skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK-nın məsul işçisi Bolqarıstanda işgüzar görüşdə olub

İyul 13, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Avropanın iqtisadiyyat və sosial komitəsinin işəgötürənlər qrupunun Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasının ev sahibliyi ilə  Bolqarıstanın Varna şəhərində 5 –8 iyul 2015-ci il tarixlərində  “Dayanıqlı artım və məşğulluq üçün yüksək rəqabətqabiliyyətli real sektor” mövzusunda keçirilən diskussiyada  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)     Təşkilatları Milli Konfederasiyasının Baş məsləhətçisi  Məhəmmədəli  Əfəndiyev iştirak edib.  O,həmçinin həmin qrupun İşəgötürənlər təşkilatlarının Beynəlxalq Əlaqələndirmə Şurası ilə birgə görüşündə və İşəgötürənlər təşkilatlarının Beynəlxalq Əlaqələndirmə Şurasında  da təmsil olunub.

Avropanın iqtisadiyyat və sosial komitəsinin işəgötürənlər qrupunun   tədbirində Bolqarıstan Baş nazirinin müavini, Əmək və sosial siyasət naziri İvaylo Kalfin, Bolqarıstanın İqtisadiyyat naziri Bojidar Lukarski, Bolqarıstanın Xalq məclisinin komissiya sədrləri Petr Knev və Menda Stoyanova,  Avropanın iqtisadiyyat və sosial komitəsinin işəgötürənlər qrupunun rəhbərləri və üzvləri Yaçek Kravçik, Boyidar Danev, Deyvid Sirs və Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasının sədri Vasil Velev çıxış ediblər.

Çıxışlar ətrafında diskusiyalarda digər iştirakçılar, o cümlədən Məhəmmədəli  Əfəndiyev  də fikirlərini bölüşüb.

İşəgötürənlər təşkilatlarının Beynəlxalq Əlaqələndirmə Şurasında Şuranın sədri , Qazaxstan işəgütürənlər Konfederasiyasının prezidenti Kadır Baykenov, Şura üzvü olan ölkələri , Rusiya Sənayeçiləri və Sahibkarları ittifaqının prezidenti Aleksandr Şoxin, Ukraina İşəgötürənlər Federasiyasını Vitse-prezidenti Aleksey Miroşniçenko, Polşa işəgötürənlərinin prezidenti Andjey Malinovski, Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasını sədri Vasil Velev, Latviya işəgötürənlər Konfederasiyasının prezidenti Vitali Qavrilovs, Belorusya Sənaye müəssisələri assosiasiyası “BelAPP”-ı Sədrinin müavini Svetlana Semenyu, Ukrayna Sənayeçilərin və Sahibkarların ittifaqının Jitomir vilayətinin işəgötürənlər birliyinin sədri Yuri Vorobyov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi təmsil olunublar.

Tədbirdə  Beynəlxalq Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan İşəgötürənlər Konfederasiyasının prezidenti Kadır Baykenovun  “Beynəlxalq Əlaqələndirmə Şurası ölkələrində və Kazaxıstan Respublikasında gənclərin məşğulluğu haqqında” məruzəsi dinlənilib və geniş müzakirə olunub.       Müzakirələrdə  iştirakçıların hamısı, o cumlədən ölkələrindəki  vəziyyət və görülən işlərlə bağlı məlumat veriblər.

Details

Tarix:
İyul 13, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top