BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170911T080000
DTEND;TZID=UTC+4:20170911T170000
DTSTAMP:20260517T001522
CREATED:20180618T131148Z
LAST-MODIFIED:20180723T073922Z
UID:1996-1505116800-1505149200@ask.org.az
SUMMARY:Azərbaycan Sahibkarlar Konfederasiyası “2017 İpək Yolu Biznes Sammiti” və İpək Yolu beynəlxalq həftəsi”ndə təmsil olunub
DESCRIPTION:8-9 sentyabr tarixlərində Çin Xalq Respublikasının Syan şəhərində növbəti İpək Yolu Biznes Sammiti  və İpək Yolu Beynəlxalq həftəsi keçirilib. Adı çəkilən tədbirlər İpək Yolu Beynəlxalq Ticarət Palatası\, Beynəlxalq Ticarət üzrə Çin Komitəsi\, Şiansi əyalətinin Administrasiyası\, Çin Beynəlxalq Ticarət Palatası və Syan şəhərinin Administrasiyası tərəfindən birgə təşkil olunub. \nÇin Xalq Respublikasının Şanxi Əyalətinin paytaxt şəhəri olan və qədim İpək yolunun başlanğıc nöqtəsi sayılan Syan şəhərində toplaşan “Bir Kəmər\, Bir Yol” təşəbbüsünün iştirakçısı olan ölkələrdən 600-dək hökumət nümayəndələri\, eləcə də beynəlxalq biznes icmasının\, beynəlxalq maliyyə institutlarının\, diplomatik nümayəndəliklərin təmsilçiləri İpək Yolu üzərində azad iqtisadi\, biznes və ticarətin gücləndirilməsi\, özəl sektorun və biznesə dəstək təşkilatlarının bu prosesə fəal cəlb olunması istiqamətində birgə müzakirələr aparıb. \nAzərbaycan Sahibkarlar Konfederasiyası xarici tərəfdaşlarla\, xüsusilə beynəlxalq əhəmiyyətli İpək Yolu üzərində yerləşən ölkələrlə işgüzar əməkdaşlığın genişləndirməsinə böyük əhəmiyyət verir. Bu ilki sammitdə Konfederasiyanı Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Təranə Məmmədova təmsil edib. Qeyd edək ki\, Azərbaycan Sahibkarlar Konfederasiyası İpək Yolu Beynəlxalq Ticarət Palatasına qoşulan ilk təşkilatlardan biridir.  Ötən il keçirilən ilk sammit zamanı ASK-nın prezidenti Məmməd Musayev Palata  sədrinin müavini seçilmişdi. \n  \n
URL:https://ask.org.az/teqvim/az-rbaycan-sahibkarlar-konfederasiyasi-2017-ip-k-yolu-biznes-sammiti-v-ip-k-yolu-beyn-lxalq-h-ft-sind-t-msil-olunub/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.09.11-edit.jpg
END:VEVENT
END:VCALENDAR