BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180423T080000
DTEND;TZID=UTC+4:20180423T170000
DTSTAMP:20260417T142444
CREATED:20180419T012328Z
LAST-MODIFIED:20180628T085919Z
UID:1791-1524470400-1524502800@ask.org.az
SUMMARY:Gəncədə sahibkarlara qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə imkanları barədə seminar keçirilib
DESCRIPTION:Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə” mövzusunda tədbir keçirilib. \nGəncə-Qazax iqtisadi rayonunda çalışan 70-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Palatanın və Bakı Fond Birjasının əməkdaşları təqdimatlarla çıxış ediblər. Təqdimatlar “Kapital bazarları vasitəsilə maliyyələşmə”\, “Listinq məsləhət proqramı”\, “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”\, “Maliyyə bazarlarında investorların hüquqlarının müdafiəsi və maarifləndirilməsi” mövzularını əhatə edib. \nTədbiri giriş nitqi ilə açan ASK-nın vitse prezidenti Vüqar Zeynalov sahibkarları klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarından yararlanmağa çağırıb. \nKapital bazarlarına həsr olunmuş çıxışda Palatanın mütəxəssisləri tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları\, səhm və istiqraz emissiyaları\, fond birjasında listinqə çıxış\, korporativ idarəetmə\, eləcə də kapital bazarına aid digər məsələlər barədə məlumatlar verilib. \nBakı Fond Birjasının Biznesin İnkişafı qrupunun nümayəndəsi təqdimatında “Listinq Məsləhət Proqramı” haqqında danışıb. Qeyd edilib ki\, insanların kapital bazarları barədə məlumatsızlığını aradan qaldırmaq üçün Bakı Fond Birjası tərəfindən “Listinq Məsləhət Proqramı” yaradılmışdır. Bu proqram çərçivəsində maliyyə bazarları vasitəsilə maliyyələşmək niyyətində olan\, lakin bu bazar haqqında məlumatı olmayan şirkətlərə tam ödənişsiz əsaslarla peşəkar dəstək göstərilir. \nTədbirin sonunda Palata və Bakı Fond Birjasının əməkdaşları sahibkarları maraqlandıran sualları cavablandırıblar. \n  \n
URL:https://ask.org.az/teqvim/gencede-sahibkarlara-qiymetli-kagizlar-bazari-vasitesile-maliyyelesme-imkanlari-barede-seminar-kecirilib/
CATEGORIES:Seminar və təlimlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.04.23-edit.jpg
END:VEVENT
END:VCALENDAR