BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150422T080000
DTEND;TZID=UTC+4:20150422T170000
DTSTAMP:20260423T182115
CREATED:20180617T233526Z
LAST-MODIFIED:20180712T065248Z
UID:1677-1429689600-1429722000@ask.org.az
SUMMARY:“Azərbaycan- Almaniya Biznes Forumu” keçirilib.
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Almaniyanın Türingiya İqtisadi İnkişaf Agentliyinin təşkilatçılığı ilə  “Azərbaycan- Almaniya Biznes Forumu”nun keçirilib. \nBiznes forumda  Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri\, habelə Türingiyanın İqtisadi İnkişaf Agentliyinin rəhbərliyi  və Azərbaycanda fəaliyyət göstərən 60-dan çox yerli şirkətin təmsilçiləri  iştirak ediblər. \nMəlumat üçün bildirək ki\, Turingiyadan ölkəmizə işgüzar səfər edən   15-ə  yaxın  alman  şirkətləri arasında dünya şöhrətli “EPC Engineering”\, “Funkwerk”\, “Butzbach GmbH”\, “Lehnard” CEPT GmbH və s. kimi şirkətlər də mövcuddur. Bu şirkətlər  Azərbaycanda  tərəfdaş  tapmaq və  əməkdaşlıq  etmək  niyyətindədirlər. \nTədbiri açıq elan edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  vitse –prezidenti Vüqar Zeynalov Azərbaycan iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək\, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini\, son illər ölkəmizin etibarlı tərəfdaş olduğundan söhbət açıb. \nAzərbaycanın investisiya mühiti və biznes imkanları  haqqında AZPROMO-nun  rəhbərinin müşaviri  Natiq Mədətov maraqlı təqdimatla çıxış edib. \nAlmaniyanın Turinqiya bölgəsinin İqtisadi İnkişaf Agentliyinin direktoru Andres Kruyun  təqdimatı da iş adamları tərəfindən maraqla qarşılanıb.Andres Kruyun çıxışı zamanı iki ölkə sahibkarlıq təşkilatları arasında  mövcud iqtisadi əlaqələr barədə məlumat verərək\, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O\, Azərbaycan- Almaniya arasında  iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların\, işgüzar görüşlərin rolunun mühüm olduğunu   qeyd edib. \nTədbirdə  həmçinin   nəqliyyat  və  logistika\, memarlıq\, ekologiya və kimya sənayesi sahəsində  həyata keçirilən irimiqyaslı layihələr və alman iş adamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verilib.Biznes   forum  öz  işini   Azərbaycan və Almaniya  iş  adamlarının  ikitərəfli görüşləri ilə davam etdirib. \nGünel Yusifqızı \n
URL:https://ask.org.az/teqvim/az-rbaycan-almaniya-biznes-forumu-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.04.22-edit.jpg
END:VEVENT
END:VCALENDAR