BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160930T080000
DTEND;TZID=UTC+4:20160930T170000
DTSTAMP:20260405T182748
CREATED:20180618T220220Z
LAST-MODIFIED:20180724T054933Z
UID:2173-1475222400-1475254800@ask.org.az
SUMMARY:ASK əməkdaşları Alper Çoşkunla vidalaşdılar
DESCRIPTION:Türkiyə Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri  cənab Alper Çoşkunun Azərbaycanda  diplomatik fəaliyyətinin başa  çatması ilə əlaqədar  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında vida mərasimi keçirilib. \nGörüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin  daha da genişləndirilməsini vurğulayan Məmməd Musayev iqtisadi sahədə mövcud əməkdaşlığı da xüsusilə yüksək qiymətləndirib. Qeyd olunub ki\, bugünədək qardaş ölkə ilə əlaqələrin təşkilində  və inkişafında qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin xüsusi rolu var. O\, azərbaycanlı iş adamlarının mütamadi olaraq Türkiyədə təşkil edilən sərgilərə\, konfranslara  dəvət almasında səfirliyin rolunun danılmaz olduğunu da istisna etməyib. \nSəfir Alper Coşqun Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi zamanı iki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələrinin qurulmasında   göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 4 il ölkəmizdə fəaliyyət göstərən səfir bildirib ki\, bu müddət ərzində  vəzifəsini icra etməklə  yanaşı\, qəlbində  Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb. \nDaha sonra Məmməd Musayev  səfir Alper Çoşquna iki ölkə arasında  iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. \nGörüş zamanı diplomatik fəaliyyəti başa  çatan Alper Çoşkun  Azərbaycan və Türkiyə Respublikası  arasında uğurlu əlaqələrin\, iş adamlarının qarşılıqlı əməkdaşlığına əsaslanan biznes münasibətlərinin təşkili və inkişafındakı xidmətlərinə görə Azərbaycan Sahibkarlar Konfederasiyasının Fəxri fərmanı ilə təltif edilibvə hədiyyə verilib. \nSəfir Alper Coşqun  diqqət və qayğıya görə təşəkkürünü bildirib. \n  \n
URL:https://ask.org.az/teqvim/ask-m-kdaslari-alper-coskunla-vidalasdilar/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.09.30-edit.jpg
END:VEVENT
END:VCALENDAR