BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20170203T080000
DTEND;TZID=UTC+4:20170203T170000
DTSTAMP:20260405T141215
CREATED:20180618T104846Z
LAST-MODIFIED:20180723T080403Z
UID:1868-1486108800-1486141200@ask.org.az
SUMMARY:Fermerlərin problemləri dinlənilib
DESCRIPTION:Azərbaycan Sahibkarlar Konfederasiyasında  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinin fermerlərlə görüşü keçirilib. \nGörüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Orxan Bayramov bildirib ki\, yaxın zamanda  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası birgə layihə həyata keçirməyi planlaşdırır. Bu müddət ərzində Konfederasiya  layihənin həyata keçirilməsinə lazımı dəstək göstərəcəkdir. Fermerlərə dəstək adlı layihə respublikanın müxtəlif regionlarını təmsil edən 10 fermer təsərrüfatını və müvafiq aqrar elm-tədqiqat müəssisələrini əhatə edəcək.  1 il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən seçilmiş 10 pilot fermer təsərrüfatında aqrar elm-tədqiqat müəssisələrinin mütəxəssisləri ilə birlikdə təsərrüfatların ehtiyaclarına uyğun olaraq müvafiq elmi-innovativ metodların tətbiq edilməsi\, fermerlərin maarifləndirilməsi\, mütəxəssislərin bilik və bacarıqlarının qiymətləndirilməsi vasitəsilə onların təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təsərrüfatların düzgün artotexniki qaydalara riayət edilməsinə əməli yardım göstəriləcəkdir. \nTədbirdə  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev bildirib ki\,  Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi üçün innovativ metodlardan istifadə edilməsi çox əhəmiyyətlidir. Belə ki\, zəngin təbii resurslara və iqlim mühitinə baxmayaraq məhdud torpaq və suvarma imkanları\, çoxlu sayda xırda təsərrüfatların mövcudluğu\, bir çox təsərrüfatlarda müasir aqrotexniki üsullardan az istifadə edilməsi və s. səbəblər üzündən fermer təsərrüfatları müəyyən vaxtlarda məhsuldarlıq və keyfiyyət göstəricilərinin aşağı olması problemi ilə üzləşirlər. Fermer təsərrüfatları bir sıra hallarda məhsul istehsalı zamanı yerli sort və toxumlardan az məlumatlı olduqlarından\, ehtiyat edərək ehtiyat edərək\, daha çox xarici sort və toxumlardan məhsul istehsalı zamanı istifadə edirlər. Aqrar sahədə müsbət dəyişiklərin əldə edilməsi üçün bu sahədə ixtisaslaşan alimlərin əldə etdiyi bilik və təcrübə ilə fermer təsərrüfatların imkanları bir araya gəlməli\, real sektorda mövcud olan problemlər və ehtiyaclar üzrə araşdırmalar aparılaraq bu sektorun intensiv inkişafına nail olunmalıdır. \nTədbirin sonunda fermerləri maraqlandıran suallar nazirlik rəsmiləri tərəfindən cavablandırılıb. Onları narahat edən məsələlərin tezliklə araşdırılacağına dair razılığa gəlinib. \n  \n
URL:https://ask.org.az/teqvim/fermerl-rin-probleml-ri-dinl-nilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.02.06-edit.jpg
END:VEVENT
END:VCALENDAR