BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T070334
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20180716
DTEND;VALUE=DATE:20180719
DTSTAMP:20260427T070334
CREATED:20180716T123205Z
LAST-MODIFIED:20180912T112701Z
UID:3082-1531699200-1531958399@ask.org.az
SUMMARY:11-ci Hindistan Zərgərlik və Aksessuarlar sərgisi
DESCRIPTION:\n\n\nHindistanın Əl işləri İxracının Təşviqi Şurasının təşkilatçılığı ilə Hindistan Expo və Mart Sərgi Mərkəzində 11-ci Hindistan Zərgərlik və Aksessuarlar sərgisi keçiriləcək. Sərgidə  üç məhsul kateqoriyası – moda zərgərlik\, moda aksesuarları\, moda materialları nümayiş etdiriləcək. \nSərgidə iştirak etməkdə maraqlı olan idxalçı sahibkarların ekonom klassla uçuş bileti (MDB ölkələrindən olan şəxslər üçün 800.00 ABŞ dolları məbləğində) və Yeni Dehlidə iki gecə mehmanxanadaqalma xərcləri təşkilatçılar tərəfindən qarşılanır. \nSərgi haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: www.epch.in/ifjas\n\n\n\n
URL:https://ask.org.az/teqvim/11-ci-hindistan-zergerlik-ve-aksessuarlar-sergisi/
LOCATION:Noida\,\, India
GEO:28.5355161;77.3910265
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/07/Event789175115Img.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180718T080000
DTEND;TZID=UTC+4:20180718T170000
DTSTAMP:20260427T070334
CREATED:20180718T130524Z
LAST-MODIFIED:20180718T130636Z
UID:3720-1531900800-1531933200@ask.org.az
SUMMARY:ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
DESCRIPTION:Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının heyəti ilə görüş keçirilib.\nGörüşün əsas məqsədi 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində peşə təhsilinin rolu və bu sahənin inkişafında işəgötürənlərlə birgə əməkdaşlıq\, şagirdlərdə sahibkarlıq təfəkkürünün inkişafı\, məktəb yaşlarından şagirdlərdə “gələcəyin sahibkarı” ideyasının formalaşması gələcək layihələrdə birgə əməkdaşlıq və s. məsələlərlə bağlı olub. \nGörüş zamanı bildirilib ki\, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İstehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün Sahibkarlar da bu işə yaxından cəlb edilməlidir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə birgə əməkdaşlıq edə bilər. Belə ki\, işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları da təşkil edilə bilər. Gələcəkdə əmək bazarının tələblərinə müvafiq olaraq\, ilk peşə-ixtisas təhsili üzrə ixtisasların formalaşan zaman işəgötürənlərin təklifləri dəyərləndirilərsə məzunların iş tapmaq problemləri aradan qalxar.\nPeşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri bildiriblər ki\, təhsil alanların bilik və bacarıqların inkişafı istiqamətində əməkdaşlığa hazırdırlar. Daha sonra peşə təhsilində mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verilib\, peşə təhsilinin inkişafı üçün zəruri addımlar müzakirə olunub. Görüş zamanı işəgötürənlərin buraxılış imtahanlarına cəlbi\, kadrların bazarın tələblərinə uyğun hazırlanması zamanı lazımı addımlar müzakirə edilib. Bildirilib ki\, birgə əməkdaşlıq dövlət-biznes tərəfdaşlığına təkan verəcək. \nASK-nın vitse prezidenti Vüqar Zeynalov əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlığın gələcəkdə bu sahənin inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Daha sonra Vüqar Zeynalov Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcək dəstək” adlı layihə haqqında ətraflı məlumat verib. Bildirib ki\, Azərbaycan Resublikasında gənclər arasında məşğuliyyətinin artırılması istiqamətində\, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) və BildungswerkderWirtschaftgGmbH vasitəsilə maliyələşdirilən layihə 3 ildir ki\, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən icra olunur. Layihənin əsas və ən ali məqsədi yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikasında gənclər arasında məşğuliyyət perspektivlərinin artırılması və işəgötürən birliklər və özəl sektor şirkətlərinin peşə təlimində mütəmadi iştirakından ibarətdir. \nQeyd olunub ki\, hədəflərinə çatmaq üçün layihədə dörd istiqamət həyata keçirilib. İlk olaraq əmək bazarında ehtiyac duyulan sahələrin araşdırılması və təhlili\, ikinci istiqaməti „İş yerləri təlim ocağı kimi” \, sahibkarlıq təfəkkürünün artırılması və “Məktəblər təlim ocağı kimi” konseptinin praktik qavranılmasının təşviq metodları əsasında hazırlanması və sınaqdan keçirilməsi\, işəgötürənlər birlikləri və sənaye qurumları arasındakı peşə təlim sahəsi üzrə əməkdaşlıq\, şərtlər və praktik tələblərə cavab verəcək işlər üzrə hədəf alınan informasiya strateqiyası hazırlanaraq uzun müddətli və möhkəmlənməsindən ibarətdir. \nGörüşün sonunda peşə təhsili sahəsində “Tərəfdaşlıq mexanizmi”\, dərsliklərin hazırlanmasında\, mütəxəssislərin təhsil sisteminə cəlbi istiqamətində birgə əməkdaşlığa dair razılığa gəlinib. \n
URL:https://ask.org.az/teqvim/ask-il-pes-t-hsili-uzr-dovl-t-agentliyi-m-kdasliq-ed-c-k/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/07/IMG_4195.jpg
END:VEVENT
END:VCALENDAR