
- This event has passed.
“4-cü Qlobal Xidmətlər Sərgisi” keçiriləcəkdir
May 15, 2018 / 8:00 səhər - May 18, 2018 / 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!
Məlumat üçün bildiririk ki, 15-18 may 2018-ci il tarixlərində Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyinin Ticarət İdarəsi, Xidmətlərin İxracının Təşviqi Şurası və Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə Hindistanın Mumbay şəhərində “4-cü Qlobal Xidmətlər Sərgisi” keçiriləcəkdir.
Sərgi 22 xidmət sahəsi, o cümlədən İT və telekommunikasiya, bankçılıq və maliyyə xidmətləri, audio vizual xidmətlər, ekoloji xidmətlər, distribusiya xidmətləri, səhiyyə, turizm və digər xidmətlər üzrə əməkdaşlığa yönələcəkdir.
Qeyd edək ki, sərgidə iştirak edəcək 4 nəfər sahibkarın beynəlxalq nəqliyyat və mehmanxana xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.
Sərgi haqda ətraflı məlumatı www.gesindia.in web səhifəsindən əldə edə bilərsiniz.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42 (daxili:112)
E-mail: nhasanova@ask.org.az