BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T114342
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180425T080000
DTEND;TZID=UTC+4:20180425T170000
DTSTAMP:20260427T114342
CREATED:20180501T022210Z
LAST-MODIFIED:20180628T085549Z
UID:2498-1524643200-1524675600@ask.org.az
SUMMARY:“Vergi və maliyyə uçotu\, qiymətləndirmə” mövzusunda keçirilən təlimdə iştirak etməyə dəvət edirik
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 2018-ci il 07 – 08 may /10 – 11 may tarixlərində saat 10:00-12.00 arası “Vergi və maliyyə uçotu\, qiymətləndirmə” mövzusunda keçirilən təlimdə iştirak etməyə dəvət edirik. Təlim müstəqil audit şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən aparılacaq. \nTəlimdə iştirak qaydaları: \nTəlim ASK üzvləri üçün ödənişsiz\, qeyri üzvlər üçün 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır! \nƏlavədə təlim proqramı ilə tanış ola bilərsiniz. \nTəlimdə iştirak etmək üçün https://ask10.typeform.com/to/NSYOAl linkdən qeydiyyatdan keçmək lazımdır. \nSon qeydiyyat tarixi: 04.05.2018 \nTəlimin keçirildiyi ünvan: ASK ofisi\, Akad. Həsən Əliyev küç.\, 57 \nÖdəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur: \n\n\n\n«Turanbank»  ASC \nKodu: 507462   \nVÖEN: 1300016391 \nMüxbir hesab: AZ26NABZ01350100000000027944 \nSWIFT: TURAAZ22.\n\n\n “ASK Biznes Konsaltinq” MMC  \nHesab: AZ57TURA40060013072400100944 \nVÖEN: 1502413761                                                                                                                  \n \n\n\n\nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 \nE-mail: ebaliyeva@ask.org.az \n  \n
URL:https://ask.org.az/teqvim/vergi-ve-maliyye-ucotu-qiymetlendirme-movzusunda-kecirilen-telimde-istirak-etmeye-devet-edirik/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.04.25-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180425T080000
DTEND;TZID=UTC+4:20180425T170000
DTSTAMP:20260427T114342
CREATED:20180618T011842Z
LAST-MODIFIED:20180723T060153Z
UID:1788-1524643200-1524675600@ask.org.az
SUMMARY:“İnnovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq\, təhsil və elm”
DESCRIPTION:Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in professor-müəllim heyətilə yanaşı\, dövlət qurumlarının nümayəndələri\, sahibkarlar\, iş adamları\, gənc tədqiqatçı və tələbələr iştirak ediblər. \nKonfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Fakültənin dekanı\, dosent Mirağa Əhmədov Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirdiyini bildirib. Ölkədə həyata keçirilən islahatların prioritet istiqamətinin rəqabətədavamlı milli innovasiya sisteminin yaradılması olduğunu vurğulayan M.Əhmədov innovasiya siyasətinin yeni bilik və texnologiyaların istehsalı və tətbiqi ilə yanaşı\, elm və təhsilin\, elmtutumlu cəmiyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəlməli olduğunu bildirib. Dünya dövlətlərində universitetlərin elm mərkəzləri\, sahibkarlıq institutları kimi formalaşdığını və təhsilin elmi innovasiyalar əsasında qurulduğunu vurğulayan dekan UNEC-də son dövrlərdə bu istiqamətdə atılan uğurlu addımları diqqətə çatdırıb. M.Əhmədov müəllim və tələbələri innovativ layihələr hazırlamağa cəlb etmək\, onların ideyalarını dəstəkləmək məqsədilə UNEC-də iqtisadiyyatın müxtəlif sahələri üzrə bir çox tədqiqat mərkəzlərinin\, o cümlədən İnnovativ Biznes İnkubatoru (İBİ) və UNEC Biznes Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Fakültə dekanı Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və ictimaiyyətdə geniş rezonans doğuran “UNEC2B” platformasına da diqqət çəkib. Bildirib ki\, UNEC-in iş dünyası ilə strateji əməkdaşlıq platforması tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması\, sahibkarlıq universiteti modelinin yaradılması ilə yanaşı\, Azərbaycanda öz məzunlarına görə\, məsuliyyət daşıyan universitet anlayışını da tamamilə yeniləyir. \nUNEC-in Elm şöbəsinin müdiri\, professor Zahid Məmmədov elm\, təhsil və sahibkarlıq universitetlərinin vəzifələrindən söz açıb. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu  gün həmin universitetlərin aparıcı mövqeyə malik olduğunu qeyd edən professor\, bu universitetlərin gəlirlərinin mühüm hissəsinin məhz innovativ fəaliyyət hesabına formalaşdığını vurğulayıb. UNEC-in məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratdığını bildirən professor\, burada yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlandığını\, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığını\, iş dünyası ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib. UNEC-də son 4 ildə aparılan elmi fəaliyyətə nəzər salan professor\, bu müddət ərzində həmin sahədə yüksək nailiyyətlər əldə edildiyini bildirib. O\, UNEC alimlərinin nüfuzlu beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayının 4 dəfə artdığını diqqətə çatdırıb. \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən bəhs edib. Biznes qurumlarının rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıb. \nAzərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirib\, sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafındakı rolundan bəhs edib. Bakı Tekstil Fabrikinin Baş direktoru Elçin Babayev ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığın tələbələrin gələcəkdə təcrübəli kadr kimi yetişməsində əvəzsiz rol oynadığını qeyd edərək\, UNEC-lə əməkdaşlığın hər iki sektor üçün əhəmiyyətli olacağını vurğulayıb. \nÇıxışlardan sonra konfrans öz işini “Dünyada kiçik və orta sahibkarlığın inkişaf strategiyası və Azərbaycan modeli” və “XXI əsrin çağırışlarına uyğun Azərbaycanda insan kapitalının formalaşması strategiyası” mövzularına həsr olunan bölmə iclaslarında davam etdirib. \nSonda konfrans məruzəçilərinə sertifikatlar təqdim olunub. \n
URL:https://ask.org.az/teqvim/innovasiya-sasli-iqtisadi-inkisaf-sahibkarliq-t-hsil-v-elm/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.04.25.jpg
END:VEVENT
END:VCALENDAR