BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20190413
DTEND;VALUE=DATE:20190415
DTSTAMP:20260516T205559
CREATED:20190221T060905Z
LAST-MODIFIED:20190221T061122Z
UID:8498-1555113600-1555286399@ask.org.az
SUMMARY:Bakıda “TRIZ Workshop and Meet-Up 2019: Towards Sustainable Innovation” keçiriləcək
DESCRIPTION:TRIZ nəzəriyyəsi\, XX əsrin ən aktual innovativ və yaradıcı metodologiyalarından biri hesab olunur və nəzəriyyə öz aktuallığını hələ də saxlamaqdadır. Hazırda qərb dünyası G.Altshuller-in innovasiya və innovasiya əsaslı iqtisadiyyat üçün yaratdığı TRIZ nəzəriyyəsindən istifadə edərək böyük uğurlara imza atarkən\, təəssüflər olsun ki\, bu nəzəriyyə Bakıda\, onun əsasının qoyulduğu şəhərdə unudulmuşdur. \nTRIZ metodologiyasını\, onun mənbəyi və Azərbaycanın elm və mədəniyyət mərkəzi olan Bakı ilə birlikdə təqdim etmək\, TRIZ ilə bağlı Azərbaycan elmi cəmiyyətini və biznes dünyasını maarifləndirmək və bu sahəyə marağı artırmaq məqsədilə\, 2019-cu il 13-14 aprel tarixlərində Bakı şəhərində “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Workshop and Meet-Up 2019: Towards Sustainable Innovation” tədbiri təşkil olunacaqdır. Tədbirdə hökumət nümayəndələri\, iş dünyasının\, o cümlədən elmi cəmiyyətin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. TRIZ nəzəriyyəsinin uğurla tətbiq edildiyi dünyanın müxtəlif ölkələrindən (Türkiyə\, ABŞ\, İngiltərə\, Hindistan\, İzrail\, Rusiya\, Almaniya\, Latviya\, Niderland) 12-si TRIZ masteri və mütəxəssisi olmaqla\, toplamda 14 məruzəçinin çıxış edəcəyi tədbirdə TRIZ nəzəriyyəsi\, onun müxtəlif fəaliyyət sahələrində tətbiqi imkanları və bu istiqamətdə ölkələrin və şirkətlərin uğur hekayələri haqqında təqdimat və çıxışlar təqdim olunacaqdır. \n \nHazırda dünyanın qabaqcıl dövlətləri və şirkətləri tərəfindən uğurla tətbiq olunan TRIZ metodologiyasının ölkəmizdə tətbiqi və onun mövcud sektoral problemlərə uyğunlaşdırılması imkanlarının müzakirəsi və gələcək yönümlü addımların atılması üçün TRIZ  ustaları və mütəxəssisləri ilə tədbirdə iştirak edəcək dövlət və özəl sektorun nümayəndələri arasında B2B görüş təşkil olunacaqdır. \nXüsusilə vurğulanmalıdır ki\, bu tədbir Bakıda\, eləcə də Azərbaycanda TRIZ nəzəriyyəsi ilə bağlı təşkil olunan ilk genişmiqyaslı tədbir olacaqdır. Bu istiqamətdə atılan addımların davamlılığının təmin olunması və bu tədbirin mütəmadi olaraq hər il ölkəmizdə təşkil olunması\, o cümlədən TRIZ ilə bağlı beynəlxalq və regional qurumlarla əməkdaşlıqların qurulması  nəzərdə tutulmuşdur. \nHesab edirik ki\, bu tədbir\, hazırda dünyanın qabaqcıl yenilikçi şirkətləri tərəfindən uğurla istifadə edilən TRIZ nəzəriyyəsini Azərbaycanın iş dünyasına və elmi cəmiyyətinə təqdim etmək və bu nəzəriyyəyə maraq oyatmaqla yeni və yaradıcı ideyaların biznesə inteqrasiya olunması\, innovasiya əsaslı davamlı inkişafa nail olunması yolunda mühüm töhfələr verəcəkdir. \nTədbir haqqında ətraflı məlumatı www.triz.az veb səhifəsindən əldə edə bilərsiniz. \n
URL:https://ask.org.az/teqvim/bakida-triz-workshop-and-meet-up-2019-towards-sustainable-innovation-keciril-c-k/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2019/02/2.jpg
END:VEVENT
END:VCALENDAR