BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T192019
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171015T080000
DTEND;TZID=UTC+4:20171104T170000
DTSTAMP:20260427T192019
CREATED:20180619T234616Z
LAST-MODIFIED:20180704T075341Z
UID:2667-1508054400-1509814800@ask.org.az
SUMMARY:“Canton fair” idxal-ixrac malları sərgisi
DESCRIPTION:Hörmətli sahibkarlar! \n  \nBildiririk ki\, 15 oktyabr və  04 noyabr 2017-ci il tarixləri arasında Çinin Quanco (Guangzhou) şəhərində “Canton fair” idxal-ixrac malları sərgisi keçiriləcəkdir. \nSərgi haqda ətraflı məlumatı www.cantonfair.org.cn ; www.cftc.org.cn web səhifələrindən əldə edə bilərsiniz. \nSizi sözügedən sərgidə iştiraka dəvət edirik. Tədbirdə iştirak edəcəyiniz təqdirdə\, 25.09.2017-ci il tarixinə qədər ASK-ya məlumat verməniz mütləqdir. \n  \nƏlaqələndirici şəxs: Nurlana Həsənova \nTel: 012 465 72 42/43 \nE-mail: nhasanova@ask.org.az \n  \n
URL:https://ask.org.az/teqvim/canton-fair-idxal-ixrac-mallari-sergisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/canton-fair-invitation.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171030T080000
DTEND;TZID=UTC+4:20171030T170000
DTSTAMP:20260427T192019
CREATED:20180618T134132Z
LAST-MODIFIED:20180618T134132Z
UID:2010-1509350400-1509382800@ask.org.az
SUMMARY:Sahibkarlarla görüş keçirilib
DESCRIPTION:Oktyabr ayının 27-də “Hyatt Ragency” otelində Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarlarla və ictimai birliklərin nümayəndələri ilə görüş keçirilib. \nTədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki\, ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” hazırlanmış 12 strateji yol xəritəsi sahibkarlığın\, eləcə də kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfə verəcəkdir. Qeyd olunub ki\, Vergilər Nazirliyi tərəfindən strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul ediləcək qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər keçirilir\, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir\, onların həlli istiqamətində məqsədyönlü işlər görülür. \nBu tədbirlər çərçivəsində Vergilər Nazirliyinin sahibkarlarla mütəmadi olaraq keçirdiyi görüşlərin ölkədə kiçik və orta sahibkarlığın inkişafındakı əhəmiyyətindən danışan Məmməd Musayev bu görüşlərdə səsləndirilən hər bir təklifə ciddi şəkildə və fərdi yanaşıldığını\, Vergi Məcəlləsinə gələcəkdə ediləcək dəyişiklər zamanı əhəmiyyətli hesab olunan təkliflərin nəzərə alındığını vurğulayıb. \nGörüşdə çıxış edən vergilər nazirinin müavini\, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov qeyd edib ki\, Azərbaycanda son illər ərzində qeydə alınan sürətli iqtisadi inkişafda qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Ölkəmiz güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq\, bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Nazir müavini qeyri-neft sektorunun inkişafında onun əsas sütunlarından biri kimi sahibkarlığın\, o cümlədən kiçik və orta sahibkarlığın fəaliyyətinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki\, Vergilər Nazirliyi öz fəaliyyətini tam şəffaf şəkildə qurmağa çalışır və ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində vergi ödəyicilərinin təkliflərini hər zaman dinləməyə hazırdır. \nVergilər Nazirliyi “Azərbaycan Res­pub­likasında kənd təsərrüfatı məhsullarının isteh­sa­lı­na və emalına dair Stra­te­ji Yol Xəritəsi”\, “Azər­baycan Respub­li­ka­sında kiçik və orta sahib­karlıq sə­viy­yəsində istehlak mallarının istehsalına dair Stra­teji Yol Xə­ri­təsi” və “Azərbaycan Respublikasının milli iq­ti­sadiyyat perspektivi üzrə Strateji Yol Xə­ri­təsi”ndə müvafiq hədəflər üzrə əsas icraçı qurumlarından biridir. Nazirlik strateji yol xəritələrində onun qarşısında müəyyən edilmiş vəzifələrin icrası prosesində bununla bağlı layihələr hazırlayarkən sahibkarlıq subyektlərinin təkliflərini əsas götürür və onlardan normativ sənədlərin hazırlanmasında istifadə edir. \nBüdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin öz rolunun olduğunu bildirən Sahib Ələkbərov qeyd edib ki\, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən\, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan\, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki\, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının\, həm vergi ödəyicilərinin\, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir. \nSonra vergi ödəyicilərini daha çox maraqlandıran elektron qaimə-fakturaların tətbiqi\, nağdsız hesablaşmaların həcminin artırılması yolları və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılaraq onların təklifləri dinlənilib\, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb. \n  \n
URL:https://ask.org.az/teqvim/sahibkarlarla-gorus-kecirilib-2/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.10.30-edit.jpg
END:VEVENT
END:VCALENDAR