BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260428T035857
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170616T080000
DTEND;TZID=UTC+4:20170616T170000
DTSTAMP:20260428T035857
CREATED:20180618T121241Z
LAST-MODIFIED:20180713T063020Z
UID:1967-1497600000-1497632400@ask.org.az
SUMMARY:“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib
DESCRIPTION:Iyunun 16-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimayyətin diqqətinə çatdırmaq\, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək idi. \nTədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti\, akademik Akif Əlizadə iki qurum arasındakı əməkdaşlıqdan danışıb. Bildirib ki\, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına\, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə\, eləcə də bu istiqamətdə münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik A.Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının ərazisində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilildiyini olduğunu diqqətə çatdırıb. \nİİTKM-nin icraçı direktoru\, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu istiqamətində həyata keçirilən islahatlardan söz açıb. O\, ölkədə istehsalçı müəssisələrin məhz qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşdıqdan sonra rəqabət qabiliyyətini yüksəldə biləcəyini vurğulayıb. \nTədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru\, akademik Urxan Ələkbərov\, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru\, iqtisad üzrə elmlər doktoru Ədalət Muradov\, İqtisadiyyat İnstitutunun direktoru\, iqtisad üzrə elmlər doktoru Nazim İmanov\, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev\, AMEA Yüksək Texnologiyalar Parkının direktoru\, aqrar elmlər üzrə fəlsəfə doktoru Vuqar Babayev və digərləri çıxış edərək Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiyanın inkişafına diqqətin artırılmasının vacibliyini qeyd ediblər. Azərbaycanda innovativ layihələrin dəstəklənməsi\, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıblar. \nHəmçinin vurğulanıb ki\, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına\, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir. \nKonfransda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət töhfəsini verdiyi qeyd edilib. Bundan başqa\, İİTKM-də “Azərbaycan Rəqəmsal Ticarət Qovşağının” yaradılması xüsusi vurğulanıb. \n  \n
URL:https://ask.org.az/teqvim/innovasiya-v-texnologiyalarin-iqtisadi-islahatlarda-h-miyy-ti-movzusunda-konfrans-kecirilib/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.06.16-edit.jpg
END:VEVENT
END:VCALENDAR