BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20151118T080000
DTEND;TZID=UTC+4:20151118T170000
DTSTAMP:20260429T071407
CREATED:20180618T233532Z
LAST-MODIFIED:20180711T091751Z
UID:2269-1447833600-1447866000@ask.org.az
SUMMARY:Azərbaycan-İran biznes forumu keçirilib
DESCRIPTION:İran İslam Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin\, Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi\, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın “Pars Pegah Tejarat” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-İran biznes forumu keçirilmişdir. \nTədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı\, neft-qaz\, kimya sənayesi\, kənd təsərrüfatı və qida sənayesi\, tikinti\, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir. \nTədbirdə çıxış edən İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu\, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamışdır. Səfir Pakayin bu günkü biznes forumun da iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə\, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğulamışdır. \nAZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti\, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər\, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri\, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş və iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir. \nAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfederasiyanın fəaliyyəti və sahibkarlıq subyektləri ilə əməkdaşlığına dair məlumat vermişdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının iranlı iş adamları ilə birgə  əməkdaşlığını müsbət qiymətləndirib. Bildirib ki\, bugünədək hər iki tərəfdən olan  iş adamlarının əməkdaşlıq qurması üçün səy göstərən ASK  bundan sonra da bu istiqamətdə  fəaliyyətini davam etdirəcək. \n“Akkord” tikinti korporasiyasının vitse-prezidenti Samir Qasımov və İranın “Fulad Oksin” polad istehsalı şirkətinin nümayəndəsi Behranq Ehdayi təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər. Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir. \n  \n
URL:https://ask.org.az/teqvim/az-rbaycan-iran-biznes-forumu-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.11.18-edit.jpg
END:VEVENT
END:VCALENDAR