BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T070338
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180713T080000
DTEND;TZID=UTC+4:20180713T170000
DTSTAMP:20260427T070338
CREATED:20180713T092140Z
LAST-MODIFIED:20180719T132614Z
UID:3673-1531468800-1531501200@ask.org.az
SUMMARY:Qubada Dayanlqlı İnkişaf Məqsədləri ilə bağlı seminar keçirilib
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə 13-14 iyul 2018-ci  tarixlərində Quba rayonunda “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda iki günlük seminar keçirilib. \nSeminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, Beynəlxalq Əmək Təşkilatı\, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası\,  İqtisadiyyat Nazirliyi\, Dövlət Məşğulluq Xidməti\, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası\,  Dövlət Statistika Komitəsi\, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası\, Bakı Dövlət Universiteti\, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi\, Kənd Təsərrüfatı Nazirliyi\, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu\, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası\, Azərbaycan Mikromaliyyə Assosiasiyası və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. \nSeminarda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər baraədə iştirakçılara ətraflı məlumat verilib.Qeyd olunub ki\, Azərbaycan  2015-ci ildə BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi\, sosial və ekoloji aspektlərini əhatə etməklə\, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və  inkişaf istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 oktyabr 2016-cl ildə imzaladağı fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Vurğulanıb ki\, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının DİM ilə uzlaşdırılması məsələsi Şuranın katibliyinə həvalə olunub. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı keçirilən  bütün tədbirlər bu məqsədlərin icrasına xidmət edir. \nTədbirdə Dayanıqlı İnkişaf Məqsədlərini əks etdirən video çarxa nümayiş olunub. Qeyd olunub ki\, hər il dünyada 40 milyon insanın əmək bazarına daxil olması ölkələr qarşısında yeni çağırışlar yaradır. Hesablamalar göstərir ki\, 2030-cu ilə qədər dünya əhalisinin 60%-i şəhər yerlərində yaşayacaq. Bütün bu çağırışlar yeri iş yerlərinin yaradılması\, insanların layiqli iş yerləri ilə təmin edilməsi\, qeyri-formal məşğulluğun aradan qaldırılması və başqa vacib məsələləri gündəmə gətirir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün hökümətlə vətəndaş cəmiyyətinin də  sıx  əməkdaşlığının vacibliyi vurğulanıb. \n       \n
URL:https://ask.org.az/teqvim/qubada-dayanlqli-inkisaf-m-qs-dl-ri-il-bagli-seminar-kecirilir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/07/IMG_3908.jpg
END:VEVENT
END:VCALENDAR