
- This event has passed.
ASK-nın yeni üzvlərinə sertifikatlar verilib
İyul 21, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvləri siyahısına yeni şəxslər daxil olub. Ağcabədi rayonunda ASK-nın şöbə müdiri Bəhruz Kərimov onlara Konfederasiyanın həqiqi üzvləri olduğunu təsdiq edən sertifikatlar təqdim edib. Bugündən “Fidan” müəssisəsinin rəhbəri Əsədov Elnur, “AqroVilla” MMC-nin rəhbəri Baxşaliyev Elşad, “Sadiq-H” MMC-nin direktoru Hacıyev Əsgər, “Xəzər-AN” MMC –nin direktoru Abbasov Niyazi , “Tamam-N” MMC-nin direktoru Abbasov Yadigar, Ağcabədi rayon Kooperativ Cəmiyyətinin direktoru Məcidov Müseyib, Ağcabədi İctimai iaşə xidmətinin direktoru İsmayılov Akif , Ağcabədi Şəhər Ticarət Birliyinin rəhbəri İsmayılov Asif və fiziki şəxslər- İsmayılov Mənsur, Cəfərov Hikmət, Heydərov Habil, Kazımov Rasim, Həsənov Rəxşən, Hüseynova Sevda, Hümbətov Elnur, Kərimov Vüqar, İsmayılov Loğman, Şirinov İsmayıl Azərbaycan Sahibkarlar Konfederasiyasının tədbirlərində yaxından iştirak edəcəklər.