BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20190101
DTEND;VALUE=DATE:20200101
DTSTAMP:20260413T045753
CREATED:20190206T062528Z
LAST-MODIFIED:20190206T063109Z
UID:8435-1546300800-1577836799@ask.org.az
SUMMARY:2019-cu ildə Hindistanda keçiriləcək əsas ticarət sərgilərinin siyahısı
DESCRIPTION:\n\n\nNo.\nTədbir\nAy/İl\n\n\n1.       \n“Hindistan Sənaye Konfedrasiyası Əməkdaşlıq Sammiti” \nTarix: 12-27 yanvar 2019 \nKeçiriləcəyi yer: JW Marriott\, Sahar\, Mumbai\, Maharaştra\, Hindistan \nƏlavə məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edin: http://partnershipsummit.com/\n  \nYanvar 2019\n\n\n2.\n“INDUS FOOD” \nTarix: 14-15 yanvar 2019 \nKeçiriləcəyi yer: India Exposition Mart\, Böyük Hindistan \nƏlavə məlumat üçün www.indusfood.co.in/buyer saytına daxil ola bilərsiniz.\n\n\n3.\nSATTE 2019 – “Səyahət sərgisi” \nTarix: 16-18 yanvar 2019 \nKeçiriləcəyi yer:  India Expo Mart\, Greater Noida\, Delhi NCR\, India. Daha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: https://www.satte.in/\n\n\n4.\n2-ci Qlobal Tekstil Texnologiyası və Mühındisliyi sərgisi (GTTES 2019) \nTarix: 18-20 yanvar 2019 \nKeçiriləcəyi yer: Bombay Exhibition Centre\, Mumbai\, Hindistan. \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: www.gttes.india-itme.com\n\n\n5.\nPolad sənayesi üzrə 4-cü Beynəlxalq Sərgi və Konfrans– INDIA STEEL EXPO 2019 \nTarix: 22-24 yanvar 2019 \nKeçiriləcəyi yer: Bombay Exhibition Centre\, Mumbai\, Hindistan Daha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: \nhttp://indiasteelexpo.in\n\n\n6.\nLogix India 2019 – Beynəlxalq Alıcı-Satıcı Görüşü \nTarix: 31 yanvar – 2 fevral 2019 \nKeçiriləcəyi yer: Yeni Delhi\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: http://www.logix-india.com\n\n\n7.\n19-cu INDIASOFT və 2-ci INDIA ELECTRONICS EXPO 2018 sərgisi \nTarix: 4-5 fevral 2019 \nKeçiriləcəyi yer: Bangalore (Hindistan) \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: www.indiasoft.org\nFevral 2019\n\n\n8.\nTEPC India Telecom  \nTarix: 11-12 fevral 2019 \nKeçiriləcəyi yer:  Shangri – La’s Eros Hotel\, Yeni Delhi\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz:  https://bsm.telecomepc.in/\n\n\n9.\nMaritime Conclave 2019 \nTarix: 14-15 fevral 2019 \nKeçiriləcəyi yer:  Bhubaneşvar\, Orissa\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: www.maritimeinvest.in\n\n\n10.\n47-ci IHGF Delhi Sərgisi – Bahar 2019 \nTarix: 18-22 fevral 2019 \nKeçiriləcəyi yer:  India Expo Centre\, Böyük Noida\, Delhi\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: https://www.epch.in/index.php?option=com_content&view=article&id=81&Itemid=202\n\n\n11.\nQlobal İnvestorlar Sammiti 2019  \nTarix: 23-24 fevral 2019 \nKeçiriləcəyi yer:  Indore Brilliant Convention Centre\, Madhya Pradesh\, Hindistan. \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: \nwww.investmp.com\n\n\n12.\nA Grand Expo-cum konfransı  \nTarix: 04-05 mart 2019 \nKeçiriləcəyi yer:  Yeni Delhi\, Delhi \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: \nhttp://www.ghtc-india.gov.in\nMart 2019\n\n\n13.\n8-ci “Xidmətlər: Ticarət və Sənaye üçün İnkişafın Təminatçısı” mövzusunda Qlobal İqtisadi Sammit 2019  \nTarix: 06-08 mart 2019 \nKeçiriləcəyi yer: World Trade Centre Mumbai\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: http://wtcmumbai.org/ges2019\n\n\n14.\nCAPINDIA 2019\, 4-cü CAPINDIA  \nTarix: 26-28 mart 2019 \nKeçiriləcəyi yer:  Mumbai\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: www.capindiaexpo.com\n\n\n15.\nIPHEX 2019- Beynəlxalq Əczaçılıq və Sağlamlq sərgisi \nTarix: 10-12 aprel 2019 \nKeçiriləcəyi yer:  Helipad Exhibition Ground\, Gandhinagar\, Gujrat\, Hindistan \nDaha ətraflı məlumat üçün aşağıdakı veb səhifəyə müraciət edə bilərsiniz: http://iphex-india.com\nAprel 2019\n\n\n16.\n2-ci AgroWorld 2019 and FoodWorld 2019  \nTarix: 05-08 noyabr 2019 \nKeçiriləcəyi yer:  Yeni Delhi\, Hindistan \nƏlaqələndirici şəxs: \nAlok Sinha \nE-mail: dg@icfa.org.\nNoyabr 2019\n\n\n\n
URL:https://ask.org.az/teqvim/2019-cu-ild-hindistanda-keciril-c-k-sas-ticar-t-s-rgil-rinin-siyahisi/
CATEGORIES:Sərgilər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2019/02/taj-mahal-3585294_640.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20190208T093000
DTEND;TZID=UTC+4:20190208T130000
DTSTAMP:20260413T045753
CREATED:20190206T105737Z
LAST-MODIFIED:20190206T105737Z
UID:8445-1549618200-1549630800@ask.org.az
SUMMARY:“Biznes islahatları” mövzusunda seminar keçiriləcək
DESCRIPTION:Hörmətli Sahibkarlar\, \nSizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə “Biznes islahatları” mövzusunda keçiriləcək seminarda iştirak etməyə dəvət edirik. \nAzərbaycan Respublikası Prezidentinin 27 Avqust 2018-ci il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 431 nömrəli Sərəncamına əsasən həyata keçirilən biznes islahatları üzrə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiq olunan dövlət satınalmaları\, məhkəmə sistemi\, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatlar ilə bağlı İcra və Kommunikasiya Planlarının icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə “Biznes islahatları” mövzusunda seminar keçirəcəkdir. \nSeminarda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 1433-VQD nömrəli Qanunu\, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”\, “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”\, “Bəzi tikinti obyektlərinin tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı\, Dövlət satınalmaları sahəsində aparılmış islahatlar mövzusunda və digər islahatlar üzrə həyata keçirilən tədbirlər ilə bağlı məsələlər müzakirə ediləcəkdir. \nSeminar 8 Fevral 2019-cu il tarixində saat 9:30-da (9:30-dan 13:00-a qədər)  Landmark-da\, 90 A Nizami ünvanında baş tutacaq. \nZəhmət olmasa seminarda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçəsiniz: https://sahibkarliq.typeform.com/to/ERR7T7 \nSeminarın gündəliyi ilə buradan tanış ola bilərsiniz. \nQeydiyyat üçün Son Gün: 7 fevral\, saat- 16:00. \nƏlaqələndirici şəxs: Mehriban Qasımlı (tel: 012 465 72 42 (daxili 113)\, e-poçt: mgasimli@ask.org.az) \n
URL:https://ask.org.az/teqvim/biznes-islahatlari-movzusunda-seminar-keciril-c-k/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2019/02/51928506_6128674600141_856286143744835584_n.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20190208T093000
DTEND;TZID=UTC+4:20190208T130000
DTSTAMP:20260413T045753
CREATED:20190208T110722Z
LAST-MODIFIED:20190426T070157Z
UID:8456-1549618200-1549630800@ask.org.az
SUMMARY:“Biznes islahatları” mövzusunda seminar keçirilib
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  ilə birlikdə “Biznes islahatları” mövzusunda seminar keçirib. \nBirgə seminarın təşkil olunmasında məqsəd\, Azərbaycan Respublikası Prezidentinin biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılmasıdır. \nSeminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki\, ölkə Prezidenti İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək\, ölkənin bütün potensialını intellektual resursların\, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edilib. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: \n“Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış\, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış\, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş\, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Bu baxımdan ölkə iqtisadiyyatının\, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin\, bürokratik yoxlamaların aradan qaldırılması\, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri üçün yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini verməkdədir. Bu gün keçirilən seminarın da əsas məqsədi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması\, onların aparılan islahatlarda rolunun müzakirəsi ilə bağlıdır. Mən\, sahibkarları seminarda aktiv olmağa\, təkliflərlə çıxış etməyə səsləyirəm. Ümidvaram ki\, seminar ölkəmizdə aparılan iqtisadi islahatların icrasına töhfə verəcəkdir.” \nAzərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki\, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində biznes mühitinin yaxşılaşdırılması\, infrastrukturun təkmilləşdirilməsi\, dövlət dəstəyi\, makroiqtisadi və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafına xidmət edir: “Hazırda aparılan vergi və gömrük sahəsindəki islahatlar\, şəffaflıq\, hesabatlılıq\, rəqəmsallaşma\, nağdsız dövriyyənin genişlənməsi və “Doing Business” islahatları sahibkarların xərclərini və prosedurları azaldır\, onları daha rəqabətə davamlı edir. Struktur islahatları isə iqtisadiyyatın məhz özəl sektorun liderliyilə inkişafına hesablanıb. Bank sektorundakı yüksək likvidliyin (7\,1 mlrd. manat və ya aktivlərin 25%-i) real sektorun inkişafına yönəldilməsi üçün özəl sektor daha da fəal olmalıdır.” \nV.Qasımlı daha sonra bildirib ki\, Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatların və sosial proqramların düzgün olaraq sinxronlaşdırılması nəticədə insan amilinə xidmət edir. \n“Biznes islahatları” mövzusunda seminar panellər üzrə aparılıb. Seminar zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi\, Ədliyyə Nazirliyi\, Vergilər Nazirliyi\, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi\, Dövlət Gömrük Komitəsi\, “Azərişıq” ASC və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri iştirakçılar üçün təqdimatlar ediblər. \nOnlayn Vahid İxrac Ərizəsi\, sərhəddə ticarət\, məhkəmə sistemi\, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi\, elektrik təchizatı şəbəkələrinə qoşulma\, biznesə başlama\, dövlət satınalmaları sahələrində aparılmış iqtisadi islahatlar vizual infoqrafiklər vasitəsi ilə sahibkarlara bir daha izah olunub. \nSeminar zamanı bildirilib ki\, dövlət satınalmalarının vahid internet portalı ölkədə elektron satınalma modelinə keçidin təmin edilməsi və nəticə etibarı ilə\, təkmilləşdirilmiş nəzarət mexanizminin formalaşdırılması\, hökumətin satınalma planları\, tenderdə iştirak imkanları\, müqavilələrin bağlanması ilə bağlı məlumatların cəmiyyətin bütün üzvləri üçün əlçatan olması imkanı yaradıb. \nBundan başqa həyata keçirilən islahat tədbirləri nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması\, elektrik təchizatı şəbəkələrinə qoşulma\, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə prosedurların azalması\, müvafiq dövlət qurumları arasında inteqrasiya və elektron məlumat mübadiləsinin təşkil edilməsi ilə tələb olunan günlərin sayının azalması\, operativlik və şəffaflığın təmin olunması diqqətə çatdırılıb. \nHəmçinin\, məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da sadələşdirilib. Bundan əlavə\, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi nəticəsində xarici ticarət əməliyyatları sürətlənəcək. Azərbaycan ixracatçılarının vaxt və xərci azalacaqdır. \nSeminarda 50-dən artıq sahibkar iştirak edib. Qeyd edək ki\, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi\, rəqabətqabiliyyətinin artırılması\, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması\, operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci ilin dekabr ayının sonunda əsaslı biznes islahatları həyata keçirilib. \n
URL:https://ask.org.az/teqvim/biznes-islahatlari-movzusunda-seminar-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2019/02/52020581_2306810996218000_4884631542275506176_n.jpg
END:VEVENT
END:VCALENDAR