BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150904T080000
DTEND;TZID=UTC+4:20150904T170000
DTSTAMP:20260407T095418
CREATED:20180618T002717Z
LAST-MODIFIED:20180724T060237Z
UID:1733-1441353600-1441386000@ask.org.az
SUMMARY:ASK rəhbərliyi G20 qrupuna üzv ölkələrin tədbirində iştirak edib
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev  Ankara şəhərində keçirilən  Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq\, maliyyə nazirlərinin  və mərkəzi bank rəhbərlərinin iki gün davam edən toplantısında iştirak edib. Toplantıda Azərbaycan nümayəndə heyəti böyük tərkibdə təmsil olunmuşdur. G20 tədbiri   geniş  təcrübə mübadiləsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının gələcək fəaliyyəti üçün real zəmin yaratmışdır. \n3 sentyabr 2015-ci ildə tədbiri açıq elan edən   Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rifat Hısarcıklıoğlu  sözü Baş Nazirin müavini Cevdet Yılmaza verərək\, tədbirin önəmini diqqətə çatdırıb. \nTürkiyə Respublikasının prezidenti Rəcəp Ərdoğan  dünyada baş verən iqtisadi prosesləri təhlil edərək\, bu olaylarda  Türkiyənin rolu və G20 ölkələrinin qarşısında duran inkişaf perspektivləri və vəzifələri barədə  geniş məruzə edib. \nAçılış mərasimindən sonra TOBB iqamətgahında keçirilən müxtəlif  sessiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sessiyalarda B 20 ölkələrin  gündəliyində olan  dayanaq inkişaf\, Dünya KOM –lar (Kiçik  və Orta Müəssisələr) forumu\, dünya KOM-u ilə Dünya Bankı arasında imzalanma mərasimi\, G 20 –nin gələcəyi\, qarşıda duran qlobal idarəetmənin inkişafı ilə bağlı məsələlər öz əksini tapmışdır. \nForumun ikinci günündə  isə “Dünya infrastruktur bazarlarını irəliyə aparacaq istiqamətlər” barədə  sessiya öz işinə başlayıb. Bu sessiyalarda məşğulluq və iqtisadi inkişaf\, maliyyə bazarlarının genişləndirilməsi\, risklərin idarə edilməsi və imkanlardan bəhrələnmə\, korrupsiya ilə mübarizə\, dayanıqlı inkişaf üçün bioiqtisadiyyatın təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilmişdir. \nForumda əsas çıxışcı kimi təqdim edilən Türkiyənin Baş naziri Əhməd Davudoğlunun toplantıda çıxışı da iştirakçılar tərəfindən   maraqla qarşılanıb. Qlobal baxış və Türkiyənin G 20 sədrliyi mövzusundakı çıxışında dünya iqtisadiyyatındakı problemlərə ətraflı nəzər yetirərək\, o\, bu bu istiqamətdə çözüm yollarını izah etmiş\, Türkiyənin G 20-yə  sədrliyi dövründə həyata keçirdiyi  məsələlər barədə hesabat vermişdir. Əhməd Davudoğlu bildirmişdir ki\, iqtisadiyyatda sülh və qarşılıqlı anlaşma ən əlverişli yoldur\, iqtisadiyyatın inkişafı üçün birgə işləməyin  real qarantıdır. \nG20 ölkələrinin maliyyə nazirlərinin plenar sessiyasına Dünya Bankı\, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının rəhbərləri də  qatılmışlar. Toplantında “Beynəlxalq maliyyə arxitekturası”\, “Maliyyə tənzimlənməsi”\, “Beynəlxalq vergi problemləri” və digər mövzuları əhatə edən sessiyalarda qlobal iqtisadiyyat\, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları\, investisiya və infrastruktur\, maliyyə bazarlarının tənzimlənməsi\, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır. \nGünün ikinci yarısında keçirilən sesiyalarda XXI  əsrin ticarət istiqamətləri\, digital erasının daha da inkişaf etdirilməsi\, qadın biznesinin inkişafı\, yeni enerji sahələrinin müəyyən edilməsi\, aqrobiznes sahəsinin inkişafı və qlobal rəqabətlilik\, KOM-ların və sahibkarların inkiafı üçün  imkanların daha da genişləndirilməsi\, gələcəkdə əmək bazarının inkişafı (gənc sahibkarlıq və bacarıqların inkişafı)\, dünyada sahibkarlığın inkişafı üçün vəsaitlərin müvafiq paylaşdırılması\, istehsal zəncirində dövlətin və biznesin birgə iştirak imkanları\, cənub –şərqi Avropanın qlobal bazarlara inteqrasiyası  kimi önəmli mələlər müzakirə olunmuşdur. \nTürkiyə Mərkəzi bankının direktoru Erdem Başçı təşkil olunmuş və qlobal iqtisadiyyatla bağlı sessiyada  çıxış edən Beynəlxalq Valyuta Fondunun direktoru Christina Lagarda qadınlara  iqtisadiyyatda daha geniş yer ayrılmasını məqsədəuyğun hesab etmişdir.O\, bildirmişdir ki\, qadınların biznes həyatına çox sürətlə inteqsiyası  müsbət amildir\, amma bu tendensiya daha da genişləndirilməlidir. O\, bu məsələni  Türkiyə üçün aktual olduğunu  xüsusilə vurğulamışdır. İqtisadi böhrandan sonra kredit axını yeni-yeni əvvəlki vəziyyətinə qayıdır. Lagarda problemli kreditlərdən  də bəhs edərək\, şirkətlərin qarşısında duran əngəllər aradan qalxmasının\, bu sistemdə mövcud proseslərin sadələşməsinin də faydalı olacağını bildirmişdir. Kiçik və orta sahibkarlığa xüsusi diqqət göstərilməsinin vacibliyini də önə çəkmişdir. \n  \nQeyd etmək lazımdır ki\, Türkiyənin sədrliyi ilə G20 qrupunun ayrı-ayrı sahələri əhatə edən toplantıları Böyük İyirmilik ölkələrinin dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır. \nTürkiyədən sonra G20–yə sədrlik Çin Xalq Respublikasına keçəcək. \nForum çərçivəsində  Türkiyə Borsalar və Odalar Birliyi ilə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Kofederasiyasının prezidenti Məmməd Musayev TOBB-un katibi İstanbul Borsalar və Odalar Birliyinin sədri cənab İbrahim Çağlar ilə görüş keçirmişdir. Görüş zamanı  hər iki təşkilat arasında gələcək perspektivlər müzakirə olunmuş\,  TOBB-un təcrübəsindən bəhrələnmək imkanlarına dair razılığa gəlinmişdir. \n  \n  \n  \n
URL:https://ask.org.az/teqvim/ask-r-hb-rliyi-g20-qrupuna-uzv-olk-l-rin-t-dbirind-istirak-edib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.09.04-edit-452x400-1.jpg
END:VEVENT
END:VCALENDAR