BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T192025
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171109T080000
DTEND;TZID=UTC+4:20171214T170000
DTSTAMP:20260427T192025
CREATED:20180619T021026Z
LAST-MODIFIED:20180712T080525Z
UID:2474-1510214400-1513270800@ask.org.az
SUMMARY:“Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim
DESCRIPTION:Təlimin adı: “Sağlam və təhlükəsiz əməyin əsasları” \nİştirak üçün: Əməyin mühafizəsi sahəsinə maraqlı olan hər kəs dəvətlidir (İngilis və rus dillərindən birini bilmək üstünlükdür ) \nSon müraciət tarixi: 9 noyabr 2017-ci il \nAzərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi və  ixtisaslaşmış ekspertlərinin iştirakı ilə əmək mühafizəsi mütəxəssisləri üçün “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlimi elan edir. \n Əməyin mühafizəsi: \nƏməyin mühafizəsi qanunvericiliklə tənzimlənən\, istehsalatda bədbəxt hadisələrin və qəzaların profilaktikasında həlledici mövqeyə malik bir sahədir. \nAR Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən\, işəgötürənlərin vəzifələri: \n\niqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaratmaq;\nƏməyin mühafizəsi üzrə mütəxəssislərin\, mühəndislərin səriştələrinin\, bilik və bacarıqlarının artırılmasının təşkili və s.\n\nHəmçinin\, transmilli korporasiyalarla əməkdaşlıq edən və ixracla məşğul olan şirkətlər üçün xarici tərəfdaşları tərəfindən irəli sürülən əsas tələblərdən biri məhz müəssisədaxili güclü əməyin mühafizəsi xidmətinin olmasıdır. \nSözügedən təlimdə\, iştirakçılar əməyin mühafizəsinin təşkilinə dair bilik və bacarıqlarının artırılması ilə yanaşı\, təqdim edilmiş sertifikatlar əasında gələcəkdə öz iş yerlərində və ya müxtəlif platformalarda bu sahə üzrə  təlim keçə bilmək\, monitorinq apara bilmək imkanlarına malik olacaqlar. \nTəlim Beynəlxlaq Əmək Təşkilatının əməyin mühafisəzi sahəsində beynəlxalq eksperti Roman Litvyakov tərəfindən aparılacaqdır.  \nTəlim 2 mərhələdən ibarət olacaqdır: Distant və əyani  \nBirinci mərhələ: 13 noyabr – 08 dekabr 2017-ci il (4 həftə); həftədə 3-4 saat olmaqla \nDistant təlim BƏT-in Beynəlxalq Təlim Mərkəzinin elektron platformasının üzərindən aparılacaq\, iştirakçılara istifadəçi adı və şifrə veriləcəkdir. \nİkinci mərhələ: 11 – 14 dekabr 2017-ci il tarixlərində  4 gün ərzində 09:00-dan 17:00-a qədər intensiv təlim keçiriləcəkdir. \nTəlim materialları və distant təlim iştirakçıların seçimi əsasında  ingilis və ya rus dillərində olacaqdır.Üzbəüz təlimdə azərbaycan dilinə sinxron tərcümə təmin olunacaqdır. \nNailiyyət sertifikatı: \nTəlim əmək münasibətləri sahəsində Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının təlimçiləri tərəfindən həyata keçiriləcək və təlimi müvəffəqiyyətlə başa vuran şəxslərə BƏT tərəfindən təlimçi sertifikatları təqdim ediləcəkdir. \n Yekun imtahan tarixi: 14 dekabr 2017-ci il \n Təlim xərcləri: Təlimdə iştirak ödənişsizdir. Təlim materialları və günorta  yeməkləri təşkilatçılar tərəfindən qarşılanacaqdır. \nİştirak üçün yerlər məhduddur. İştirakçıların seçimi zamanı mövzu üzrə təcrübəli şəxslərə üstünlük veriləcəkdir. \nQeydiyyatdan keçmək üçün:  https://ask10.typeform.com/to/m7skh5 \nQeyd: Təlimə seçilmiş şəxslər üçün ehtiyac yarandığı təqdirdə  ASK tərəfindən işəgötürənlərə  təlimə dəvət məktubları göndəriləcək \n  \nƏlaqə:  Xəqan Hümmətzadə: +99450 5227268\,  xhummatzade@ask.org.az; \nElmira Balıyeva:  +99450 3990477\,  ebaliyeva@ask.org.az \n  \n. \n  \n
URL:https://ask.org.az/teqvim/saglam-v-t-hluk-siz-m-yin-saslari-adli-t-lim/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/occupational-health-and-safety-standard.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171120T080000
DTEND;TZID=UTC+4:20171120T170000
DTSTAMP:20260427T192025
CREATED:20180618T135624Z
LAST-MODIFIED:20180618T135624Z
UID:2066-1511164800-1511197200@ask.org.az
SUMMARY:“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib
DESCRIPTION:“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı\, makroiqtisadi sabitliyin təmin olunması\, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi\, yeni müəssisə və iş yerlərinin yaranması və s. istiqamətlərdə bir sıra mühüm işlər həyata keçirilmişdir. \nDövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilmişdir. \nTədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı\, Bakı şəhəri\, Ağstafa\, Tovuz və Qazax rayonlarından 200-dən çox  sahibkar iştirak etmişdir. \nForumda Dövlət Proqramının yerinə yetirilməsi\, sənayenin şəhərlərlə yanaşı regionlarda inkişaf etdirilməsi\, sahibkarlığın inkişafında yeni mərhələ və s. məsələlər müzakirə olunmuşdur. \nAğstafa rayonu İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında  bildirmişdir ki\, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması\, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi\, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində də Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri barədə məlumat verən Məhərrəm Quliyev  rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində qabaqcıl təcrübənin olduğundan da söhbət açıb. Cari ilin 9 ayı ərzində rayonda  1183 nəfər işlə təmin olunmuş\, onlardan 87\,5% daimi iş yeridir. \nAzərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirmişdir ki\, son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına\, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına\, investisiya qoyuluşunun artmasına\, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir. \nMəmməd Musayev qeyd etmişdir ki\, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər regionlarında qeyri-neft sahələrinin\, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaratmış\, ölkədə yeni iş yerləri açılmışdır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun surətdə biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanmış\, biznes mühitin təkmilləşdirilməsi\, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi\, sosial rifahın yaxşılaşdırılması\, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilmışdir. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri\, təklifləri öyrənilmişdir. \nQeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın\, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdən olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki\, ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi\, onların torpaq vergisi istisna olmaqla\, digər bütün vergilərdən azad edilməsi\, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi\, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və səmərəliliyinin artırılması və s. kimi məsələlərin özəl sektorun inkişafına\, bununla yanaşı regionların inkişafına təkan verməkdədir. \nAzərbaycan Respublikası İqtisadiyyat nazirinin müaviniSahib Məmmədov çıxışında bildirmişdir ki\, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın\, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb\,ölkə prezidentinin tapşırığı ilə  yoxlamaların müddətinin növbəti dəfə  uzadılması da  sahibkarlığın inkişafına yönələn addımdır. Son vaxtlar həyata keçirilən sosial- iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etidiyini deyən Sahib Məmmədov bazar araşdırması aparmağın\, bu sahədə baş verən prosesləri yaxından izləməyin sahibkarlar üçün  faydalarından da  söhbət açıb. \nAzərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki\, ölkə prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Dövlət tərəfindən aqrar sahəyə qayğının artırılması istiqamətində  subsidiyaların və vergidən azadolma\, bu sahədə həyata keçirilən təşviqedici layihələr  fermerlər tərəfindən yüksək qiymətləndirilir. Tütün\, barama\, pambıq və s. sahələrdə ciddi irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran nazir müavini bildirib ki\, Aqrolizinq ASC tərəfindən bu il 10 000 (min) yaxın texnika gətirilərək istifadəyə verilib. İl ərzində daha çox sahibkarlarla görüşdüklərini deyən İlham Quliyev vurğulayıb ki\, fermerləri  narahat edən məsələlər qısa müddət ərzində   kənd təsərrüfatı əməkdaşları  tərəfindən  diqqətlə araşdırılıb. Gələcəkdə də sahibkarlarla görüşlər davamlı olacaq. \nQazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov ötən dövrdə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu\, rəhbərlik etdiyi rayonun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu  qeyd edib. Bölgənin inkişafının sürətləndirilməsi\, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülüldüyün deyən Rəcəb Babaşov  Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonun üçün spesifik istehsal sahələri yaradılır. 2017-ci ilin 9 ayı ərzində Qazaxda  10 yeni müəssəsisə yaradılıb\, 1350 daimi olmaqla\, 1391 yeni iş yeri açılmışdır. Cari il ərzində rayondaəsas kapitala yönləndirilən investisiyanın həcmi   46 mln.570 min 979 manat olub. Bunun 28 mln.168 min 423 manat sənaye müəssisələri\,17 mln.237 min 556  manat isə kənd təsərrüfatı\, qalan məbləğ isə digər sahələrin payına düşür. Daha çox kənd təsərrüfatı və tikinti sektoru  üzrə sahibkarlıq fəaliyyəti inkişaf etmişdir.Cari il ərzində sahibkarlarla 15 görüş keçirilib\, bundan sonra da davam etdiriləcək. \nTovuz rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxışında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. “Sahibkarlığın inkişafının dəstəklənməsi\, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Tovuz rayonunda əldə  edilmiş uğurlar barədə çıxış edib. \nTədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti\, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi\, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi\, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC\, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC\, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azexport.az-ın təmsilçisi\, Azərbaycan Banklar Assosiasiyası nümayəndəsi çıxış edərək ölkəmizdə yaradılan əlverişli investisiya mühiti\, sahibkarlığa göstərilən dövlət qayğısından söhbət açıblar. \nDaha sonra Ağstafa rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verilmişdir. “Carçıoğlu Group” MMC\, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC\, Karvan-L Eko Sənaye Parkı\, Saloğlu fərdi firmasının nümayəndələri və s. sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək\, onlara yaradılan dövlət qayğısından söhbət açmışdılar. \nÇıxışlar yekunlaşdıqdan sonra sahibkarları və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilibdir. \nTədbirin sonunda qonaqlar tərəfindən  Karvan-L Eko Sənaye Parkı\, Saloğlu fərdi firmasına baxış keçirilmişdir. \n  \n
URL:https://ask.org.az/teqvim/regionlarin-inkisafinda-sahibkarligin-rolu-movzusunda-regional-forum-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.11.20-edit.jpg
END:VEVENT
END:VCALENDAR