BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180926T080000
DTEND;TZID=UTC+4:20180926T170000
DTSTAMP:20260415T024803
CREATED:20180926T061609Z
LAST-MODIFIED:20180926T080454Z
UID:4484-1537948800-1537981200@ask.org.az
SUMMARY:Avropa İnvestisiya Bankı  Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib. \nAvropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak bildirib ki\, ölkəmizə  səfəri çərçivəsində önəmli görüşlər keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərinin  Avropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeni  əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib. \nVazil Hudak bildirib ki\, Avropa İnvestisiya Bankı  yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər\, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər.  V. Hudak bildirib ki\,  şərtlərə əsasən maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər  ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 milyon  ABŞ dollardan az olmamaq şərtilə) qarşılamalıdırlar. \n \n“Avropa İnvestisiya Bankı layihəni dəyərləndirdikdən sonra büdcənin qalan hissəsini qarşılaya bilər. İstisna olaraq\,bərpa olunan enerji layihələrin 75%-ni dəstəkləməyə hazırıq. Lakin\, həmin şirkətlərin müvafiq balans hesabı olmalıdır. Biz həmçinin yerli tərəfdaşlarla  birgə əməkdaşlığa hazırıq\,”- deyə V.Hudak bildirib. \nMəmməd Musayev bildirib ki\, Avropanın nüfuzlu təşkilatının Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşündən məmnundur. Ölkəmizin özəl sektorun inkişafına göstərilən dövlət qayğısından söhbət açan M.Musayev ÜDM özəl sektorun payının artmasını\, günü-gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayının artdığını qeyd edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa hazır olduğunu deyib. \nDaha sonra gələcək əməkdaşlıaqla bağlı geniş fikir  mübadiləsi aparılıb. \n \n
URL:https://ask.org.az/teqvim/avropa-investisiya-banki-az-rbaycan-sirk-tl-rin-m-kdasliq-t-klif-edir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/09/IMG_5726.jpg
END:VEVENT
END:VCALENDAR