BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170108T080000
DTEND;TZID=UTC+4:20181108T170000
DTSTAMP:20260427T010748
CREATED:20171219T235133Z
LAST-MODIFIED:20180718T061244Z
UID:2684-1483862400-1541696400@ask.org.az
SUMMARY:Beynəlxalq sərgi-yarmarka tədbirlərinin siyahısı
DESCRIPTION:\n“AQUAUYRAİNE-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (su hazırlanması\, su təchizatı\, suyun çəkilməsi\, çirkab sularının təmizlənməsi\, nasos avadanlığı\, boru və boru kəməri armaturu\, filtrlər\, nəzarət və uçot cihazları);\n\n\n“Enerji effektivliyi. Bərpa olunan energetika-2017” X Beynəlxalq ixtisaslaşdırılmış sərgi (enerjiyə qənaət texnologiyaları\, avadanlıq\, sənaye materialları\, MKT\, müəssisələrinin müasirləşdirilməsi üçün enerji baxımından səmərəli layihələr\, təbii qazın əvəz edilməsi üçün avadanlıq\, alternativ yanacaq növləri\, enerjinin bərpa olunan mənbələri);\n“KommunTex-2017” “DorTexEkspo-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgiləri (kommunalvayol-tikinti texnikası\, xüsusi texnika\, tullantıların idarə edilməsi\, abadlaşdırma\, yol hərəkətinin\, küçə və  yolların işıqlandırılmasının təşkil edilməsi vasitələri);\n“YevroStroyEkspo-2017” VII ixtisaslaşdırılmış sərgi (sənaye\, mənzil inşaatı və sosial sahə üçün inşaat materialları\, konstruksiyalar\, texnologiyalar\, alətlər\, avadanlıqlar\, inşaatda enerjiyə  qənaət);\n“Müəssisə ekologiyası-2017” V İxtisaslaşdırılmış sərgi (atmosferə buraxılan sənaye tullantılarının təmizlənməsi\, sənaye tullantıların\, polimerlerin\, rezin və texniki məmulatlarının yenidən istifadə edilməsi\, ekoloji monitorinq\, təhlükəli tullantılarla davranış);\n“Sənayedə energetika-2017” XV Beynəlxalq ixtisaslaşdırılmış sərgi (elektrik texniki və energetika avadanlığı\, qüvvə elektronikası\, kabel keçirici məhsulları\, avtomatlaşdırma  sistemi\, Nəzarət Ölçü Cihazları və Avtomatika);\n“MINING INDUSTRY EXPO-2017” dağ mədənçiliyi sənayesi üzrə  Beynəlxalq ixtisaslaşdırılmış sərgi (qazma qurğuları\, alətlər\, qazmaçı və təmizləmə  kompleksləri\, şaxta və karxana üçün xüsusi texnika\, dağ-mədən  zənginləşdirmə avadanlığı);\n\n  \n
URL:https://ask.org.az/teqvim/beynelxalq-sergi-yarmarka-tedbirlerinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2017/12/16463753_752861234876327_4743495279871215093_o-650x467.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180924T080000
DTEND;TZID=UTC+4:20181113T170000
DTSTAMP:20260427T010748
CREATED:20180903T133545Z
LAST-MODIFIED:20180904T102321Z
UID:4104-1537776000-1542128400@ask.org.az
SUMMARY:EBRD «Change Management» mövzusunda  təlim təşkil edəcək
DESCRIPTION:Hörmətli sahibkarlar! \nKiçik və orta sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı «Change Management» mövzusunda 24 – 25 sentyabr və 12 – 13 noyabr 2018-ci il tarixlərində treninq təşkil edir.\nKursun məqsədləri:\n• Müştəri şirkətində dəyişikliyin idarə edilməsində yanaşmalar və metodlar haqqında\n• Konsaltinq layihəsi çərçivəsində müştəri şirkətində dəyişikliklərin tətbiqində idarə olunma texnologiyalarının formalaşması bacarıqları\nKursun müddəti:\n• 4 gün (modullar arası 6 həftə fasilə ilə)\nKursun əsas mövzuları:\n• Təşkilatda planlaşdırılmış dəyişikliklərin müasir modelləri\n• Təşkilatda dəyişikliklərə səbəb olan daxili və xarici amillər\n• Dəyişikliklər üzrə məsləhət layihələrin modelləri və s. \nSeminar Vladimir Çernyavskiy tərəfindən aparılacaq.\nSeminarda iştirak etmək istəyən şəxslər bu blankı doldurularaq  guluzade@ebrd.com  ünvanına təqdim etməlidirlər. Təlim rus dilində keçiriləcək.\nKursun məbləği: 360 AZN\nƏlaqələndirici şəxs:\nEmin Quluzadə\nE-mail: guluzade@ebrd.com\nTel: (012) 497 10 14 / 15 / 17 / 18 \n  \n
URL:https://ask.org.az/teqvim/ebrd-change-management-movzusunda-t-lim-t-skil-ed-c-k/
LOCATION:Azerbaijan
GEO:40.143105;47.576927
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/09/A-new-change-management-1024x663.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181011
DTEND;VALUE=DATE:20181106
DTSTAMP:20260427T010748
CREATED:20181011T082904Z
LAST-MODIFIED:20181022T084035Z
UID:4645-1539216000-1541462399@ask.org.az
SUMMARY:ASK üzvləri üçün təlimlər
DESCRIPTION:Hörmətli sahibkarlar! \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzv şirkətlərə təqdim olunan xidmət paketini təkmilləşdirərək müntəzəm olaraq yeni layihələr üzərində çalışır. \nBelə ki\, https://sahibkarliq.typeform.com/to/ciK3RJ linkinə daxil olaraq üzv şirkətlərimiz üçün fərqli sahələri əhatə edən müxtəlif mövzularda endirimli təlim paketləri ilə tanış olaraq maraq dairənizə uyğun olan mövzunu seçə bilərsiniz. \nQeyd olunan qiymətə daxildir: \n– Yüksək təcrübəli müəllimlər \n– Rahat\, işıqlı otaqlar \n– Lazımı avadanlıqlar \n– Coffe-break \n– Təlimin sonunda bütün tələbələrə sertifikatlar təqdim olunur \nTəlim qrup şəklində (15 iştirakçı) keçiriləcək. Təlimin keçiriləcəyi məkan və tarix barədə əlavə olaraq məlumat veriləcək. \nRəy və təklifləriniz olduğu halda bizimlə əlaqə saxlaya bilərsiniz. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/ask-uzvl-ri-ucun-t-liml-r/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/training.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181022
DTEND;VALUE=DATE:20181202
DTSTAMP:20260427T010748
CREATED:20181022T083930Z
LAST-MODIFIED:20181022T084303Z
UID:4807-1540166400-1543708799@ask.org.az
SUMMARY:ASK üzvləri üçün təlim
DESCRIPTION:Dəyərli sahibkarlar! \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Nəqliyyat\, Rabitə və Yüksək Texnologiyalar nazirliyi nəzdində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədi ilə mövcud elektron portal imkanlarından yararlanmaları üçün iki saatlıq təlimdə iştirak etməyə dəvət edir! \nAşağıda qeyd olunanan müzakirə mövzuları haqqda məlumatı linklərdən ala bilərsiniz. \nElektron Hökumətə giriş – http://iktlab.az/course/elektron-hokumet/elektron-hokumete-giris/56 \nElektron imza və onun istifadəsi – http://iktlab.az/course/elektron-hokumet/elektron-imza-ve-onun-istifadesi/57 \nTəlim ödənişsiz olaraq təqdim olunur. Təlimdə iştirak etmək üçün http://iktlab.az/register linkinə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir. \nQEYD: Təlimin keçiriləcəyi dəqiq tarixlə bağlı daha sonra məlumatlandırılacaqsınız. \nTəlim yalnız ASK üzvləri üçün nəzərdə tutulur. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili: 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/ask-uzvl-ri-ucun-t-liml-r-2/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/training-3207841_1920-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181030
DTEND;VALUE=DATE:20181103
DTSTAMP:20260427T010748
CREATED:20181015T085338Z
LAST-MODIFIED:20181015T085514Z
UID:4711-1540857600-1541203199@ask.org.az
SUMMARY:ASK-da “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda beynəlxalq təlim keçiriləcək
DESCRIPTION:Hörmətli Sahibkarlar və SƏTƏM sahəsi üzrə mütəxəssislərin nəzərinə\, \nSizi 30 oktyabr – 2 noyabr 2018-ci il tarixlərində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BƏT-in Beynəlxalq Təlim Mərkəzinin təşkilatçılığı ilə “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” adlı beynəlxalq təlimdə iştirak etməyə dəvət edirik. Beynəlxalq təlimin təlimçiləri BƏT-in Beynəlxalq Təlim Mərkəzinin xarici ekspertləridir. Təlim bütün gün davam etməklə\, ingilis dilində baş tutacaqdır. İştirakçılar\, sinxron tərcümə və təlim materialları ilə təmin ediləcəkdir. Qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkdən istifadə etməyiniz xahiş olunur. \nQeydiyyat üçün müraciət linki \nQeydiyyat üçün son müraciət tarixi 21/10/2018-ci il. \nQeydiyyatdan müvəffəqiyyətlə keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır. \n  \nƏlaqələndirici şəxs:  Cavid Kərimov \nElektron ünvan: ckarimov@ask.org.az \nƏlaqə telefonu: 994 12 465 72 43 (daxili 109) \nMobil: 994 55 230 86 22 \n
URL:https://ask.org.az/teqvim/ask-da-saglam-v-t-hluk-siz-em-yin-t-skili-movzusunda-beyn-lxalq-t-lim-keciril-c-k/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/safety.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20181030T080000
DTEND;TZID=UTC+4:20181102T170000
DTSTAMP:20260427T010748
CREATED:20181030T131742Z
LAST-MODIFIED:20190316T100549Z
UID:4887-1540886400-1541178000@ask.org.az
SUMMARY:“Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda sahibkarlar üçün  təlim keçirilib
DESCRIPTION: Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda təlim keçirilib. Beynəlxalq Əmək Təşkilatının eksperti Ekaterina Kuznetsova tərəfindən keçirilən təlimdə inşaat\, logistika və başqa sektorları təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. \nTəlim zamanı iş yerlərində  qəzaların və bədbəxt hadisələrinin qarşısının alnması məqsədi ilə beynəlxalq  yanğın təhlükəsizliyi qaydaları və digər təhlükəszilik normaları haqqında iştirakçılara məlumat verilib. E. Kuznetsova bildirdi ki\, iş yerlərində mövcud olan təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsi profilaktik tədbirlərin əsasını təşkil edir. \n“Hər bir müəssisənin əsas məqsədi gəlir əldə etməkdir. Lakin bu işçilərin təhlükəsizliyini və sağlamlığını təhlükə altına qoymalı deyil. İşəgötürən anlamalıdır ki\, iş yerlərində bədbəxt hadisələr onlar üçün həm də insan və maliyyə itkisidir. Bütün müəssisələr ən azından öz ölkələrindəki  əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Hər bir müəssisə iş yerində sadə profilaktik tədbirləri həyata keçirməklə  təhlükəsizlik səviyyəsini yüksəldə bilər. Məsələn\, iş yerlərində yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.Fövqəladə hal zamanı işçilərin davranış qaydalarını öyrənmək üçün vaxtaşırı təxliyyə təlimlərinin keçirilməsi vacibdir. İşçiləri odsöndürücü balonların  növləri və istifadə qaydaları haqqında məlumatlandırmaq olduqca önəmlidir.  Çünki balonun üzərində  göstərilən  nişandan asılı olaraq  onun təyinatı fərqlənir. Məsələn  bərk maddələrin yanması zamanı köpüklü balondan istifadə edilirsə\, elektrik cihazlarında baş verən yanğınların söndürülməsində karbon dioksid ( C02) qazla işləyən balondan istifadə olunur. Bundan başqa xilasetmə komandası hadisə yerinə gəlincə  zərərçəkmişə ilk tibbi yardımın necə göstərilməsi barədə işçilər məlumatlı olmalıdırlar”\, – deyə  təlimçi bildirdi. \nTəlimin birinci günü sahibkarlara təhlükəli\, zərərli\, toksik\, partlayış və yanğın təhlükəli maddələrin xüsusiyyətləri haqqında ətraflı məlumat verən ekspert bildirdi ki\, təhlükəli maddələr doğurduqları riskdən asılı olaraq kateqoriyalara bölünür. İstehsalatda istifadə olunan və insan orqanizmi üçün təhlükə yaradan müxtəlif maddələrin saxlanması\, daşınması və utilizasiyası haqqında işəgötürənlərə məlumat verilib. \nTəlim noyabr ayının 2-dək davam edəcək. \n \n \n
URL:https://ask.org.az/teqvim/saglam-v-t-hluk-siz-em-yin-t-skili-movzusunda-sahibkarlar-ucun-t-lim-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/44933793_560273164404305_7590627089565351936_n.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20181101
DTEND;VALUE=DATE:20181108
DTSTAMP:20260427T010748
CREATED:20181026T115433Z
LAST-MODIFIED:20181105T110117Z
UID:4850-1541030400-1541635199@ask.org.az
SUMMARY:UNEC təlimlər təşkil edir
DESCRIPTION:Hörmətli sahibkarlar\, \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə UNEC-də təlimlər keçiriləcək. \nAzərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli\, 1138 nömrəli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-in “Strateji Plan”ı təsdiq edilmişdir. Qeyd edilən planın “KOS subyektlərinin maliyyə savadlılığınının artırılması” bölməsinin 2.2.2 bəndindəki “KOS subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri və KOS subyektləri üçün vergi hesablamaları” mövzusunda 01 noyabr 2018-ci il və “KOS subyektlərinə marketinq dəstəyi: ticarət markası\, məhsulların bazarda brendləşməsi\, mövqe tutması və irəliləməsi” mövzusunda 07 noyabr 2018-ci il tarixində bir günlük təlimlər keçiriləcək. \nUNEC-in Karyera Mərkəzinin direktoru\, Gənc Müəllimlər Şurasının üzvü Ramil Cabbarovun aparacağı təlim marketinq strategiyalarının qurulmasında müştəri davranışları\, qiymət siyasətinin müəyyənləşdirilməsi\, məhsul anlayışı və kommunikasiya mesajının təyini\, reklam strategiyalarının seçim meyarları\, marketinq auditi və təkmilləşmə mexanizmləri\, digital marketinq\, marketinq büdcəsinin qurulması və istifadə meyarları\, minimum büdcə ilə maksimum təbliğat\, Big Data\, və marketinq araşdırmalarını əhatə edəcək. Kiçik və orta sahibkarlıq subyektlərinin təmsilçilərini həmin təlimlərdə iştirak etməyə dəvət edirik. \nSözügedən təlimlərdə iştirak etmək üçün göstərilən linkə https://sahibkarliq.typeform.com/to/aWQ1LP  daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur. \nTəlim 7 noyabr saat 16:00-da UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6\, 305 saylı otaq) olacaq. \nQEYD: Təlimə buraxılış səxsiyyət vəsiqəsi ilə təmin olunacaq. \nƏlaqələndirici şəxs: \nElmira Balıyeva \nTel: (994 12) 465 72 42 (daxili: 113) \nE-mail: ebaliyeva@ask.org.az \n
URL:https://ask.org.az/teqvim/unec-t-liml-r-t-skil-edir/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/411187620.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20181102T080000
DTEND;TZID=UTC+4:20181102T170000
DTSTAMP:20260427T010748
CREATED:20181102T133437Z
LAST-MODIFIED:20190316T100531Z
UID:4901-1541145600-1541178000@ask.org.az
SUMMARY:Bakıda Qara Dəniz Regionunda  Kiçik və Orta Sahibkarlığının inkişafına həsr olunmuş biznes-forum keçirilib
DESCRIPTION:Noyabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT)\, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının\, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forum keçirilib. \nTədbirdə çıxış edən Azərnaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev QDİƏT-in Biznes Şurasına bu ilin iyul ayından Azərbaycanın sədrlik etdiyini\, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinın təşkilatın əsas məqsədlərindən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki\, Azərbaycan Respublikası Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa\, makroiqtisadi sabitliyə\, iqtisadiyyatın şaxələndirilməsinə\, qeyri-neft sektorunun və regionların inkişafına nail olunub. Məmməd Musayev həmçinin\, sahibkarlığın inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib\, iqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın önəmini qeyd edib. \n“Hazırda ölkəmiz Cənub Qaz Dəhlizi\, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və infrastruktur layihələri həyata keçirir. Hesab edirəm ki\, Qara Dəniz hövzəsi ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edərək ticarət dövriyyələrini artırmaqla yanaşı mədəni və sosial əlaqələrin genişləndirilməsinə də nail olacaq\,”- deyə M.Musayed bildirib. \nİqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı\, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər\, aparılan islahtalar barədə danışıb\, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artdığını vurğulayıb. \n“Sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb\, lisenziya və icazələr sistemi təkmilləşdirilib\, “Lisenziyalar və icazələr” portalı yaradılıb\, ixracın və investisiyaların təşviqi mexanizmi tətbiq edilib\, sənaye parkları və məhəllələri yaradılıb\, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki\, ölkəmizin beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqeyi davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerə yüksəlməsi və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir göstəricisidir”- deyə nazir müavini qeyd edib. \nİqtisadiyyat Nazirliyinin tabeliyində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında QDİƏT-nin Biznes Şurasının üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığı təşviq edən səmərəli platforma olduğunu\, bugünkü forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki\, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Azərbaycanda uğurlu islahatlar həyata keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov artıq Agentlik tərəfindən Masallıda “KOB Dostu” mərkəzinin yaradıldığını\, hazırda “KOB evləri”nin yaradılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki\, sahibkarlara “KOB evi”ndə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının xidmətləri\, çoxsaylı dəstək tədbirləri göstəriləcək. Eyni zamanda\, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB Evi” portalının yaradılması ilə bağlı işlər aparılır. Agentlik rəhbəri qurumun sahibkarlar\, investorlar\, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini\, bu baxımdan QDİƏT-na üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsinin faydalı olacağını qeyd edib. \nTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin önəmini qeyd edib\, “Vakıf Bankı”ın İdarə Heyətinin sədri Mehmet Özcan isə kiçik və orta sahibkarlığa dəstək tədbirləri və bu sahədə bankın gördüyü işlərə dair fikirlərini bölüşüb. \nBiznes forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, eləcə də Rumıniya Ticarət və Sənaye Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. \nTədbir “Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara Dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi\, regional dəyər zəncirinin yaradılması” və “Regional enerji layihələrinin QDİƏT-in üzv ölkələrində qeyri-neft sektorunun inkişafındakı rolu” mövzularında panel iclaslarla davam edib. \n“Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara Dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi\, regional dəyər zəncirinin yaradılması” mövzusunda paneldə çıxış edən KOBİA-nin İdarə Heyəti sədrinin müavini Nadir Adilov\, Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selcuk Akat\, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov\, ASK-nın Turizm\,mədəniyyət və mətbuat təşkilatları ilə iş komissiyasının sədr müavini Ceyhun Aşurov\, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn\, Rumıniya Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Virgin Goaga\, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədr müavini Fərid Əliyev\, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov\,  kiçik və orta biznes subyektləri arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib\, biznes dairələri arasında əlaqələrin qurulmasında və inkişafında QDİƏT-nın yaxşı platforma olduğunu vurğulayıblar. \nBiznes forum iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb. \n \n \n \n  \n \n
URL:https://ask.org.az/teqvim/bakida-qara-d-niz-regionunda-kicik-v-orta-sahibkarliginin-inkisafina-h-sr-olunmus-biznes-forum-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/11/IMG_6487-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20181102T100000
DTEND;TZID=UTC+4:20181102T180000
DTSTAMP:20260427T010748
CREATED:20181010T121737Z
LAST-MODIFIED:20181029T123421Z
UID:4637-1541152800-1541181600@ask.org.az
SUMMARY:Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək
DESCRIPTION:Cari ilin noyabr ayının 2-də Hyatt Regency otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) tərəfindən  Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaqdır. Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları\, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları\, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq\, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir. \nMəlum üçün qeyd edək ki\, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində  11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılmışdır. Hazırda Albaniya\, Azərbaycan\, Bolqarıstan\, Gürcüstan\, Ermənistan\, Yunanıstan\, Moldova\, Rumıniya\, Rusiya\, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir. Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək\, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir. Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edəcəkdir. \n
URL:https://ask.org.az/teqvim/bakida-beyn-lxalq-biznes-forum-keciril-c-k/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/10/esas.jpg
END:VEVENT
END:VCALENDAR