BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T023348
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180924T080000
DTEND;TZID=UTC+4:20181113T170000
DTSTAMP:20260427T023348
CREATED:20180903T133545Z
LAST-MODIFIED:20180904T102321Z
UID:4104-1537776000-1542128400@ask.org.az
SUMMARY:EBRD «Change Management» mövzusunda  təlim təşkil edəcək
DESCRIPTION:Hörmətli sahibkarlar! \nKiçik və orta sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı «Change Management» mövzusunda 24 – 25 sentyabr və 12 – 13 noyabr 2018-ci il tarixlərində treninq təşkil edir.\nKursun məqsədləri:\n• Müştəri şirkətində dəyişikliyin idarə edilməsində yanaşmalar və metodlar haqqında\n• Konsaltinq layihəsi çərçivəsində müştəri şirkətində dəyişikliklərin tətbiqində idarə olunma texnologiyalarının formalaşması bacarıqları\nKursun müddəti:\n• 4 gün (modullar arası 6 həftə fasilə ilə)\nKursun əsas mövzuları:\n• Təşkilatda planlaşdırılmış dəyişikliklərin müasir modelləri\n• Təşkilatda dəyişikliklərə səbəb olan daxili və xarici amillər\n• Dəyişikliklər üzrə məsləhət layihələrin modelləri və s. \nSeminar Vladimir Çernyavskiy tərəfindən aparılacaq.\nSeminarda iştirak etmək istəyən şəxslər bu blankı doldurularaq  guluzade@ebrd.com  ünvanına təqdim etməlidirlər. Təlim rus dilində keçiriləcək.\nKursun məbləği: 360 AZN\nƏlaqələndirici şəxs:\nEmin Quluzadə\nE-mail: guluzade@ebrd.com\nTel: (012) 497 10 14 / 15 / 17 / 18 \n  \n
URL:https://ask.org.az/teqvim/ebrd-change-management-movzusunda-t-lim-t-skil-ed-c-k/
LOCATION:Azerbaijan
GEO:40.143105;47.576927
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/09/A-new-change-management-1024x663.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181011
DTEND;VALUE=DATE:20181106
DTSTAMP:20260427T023348
CREATED:20181011T082904Z
LAST-MODIFIED:20181022T084035Z
UID:4645-1539216000-1541462399@ask.org.az
SUMMARY:ASK üzvləri üçün təlimlər
DESCRIPTION:Hörmətli sahibkarlar! \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzv şirkətlərə təqdim olunan xidmət paketini təkmilləşdirərək müntəzəm olaraq yeni layihələr üzərində çalışır. \nBelə ki\, https://sahibkarliq.typeform.com/to/ciK3RJ linkinə daxil olaraq üzv şirkətlərimiz üçün fərqli sahələri əhatə edən müxtəlif mövzularda endirimli təlim paketləri ilə tanış olaraq maraq dairənizə uyğun olan mövzunu seçə bilərsiniz. \nQeyd olunan qiymətə daxildir: \n– Yüksək təcrübəli müəllimlər \n– Rahat\, işıqlı otaqlar \n– Lazımı avadanlıqlar \n– Coffe-break \n– Təlimin sonunda bütün tələbələrə sertifikatlar təqdim olunur \nTəlim qrup şəklində (15 iştirakçı) keçiriləcək. Təlimin keçiriləcəyi məkan və tarix barədə əlavə olaraq məlumat veriləcək. \nRəy və təklifləriniz olduğu halda bizimlə əlaqə saxlaya bilərsiniz. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/ask-uzvl-ri-ucun-t-liml-r/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/training.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181022
DTEND;VALUE=DATE:20181202
DTSTAMP:20260427T023348
CREATED:20181022T083930Z
LAST-MODIFIED:20181022T084303Z
UID:4807-1540166400-1543708799@ask.org.az
SUMMARY:ASK üzvləri üçün təlim
DESCRIPTION:Dəyərli sahibkarlar! \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Nəqliyyat\, Rabitə və Yüksək Texnologiyalar nazirliyi nəzdində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədi ilə mövcud elektron portal imkanlarından yararlanmaları üçün iki saatlıq təlimdə iştirak etməyə dəvət edir! \nAşağıda qeyd olunanan müzakirə mövzuları haqqda məlumatı linklərdən ala bilərsiniz. \nElektron Hökumətə giriş – http://iktlab.az/course/elektron-hokumet/elektron-hokumete-giris/56 \nElektron imza və onun istifadəsi – http://iktlab.az/course/elektron-hokumet/elektron-imza-ve-onun-istifadesi/57 \nTəlim ödənişsiz olaraq təqdim olunur. Təlimdə iştirak etmək üçün http://iktlab.az/register linkinə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir. \nQEYD: Təlimin keçiriləcəyi dəqiq tarixlə bağlı daha sonra məlumatlandırılacaqsınız. \nTəlim yalnız ASK üzvləri üçün nəzərdə tutulur. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili: 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/ask-uzvl-ri-ucun-t-liml-r-2/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/training-3207841_1920-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181023
DTEND;VALUE=DATE:20181027
DTSTAMP:20260427T023348
CREATED:20181022T062957Z
LAST-MODIFIED:20181022T090753Z
UID:4798-1540252800-1540598399@ask.org.az
SUMMARY:"BakuBuild Azerbaijan 2018" sərgisi keçiriləcək
DESCRIPTION:Hörmətli sahibkarlar\, \n23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində inşaat\, layihələndirmə və memarlıq sahəsinin ən mötəbər tədbirlərindən biri – “BakuBuild Azerbaijan 2018” sərgisi keçiriləcək. “BakuBuild Azerbaijan” sərgisi ən tələb olunan və ziyarət edilən tədbirlərdən biridir. Artıq uzun illərdir ki\, sərgi bu sahənin peşəkarlarını öz platformasında bir araya gətirir və burada ən son yeniliklər nümayiş olunur. “BakuBuild Azerbaijan 2018” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi\, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi\, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi\, Azərbaycan Memarlar İttifaqı\, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. \nBu il dünyanın 20-dən yuxarı ölkəsindən 250-dən çox şirkət Bakı şəhərində keçirilən\, məhsul və texnologiyaların nümayiş olunduğu və yayıldığı əsas qovşaq sayılan bu sərgidə iştirak edəcək. İştirakçılar arasında Azərbaycan\, Danimarka\, Yunanıstan\, Kanada\, Çin\, Türkiyə\, Ukrayna\, Rusiya\, Sloveniya\, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BakuBuild Azerbaijan” sərgisinin xüsusi cəhətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Bu il Almaniya\, İtaliya\, BƏƏ və Polşa kimi ölkələr milli qruplar ilə təmsil olunacaq. Yerli inşaat şirkətləri “BakuBuild Azerbaijan” sərgisində daim fəal iştirak edir\, çünki bu tədbir Azərbaycan şirkətlərinin öz imkanlarını beynəlxalq səviyyədə nümayiş etdirmələri üçün mükəmməl fürsətdir. Həmçinin bu il öz məhsullarını “Made in Azerbaijan” brendi altında təqdim edən yerli şirkətlər də tədbirdə iştirak edirlər. “BakuBuild Azerbaijan 2018” sərgisinin qeydiyyat sponsoru qismində sərginin daimi iştirakçısı – “Corella” markasını təqdim edən “NB Group” şirkəti çıxış edir. Sərgi hər il bu tədbir sayəsində ən qısa yoldan istifadə edərək yerli bazarı öyrənmək və onun tərkib hissəsi olmaq istəyən yeni iştirakçıların diqqətini cəlb edir\, çünki “Xəzər İnşaat Həftəsində” bütün sənaye sahəsi bir arada toplanır. \nBu il sərgi tikinti materialları\, döşəmə örtükləri\, keramika\, üzlük daşlar\, mərmər\, qapı və pəncərələr\, eləcə də interyer məmulatlarının geniş çeşidini əhatə edəcək. Lak-boya sektoru həm yerli\, həm də xarici şirkətlər tərəfindən lazımı səviyyədə təmsil olunacaq. Sərgidə otaqlararası və giriş qapılarının\, eləcə də bağ evləri və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə nümayiş  etdiriləcək. Ənənəvi olaraq\, dam materialları və taxta məmulatları da tədbirdə geniş şəkildə sərgilənəcək. Builki yeniliklər arasında innovativ qarışıqlar\, beton\, cilalama maşınları\, beton paya və plitələr hazırlamaq üçün yüksək texnoloji dəzgahlar və bir sıra digər məhsullar yer alır. \n“BakuBuild Azerbaijan” sərgisinin keçiriləcəyi günlərdə eksponentlər üçün “B2B” formatlı görüşlər təşkil olunacaq. Həmçinin şirkətlərin yeni məhsullarını vitrinlərdə təqdim edən xüsusi səhnə “BakuBuild Azerbaijan” sərgisinin iştirakçıları üçün yenilik olacaq. Burada  şirkətlərin təmsilçiləri yeni məhsullar haqqında məlumat verərək onları təcrübədə nümayiş etdirəcəklər. “BakuBuild Azerbaijan” sərgisinin təşkilatçıları tərəfindən təqdim edilən daha bir yenilik isə loyallıq proqramı olacaq. Bu proqram ziyarətçilərə təmsil olunan şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın almağa imkanı verəcək. Eyni zamanda\, “BakuBuild Azerbaijan” sərgisində təmir və lak-boya məhsullarının təcrübədə nümayiş olunacağı mini-emalatxana təşkil ediləcək. \n“BakuBuild Azerbaijan” sərgisi ilə eyni platformada Azərbaycan və Rusiyanı təmsil edən mebel şirkətlərinin iştirakı ilə Xəzər Beynəlxalq Mebel\, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo 2018” sərgisi keçiriləcək. \n“BakuBuild Azerbaijan” sərgisi özü ilə yeni texnologiyalar\, eləcə də yeni əlaqələr və tərəfdaşlıqlar gətirməklə yanaşı\, ölkənin inşaat sektorunun inkişafını daha da stimullaşdıracaqdır. \nSərginin proqramı ilə buradan tanış ola bilərsiniz. \n
URL:https://ask.org.az/teqvim/bakubuild-azerbaijan-2018-s-rgisi-keciril-c-k/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/BakuBuild-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20181024T080000
DTEND;TZID=UTC+4:20181024T170000
DTSTAMP:20260427T023348
CREATED:20181024T145804Z
LAST-MODIFIED:20190316T100425Z
UID:4836-1540368000-1540400400@ask.org.az
SUMMARY:Bakıda  “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib
DESCRIPTION:24 oktyabr 2018-ci il tarixdə Bakıda  “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib. Türkiyənin İqtisadi Araşdırmalar  Fondunun təşkilatçılığı və ASK-nın tərəfdaşlığı ilə keçiririlən simpoziumda 100-dən artıq azərbaycanlı və türkiyəli iş adamı iştirak edib. \nTürkiyə İqtisadi Araşdırmalar Fondunun prezidenti Ahmet İncekara simpoziumun açılışında giriş nitgi ilə çıxış edərək bildirib ki\,  Azərbaycan-Türkiyə əlaqələrininin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu möhkəm təməl üzərində qurulan əlaqələr bu gün  cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ahmet İncekara 1996-cı ildə Türkiyənin İqtisadi Araşdırmalar Fondu tərəfindən Bakıda Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunmuş  konfransda Heydər Əliyevin çıxışından sitat gətirib. \n“Görünür ki\, Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr əsasən ticarət əlaqələrindən ibarətdir. Şübhəsiz ki\, ticarət olmalıdır və ticarəti biz bundan sonra da inkişaf etdirməliyik. Bu iqtisadi əlaqələrin birinci mərhələsidir\, başlanğıcıdır. Ticarət olmasa başqa şey olmayacaq. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı  əlaqələr\, bir ticarət əlaqələri ilə bitməməlidir\, məhdudlaşmamalıdır. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr  şübhəsiz ki\, Azərbaycana sərmayə qoymaq\, Azərbaycanda müştərək iş görmək\,bu işlər nəticəsində həm mənfəət götürmək\, həm də Azərbaycanın iqtisadiyyatın inkişaf etdirməkdən ibarət olmalıdır.” \nAzərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında iki ölkə arasında olan ticarət əlaqələrindən danışıb: \n“19 oktyabr Türkiyədəki dünya miqyasında çox önəmli layihələrdən olan  “Star” neft emalı zavodunun açılışı doğurdan da böyük tarixi hadisədir. 6.3 milyrad ABŞ dolları dəyərində olan bu layihə əslində daha çox dəyərə malikdir\, çünki bu layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu\, bu əlaqələrin hansı istiqamətdə getdiyini və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir. Bu layihə həm Azərbaycan\, həm də Türkiyə üçün çox böyük önəmli layihədir. Bu layihənin icrası Türkiyənin bir çox məhsullardan idxaldan aslılğını aradan qaldıracaq. Türkiyə və Azərbaycan üçün çox böyük mənfəətlər verəcəkdir. İki ölkə arasında olan iqtisadi münasibətlər Azərbaycan Türkiyə arasında olan ticari dövriyyəsi sabit olaraq inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12% artaraq 2.6 milyard ABŞ dollarını ötüb. Həm ixracda\, həm də idxalda biz artım müşahidə edirik. 2018-ci ilin ticari iqtisadi göstəriciləri də iki ölkə arasında çox müsbətdir – dövriyyə 22%\, ixrac 18%\, idxal 25% artıb. Azərbaycanla Türkiyə arasında ticarət iqtisadi əlaqələrini səciyyələndirən əsas xüsusiyyət bu əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi və genişləndirilməsidir. Eyni zamanda\, dünyada gedən prosesləri nəzərə alaraq həm iqtisadi sahədə\, həm də maliyyə sahəsində iqtisadi dayanıqlılığın olması və uzun vədəli prespektivə hesablanmasıdır. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki\, Bizim ticari iqtisadi əməkdaşlığımızın potensialı böyükdür və bu əməkdaşlıq ildən-ilə yeni sahələri əhatə edir. İki ölkə arasında preferensial ticarət sazişinin imzalanması ilə bağlı çox böyük işlər həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər çox güclü olaraq inkişaf edir və Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığı gücləndiməyə yönəlib. Burada qeyd etməliyəm ki\, Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində olan  məhsulların idxal rüsumundan azad edilməsi barədə qərar qəbul edib. Qarşılıqlı investisiyalar iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14\,5 milyard dollar səviyyəsindədir. Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14\,5 milyard dollar həcmində dəyərləndirilir\, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11\,8 milyard dollar yatırıb\, bunun 9\,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2\,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir. Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət\, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir”- deyə nazir müavini bildirib. \nSimpoziumda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral  iki ölkə arasında reallaşan ortaq layihələrin önəmindən danışıb. \n“Mən burada səfir kimi fəaliyyətə başladığımdan indiyədək təxminən iki il ötüb.Və bu iki il ərzində 3 böyük hadisəyə şahid oldum. Bunlardan birincisi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi idi. İkincisi iyun ayında TANAP-ın açılış mərasimi idi\, üçüncüsü də keçən həftə İzmirdə “STAR” neft emalı zavodunun istifadəyə verilməsi idi. Bütün bu layihələrin bizim əlaqələrimiz baxımından çox büyük önəmi var. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Avropaya bağlayacaq dünya bazarlarına bağlayacaq neft ve təbii qaz layihələri və bu neft və təbii qazı işlədəcək zavodlar Azərbaycanın müstəqilliyini qazandığı 1991-ci ildən bugünədək hər birimizin ortaq arzusudur. Bu gün biz bunların reallaşdırılmasının xoşbəxtliyini yaşayırıq. Əlbətdə ki\, bu xoşbəxtliyə çatmaq üçün iki ölkənin dövlət başçılarının çox böyük əzv və səy\, çox böyük siyasi iradə göstəriblər. Hər üç layihənin reallaşması qarşısında çox böyük əngəllər var idi. Türkiyə də\, Azərbaycan da bu əngəlləri birlikdə aşaraq bu gün bir nöqtəyə gəldilər. 27 il əvvəl reallaşması xəyal kimi görünən işləri artıq birlikdə düşünürük. Azərbaycan bölgənin\, Cənubi Qafqazın hər keçən gün daha da parlayan ulduzuna çevrilir\, iqtisadi baxımdan nəaliyyətlərini günü-gündən artıraraq gələcəyə doğru inamla irəlləyir. Türkiyə dünyanın ən güclü 17-ci iqtisadiyyatı olaraq\, dünyanın ən güclü ilk onluğuna daxil olmağı qarşısına hədəf qoyub. Cənab İlham Əliyevin hər zaman istifadə etdiyi bir söz var: Türkiyənin gücü Azərbaycanın gücüdür\,  Azərbyacanın gücü də Türkiyənin gücüdür. Bizlər əl-ələ verdikcə\, çiyin-çiyinə verdikcə birlikdə hər zaman daha güçlü olarıq və birlikdə hər zaman daha böyük uğurlara imza atarıq. “STAR”  neft emalı zavodu  6.3 milyard dollarlıq dünyanın ən büyük layihələrindən biridir. Türkiyədə isə ən böyük özəl sərmayədir”. \nMilli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki\, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür: \n“Müstəqilliyimizin ilk illərində Azərbaycanda sahibkarlıq sinifi formalaşmağa başlayanda türk qardaşlarımız yanımızda olublar.Bu gün ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Düzdür\, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır. 2000-ci ildə apardığım araşdırmaya görə\, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az\, həmçinin yoxsulluq göstəriciləri yüksək olub. Həmin vaxt Azərbaycanda yoxsulluq səviyyəsi 49% idi.  18 il ərzində bizim əməkdaşlığımız nəticəsində yüz minlərlə yeni iş yeri yaradılıb. Bizim birliyimiz Türk dünyası üçün lazımdır. Bu gün biz qloballaşan dünyanın indiki mərhələsində türk dünyasının inkişaf strategiyası barədə düşünməliyik. 20-25 ildən sonra Türk dünyasının iqtisadi gücü nə qədər olacaq? İqtisadi gücü varsa deməli siyasi\, hərbi  gücü də var. Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki\, bu\, dünyanın enerji xəritəsini dəyişir”. \nAzərbaycan Sahibkar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki\, iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamikanın daha da yaxşılaşdırılması üçün iki ölkənin iş adamları arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var və bu işdə ASK-nın türkiyəli iş adamlarına hər cür dəstək verməyə hazır olduğunu qeyd edib. \nDaha sonra İstanbul Fond Birjasının içraçı direktoru Mehmet Gönen\, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov\,İstanbul Ticarət Universitetinin akademiki Yusuf  Tuna çıxış ediblər. \nSimpozium işini panel müzakirələr şəklində davam etdirib. \n \n  \n
URL:https://ask.org.az/teqvim/bakida-turkiy-il-az-rbaycan-arasinda-iqtisadi-m-kdasliqda-yeni-ufuql-r-movzusunda-beyn-lxalq-simpozium-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/15403674192094232393_1000x669.jpg
END:VEVENT
END:VCALENDAR