BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260428T053115
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170410T080000
DTEND;TZID=UTC+4:20170410T170000
DTSTAMP:20260428T053115
CREATED:20180618T112730Z
LAST-MODIFIED:20180711T075446Z
UID:1917-1491811200-1491843600@ask.org.az
SUMMARY:“Azərbaycan mühasiblər forumu - 2017” keçirilib
DESCRIPTION:8 aprel 2017-ci ildə  Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə “I Milli Mühasiblər Forumu” keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, Azərbaycan Respublikası Auditorlar Palatası\, İqtisadi Resursların Öyrənilməsi İB\, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi\, Gənc Mühasiblər Birliyi və  SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. \n4 bölmədən ibarət olan forumun “Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar” bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin “Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası – Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər”\,  “Accounting&Financial Advisory” firmasının “Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları”\,  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin “Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatları dinlənilib. \nForumda  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Firuzə Abdullayeva\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov\, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Mirəli Kazımov\, Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri Nəcəf  Talıbov\, SİNAM şirkətinin  direktoru Əbülfət Rəhmanov çıxışlarında “I Milli Mühasiblər Forumu”nun  Mühasibatlığın inkişafındakı əhəmiyyətindən\, mövcud problemlərin həllinin tapılmasında\, qanun­vericiliyin təkmilləşməsində böyük rol oynayacağını söyləmişdilər. \nForumun ikinci bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. “Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri”\, “Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu”\, “Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri” və “Özəl peşəkar təlimin uçotun inkişafında rolu” mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub. \nForumun “Vergi islahatlarının uçota təsiri” bölümündə “2017-ci ildə Azərbaycan Respublikasının vergi məcəlləsində  əlavə və dəyişikliklərin təqdimatı” və “Vergi qanunvericiliyindəki son dəyişikliklərin uçotda əks etdirilməsi yolları” mövzusunda məruzələrtəqdim olunub. Bildirilib ki\, Vergi Məcəlləsinə həm həcm\, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədivə hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitinyaradılması\, vergi orqanları və sahibkarlıq subyektləri arasındaqarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi\, nağdsız əməliyyatların həcminin artırılması\, pul dövriyyəsinin tənzimlənməsi\, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi\, ixracın stimullaşdırılması\, dürüst və şəffaf uçotun qurulmasıdır. Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi\, malların alqı-satqı prosesində hərəkət zənciri  boyu sənədləşmənin aparılması\, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir. \nForumun son bölümündə “Mühasibatlıqda İKT : Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” və “Milli proqramların təqdimatı” forum iştirakçılarının diqqətinə çatdırılıb. \nTədbirdə II Milli Mühasiblər Forumunun təşkilat komitəsi də qurularaq 14 nəfər üzv seçilmişdir. \nTədbirin sonunda  Ruslan Atakişiyev və Radil Fətullayevin aparıcılığı ilə Mühasibat uçotu üzrə Respublika I Breyn-rinqi keçirilmişdir. Breyn-rinqdə “HAYKS” komandası qalib gəlmişdir. \nSonra Forum qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib. \n  \n
URL:https://ask.org.az/teqvim/az-rbaycan-muhasibl-r-forumu-2017-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.04.102-edit.jpg
END:VEVENT
END:VCALENDAR