BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180221T080000
DTEND;TZID=UTC+4:20180221T170000
DTSTAMP:20260517T014534
CREATED:20180618T015442Z
LAST-MODIFIED:20180723T061836Z
UID:1834-1519200000-1519232400@ask.org.az
SUMMARY:ASK-ilə Özbəkistan Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında  əməkdaşlıq haqqında  anlaşma memorandumu imzalanıb. Sənədi ÖTSP-nın sədri Adham İkramov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar. \nGörüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev\,  Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Adham İkramov\, Azərbaycanın Özbəkistan Respublikasında fövqaladə və səlahiyyətli səfiri Hüseyn Quliyev\, “Uzstroymaterialı” Səhmdar Şirkətinin sədri Botir Zaripov\, “Tashkent City” Unitar Müəssisəsinin direktoru Caxongir Artıkxocayev\, “Uzkimyesanoat” Səhmdar Cəmiyyətinin sədr müavini Dmitriy Pak\, Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini Laziz Kudratov\, “Uzbekneftqaz”\, “Navruz International Corp”\, “Middle Asia Rotoplast” şirkətlərinin  nümayəndələri və azərbaycanlı sahibkarlar iştirak ediblər. \nİmzalanma mərasimindən əvvəl Daşkənddə səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistan – Azərbaycan biznes forumunda iştirak ediblər. \nBu gün azərbaycanlı iş adamları Səmərqəndə yola düşəcək. Orada şəhər icra hakimiyyətinin rəhbərliyi və yerli sahibkarlarla görüş keçiriləcək. \nQeyd edək ki\, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması\, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır. \n  \n
URL:https://ask.org.az/teqvim/ask-il-ozb-kistan-ticar-t-v-s-naye-palatasi-arasinda-memorandum-imzalanib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.02.21.jpg
END:VEVENT
END:VCALENDAR