbaycan-turkiy-ikt-uzr-isguzar-gorus-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.12.01-edit.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20161201T093000
DTEND;TZID=UTC+4:20161202T170000
DTSTAMP:20260428T114435
CREATED:20180619T014721Z
LAST-MODIFIED:20180711T080634Z
UID:2437-1480584600-1480698000@ask.org.az
SUMMARY:Azərbaycan-Türkiyə birgə İKT Forumu
DESCRIPTION:Bildiririk ki\, 1-2 dekabr 2016-cı il tarixlərində Türkiyə Cümhuriyyətinin Elektrik\, Elektronika və Xidmət İxracatçıları Birliyinin (TET) təşkilatçılığı ilə Türkiyənin 13 nüfuzlu İT şirkətindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcəkdir. \nSəfər çərçivəsində 1 dekabr 2016-cı il tarixində saat 09:30-da “Fairmont” otelində Azərbaycan-Türkiyə birgə İKT Forumu keçiriləcəkdir. Forum zamanı ikitərəfli görüşlərin təşkili də nəzərdə tutulub. \nSizi sözügedən tədbirdə iştiraka dəvət edirik. Forumda iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına  məlumat vermənizi xahiş edirik. \n  \nƏlaqələndirici şəxs: Nihad Qazaxlı \nTel: (012) 465 72 42/43 \nE-mail: ngazakhli@ask.org.az \n  \n  \n
URL:https://ask.org.az/teqvim/az-rbaycan-turkiy-birg-ikt-forumu/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/thumb_6780_material_big_preview_content_gallery.jpeg
END:VEVENT
END:VCALENDAR