BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171219T080000
DTEND;TZID=UTC+4:20171219T170000
DTSTAMP:20260404T025552
CREATED:20180618T211020Z
LAST-MODIFIED:20180712T073027Z
UID:2101-1513670400-1513702800@ask.org.az
SUMMARY:Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim keçirilib
DESCRIPTION:Cari ilin 11-14 dekabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin\, Beynəlxalq İşəgötürənlər Təşkilatının texniki dəstəyi  ilə Azərbaycan Sahibkarlar Konfederasiyası  tərəfindən əməyin mühafizəsi mütəxəssisləri üçün “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim təşkil edilmişdir. Təlimə 20-dən çox  iştirakçı qatılıb. \nBeynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi sahəsində təcrübəli ekspertləri Xorxe İllinvort və R.Litvyakov tərəfindən aparılan təlimdə iştirakçılar əməyin mühafizəsinin təşkilinə dair bilik və bacarıqlarını artırmışlar. \nQeyd edək ki\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  mütəmadi olaraq Azərbaycan işəgötürənləri üçün müvafiq sahələr üzrə işçilərin səriştələrinin\, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlər həyata keçirir. \nƏməyin mühafizəsi qanunvericiliklə tənzimlənən\, işçi-işəgötürən münasibətlərində çox önəmli yer tutan\, istehsalatda bədbəxt hadisələrin və qəzaların profilaktikasında həlledici mövqeyə malik bir sahədir. Bununla yanaşı\, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən\, əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. Əməyin mühafizəsi üzrə mütəxəssislərin\, mühəndislərin səriştələrinin\, bilik və bacarıqlarının artırılması işəgötürənlərin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. \nBütün bunları nəzərə alaraq\, Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə  əmək mühafizəsi mütəxəssislərinin “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlimini həyata keçirmişdir. Təlim ilkin mərhələdə 4 həftəlik distant tədrisi və imtahanı\,  4 günlük əyani intensiv təlimi və öyrənilmiş material əsasında imtahanı əhatə etmişdir. Təlimi müvəffəqiyyətlə başa vuran şəxslərə ilin sonunadək BƏT tərəfindən beynəlxalq təlimçi sertifikatlarının  təqdim edilməsi nəzərdə tutulur. Bu şəxslər gələcəkdə öz iş yerlərində və ya müxtəlif platformalarda bu sahə üzrə  təlim keçə bilmək\, monitorinq apara bilmək imkanlarına malik olacaqlar. \nTəlim həm işəgötürənlər\, həm də orada iştirak edən mütəxəssislər  tərəfindən  yüksək qiymətləndirilmişdir. Konfederasiya beynəlxalq təlimçi sertifikatını qazanacaq şəxslərlə gələcəkdə də əməkdaşlıq etməyi nəzərdə tutur. \n  \n  \n
URL:https://ask.org.az/teqvim/beyn-lxalq-m-k-t-skilati-il-birlikd-saglam-v-t-hluk-siz-m-yin-saslari-adli-t-lim-kecirilib/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.12.19-edit.jpg
END:VEVENT
END:VCALENDAR