BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T023354
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180924T080000
DTEND;TZID=UTC+4:20181113T170000
DTSTAMP:20260427T023354
CREATED:20180903T133545Z
LAST-MODIFIED:20180904T102321Z
UID:4104-1537776000-1542128400@ask.org.az
SUMMARY:EBRD «Change Management» mövzusunda  təlim təşkil edəcək
DESCRIPTION:Hörmətli sahibkarlar! \nKiçik və orta sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı «Change Management» mövzusunda 24 – 25 sentyabr və 12 – 13 noyabr 2018-ci il tarixlərində treninq təşkil edir.\nKursun məqsədləri:\n• Müştəri şirkətində dəyişikliyin idarə edilməsində yanaşmalar və metodlar haqqında\n• Konsaltinq layihəsi çərçivəsində müştəri şirkətində dəyişikliklərin tətbiqində idarə olunma texnologiyalarının formalaşması bacarıqları\nKursun müddəti:\n• 4 gün (modullar arası 6 həftə fasilə ilə)\nKursun əsas mövzuları:\n• Təşkilatda planlaşdırılmış dəyişikliklərin müasir modelləri\n• Təşkilatda dəyişikliklərə səbəb olan daxili və xarici amillər\n• Dəyişikliklər üzrə məsləhət layihələrin modelləri və s. \nSeminar Vladimir Çernyavskiy tərəfindən aparılacaq.\nSeminarda iştirak etmək istəyən şəxslər bu blankı doldurularaq  guluzade@ebrd.com  ünvanına təqdim etməlidirlər. Təlim rus dilində keçiriləcək.\nKursun məbləği: 360 AZN\nƏlaqələndirici şəxs:\nEmin Quluzadə\nE-mail: guluzade@ebrd.com\nTel: (012) 497 10 14 / 15 / 17 / 18 \n  \n
URL:https://ask.org.az/teqvim/ebrd-change-management-movzusunda-t-lim-t-skil-ed-c-k/
LOCATION:Azerbaijan
GEO:40.143105;47.576927
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/09/A-new-change-management-1024x663.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181011
DTEND;VALUE=DATE:20181106
DTSTAMP:20260427T023354
CREATED:20181011T082904Z
LAST-MODIFIED:20181022T084035Z
UID:4645-1539216000-1541462399@ask.org.az
SUMMARY:ASK üzvləri üçün təlimlər
DESCRIPTION:Hörmətli sahibkarlar! \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzv şirkətlərə təqdim olunan xidmət paketini təkmilləşdirərək müntəzəm olaraq yeni layihələr üzərində çalışır. \nBelə ki\, https://sahibkarliq.typeform.com/to/ciK3RJ linkinə daxil olaraq üzv şirkətlərimiz üçün fərqli sahələri əhatə edən müxtəlif mövzularda endirimli təlim paketləri ilə tanış olaraq maraq dairənizə uyğun olan mövzunu seçə bilərsiniz. \nQeyd olunan qiymətə daxildir: \n– Yüksək təcrübəli müəllimlər \n– Rahat\, işıqlı otaqlar \n– Lazımı avadanlıqlar \n– Coffe-break \n– Təlimin sonunda bütün tələbələrə sertifikatlar təqdim olunur \nTəlim qrup şəklində (15 iştirakçı) keçiriləcək. Təlimin keçiriləcəyi məkan və tarix barədə əlavə olaraq məlumat veriləcək. \nRəy və təklifləriniz olduğu halda bizimlə əlaqə saxlaya bilərsiniz. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/ask-uzvl-ri-ucun-t-liml-r/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/training.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20181016T093000
DTEND;TZID=UTC+4:20181016T130000
DTSTAMP:20260427T023354
CREATED:20181016T135430Z
LAST-MODIFIED:20181016T142207Z
UID:4718-1539682200-1539694800@ask.org.az
SUMMARY:Sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilir
DESCRIPTION:Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” adlı milli konfrans keçirilib. \nKonfrans Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihə çərçivəvəsində həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır. \nTədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələr haqqında danışaraq qeyd etdi ki\, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir\, ümumi daxili məhsulun 70 faizi məhz Azərbaycanda istehsal olunur. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. Yatırılan bu sərmayənin yarısı xarici investisiyaların payına düşür. İnvestisiyalar yeni texnologiyaların habelə müəssisələrin cəlb edilməsi deməkdir. Bu isə öz növbəsində təhsilə\, həmçinin peşəyə yeni tələblər yaradır. Biz bu sahədə Təhsil Nazirliyi\, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülmüşdür. \nM.Musayev habelə çıxışında bildirdi ki\, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji yol Xəritəsi”nin tələblərinə uyğun olaraq “Pilot peşə təhsili müəssisələrində işəgötürənlərlə tərəfdaşlıq mexanizminin qurulması\, peşə standartları və kurrikulumların işlənilməsi” çərçivəsində yaradılması nəzərdə tutulan mexanizmlərin təkmilləşdirilməsi üçün işəgötürənlərin əsas maraqlarının öyrənilməsi\, onlardan  müvafiq rəy və təkliflərin alınması ilə bağlı işlər davam edir. Sözügedən tərəfdaşlıq mexanizmlərinin qurulmasında işəgötürənlərin ümumi maraqları əsasında\, nəzərdə tutulmuş tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi  üçün Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən bir sıra  təkliflər irəli sürülmüşdür. \nTədris prosesində əsas iştirakçı rollardan birinin peşə təhsil müəsissəsi olduğundan  “şagirdlik müqavilə” lərinin 3 tərəf – peşə təhsil müəssisəsi\, şagird və işəgötürən arasında bağlanmasını məqsəduyğun hesab etmişik. Həmin müqavilənin tərkibinə hər üç tərəfin hüquq və vəzifələri\, tədris və iş saatlarına dair müddəalar\, müqavilənin xitamı halları və mübahisələrin həlli qaydası kimi maddələrin daxil edilməsi nəzərdə tutulub. \nAlmaniyanın Azərbaycandakı səfirinin müavini xanım Andrea Sühl isə bildirib ki\, təmsil etdiyi ölkə Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır. O\, həmçinin Almaniya sahibkarlarını bu sahəyə maraq göstərməyə çağırıb. \nTədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə ilk peşə ixtisas təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinə çox böyük zərurətin olduğunu qeyd etdi. \nF.Qurbanov çıxışında bildirdi ki\,  “bütün peşə təhsili müəssisələrini eyni səviyyəli müasir avadanlıqlarla təchiz etmək çətindir. Belə olduğu təqdirdə işəgötürənləri bu prosesə cəlb etməklə xərclərin azaldılmasına nail olmaq mümkündür. Dünya ölkələrinin təcrübəsi göstərir ki\, kadr hazırlığı prosesi istehsalatdan təcrid edilmiş formada həyata keçirilə bilməz. Təhsil müəssisəsi sifarişçinin\, yəni işəgötürənin tələb və ehtiyacını öyrənmirsə\, onda təhsil müəssisəsində hazırlanan kadrların rəqabətqabiliyyətliliyinin səviyyəsi aşağı olur. Azərbaycanda ilk dəfə olaraq qəbul edilən “Peşə təhsili haqqında” qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə\, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu da özəl sektorun peşə təhsili ilə tərəfdaşlığına daha çox maraq göstərməsinə imkan yaradacaq. Bundan əlavə\, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması baxımından əsas istiqamətlərdən biri kimi işəgötürənlərin peşə təhsili və tədrisi sisteminə inteqrasiyası\, onların yüksəkixtisaslı kadrların tədris prosesinə cəlb edilməsi müəyyən edilib”. \nTəhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən\, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi\, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.  İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Zamin Bədirxanov ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib\, peşə təhsili sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. \nDaha sonra layihədə ekspert qismində iştirak edən İlqar Əsədov\, Famil Baxışov və Sədaqət Qəmbərova Bakı şəhəri və Xaçmaz rayonu ərazilərində layihə çərçivəsində görülən işlər haqqında iştirakçılara məlumat veriblər. Qeyd olunub ki\, 2015-2018-ci illəri əhatə edən birinci mərhələdə  layihə dörd istiqamət üzrə həyata keçirilir: \nBirinci iqtiqamət müəssisələrin işçi qüvvəsinə olan ehtiyacını\, peşə təhsilinə və kvalifikasiyalara olan tələblərini müəyyənləşdirmək\, şagirdlərin istehsalat təcrübəsinə dəstək vermək\, peşə məktəbləri ilə  əməkdaşlıq perspektivlərini araşdırmaq üçün onlayn monitorinq sisteminin yaradılması. \n“Müəssisə – öyrənmək yeridir” adlı ikinci istiqamətdə həyata keçirilən fəaliyyət çərçivəsində Xaçmaz peşə liseyi və peşə məktəbi şagirdləri üçün Yalama Aqropark\, “Azərxalça”\, “Vahid çörək” və  kənd təsərrüfatı müəssisələrində “açıq qapı” günləri keçirilmişdir. \n“Məktəb – öyrənmək yeridir”  adlı üçüncü istiqamətin əsas məqsədi – peşə məktəbi şagirdlərinin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Bu mərhələdə peşə məktəbləri şagirdləri ilə görüşlər keçirilib və onların arasında “Mən gələcəyin sahibkarıyam” mövzusunda rəsm/kompüter qrafikası müsabiqəsi keçirilmişdir. Müsabiqədə 15 şagird iştirak etmiş və dörd qalib yer müəyyən edilərək şagirdlər mükafatlandırılmışlar. Layihə çərçivəsində ekspertlər qrupu tərəfindən həmçinin sahibkarlığa başlamaq istəyən gənclər üçün “Öz biznesinə başla” adlı iki təlimat kitabçası hazırlanmışdır. Kitabçaların dizaynında peşə məktəbləri şagirdlərinin müsabiqəyə təqdim etdiyi şəkillərdən istifadə edilmişdir. Bundan başqa gənclərdə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi məqsədilə Xaçmaz peşə liseyi və peşə məktəbinin şagirdləri üçün motivasiya xarakterli “Öz biznesinə başla” mövzusunda təlimlər keçirilmişdir. Şagirdlərə kiçik biznesin qurulması üçün biznes planların  hazırlanması mərhələləri üzrə konkret bilik və məlumatlar verilmişdir. Layihənin işçi planına uyğun olaraq\, əsas diqqət Kənd Turizmi İnformasiya və Xidmət Bürosunun yaradılması ideyasına verilmişdir. \nDördüncü istiqamət peşə təhsilinin təşviqat kampaniyası üzrə həyata keçirilən fəaliyyəti özündə əks etdirir. \nKonfransın sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılımışdır. \n            \n
URL:https://ask.org.az/teqvim/sahibkarlarla-pes-t-hsil-mu-ssis-l-ri-arasinda-m-kdasliq-gucl-ndirilir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/12.jpg
END:VEVENT
END:VCALENDAR