BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171207T080000
DTEND;TZID=UTC+4:20171207T170000
DTSTAMP:20260424T002957
CREATED:20180618T212708Z
LAST-MODIFIED:20180723T064719Z
UID:2123-1512633600-1512666000@ask.org.az
SUMMARY:Gülüstan əyalətinin başçısı Həsən Sadıqlı sahibkarları əməkdaşlığa dəvət edir
DESCRIPTION:İran İslam Respublikasının Gülüstan əyalətinin başçısı Həsən Sadıqlının  rəhbərlik etdiyi 30 sahibkardan ibarət nümayəndə heyəti  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşüblər. \nGörüz zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev ölkə prezidentinin son illər qeyri neft sektorunun\, xüsusilə də  biznes sektorunun inkişafı ilə bağlı həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan-İran ticarət əlaqələrinin inkişafı üçün ölkəmizdə  böyük potensial olduğundan söhbət açan M.Musayev mütəmadi olaraq iki ölkənin iş adamlarının birgə görüşlərinin keçirilməsini məqsədəuyğun hesab edib. \nGülüstan əyalətinin başçısı Həsən Sadıqlı bildirib ki\, ilk dəfədir ki\, Azərbaycana səfər təşkil olunur və görüşlər  iki ölkənin özəl sektorunun inkişafı baxımından əhəmiyyətli olacaq.  O\, Azərbaycan –İran hökumətlərarası əlaqələrindən razılığını dilə gətirib. Qeyd edib ki\, ölkə prezidentlərinin bugünədək 6 dəfə görüşləri keçirilib. Həsən Sadıqlı bildirib ki\, Gülüstan əyaləti də nəinki siyasi\, mədəni\, o cümlədən iqtisadi\, ticarət əlaqələrinin genişləndirilməsində olduqca maraqlıdır. \nAzərbaycan-İran arasında 1\,5 milyard dollar ticarət dövrüyyəsi olduğunu\, bu rəqəmin gələcəkdə daha da artırılması üçün yeni əməkdaşlıq imkanları qurmaq niyyətində olduqları da görüşdə diqqətə çatdırılıb. Qonaq deyib ki\, Gülüstan əyalətində 90 növ məhsul istehsal olunur\, 7 iqlim qurşağının hakim olduğu Gülüstan əyaləti əsasən   kənd təsərrüfatı məhsulları\, sənayesi  ilə məşhurdur. Həmçinin il ərzində 1mln. 500 min ton taxıl istehsal edirlər. \nDaha sonra Gülüstan əyalətinin ticarət palatasının sədri Ramazan Bahrami Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi başda olmaqla\, ASK-nın üzvü olan sahibkarları Gülüstan əyalətinə qarşılıqlı əməkdaşlıq yaratmağa dəvət edib. \nGörüşün sonunda  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  Gülüstan əyaləti  arasında işçi qrupunu yaradılması ilə bağlı razılığa gəlinib. Bildirilib ki\, bundan sonra Gülüstan əyalətində fəaliyyət göstərən   iş adamları ilə azərbaycanlı həmkarları arasında daha intensiv  iş aparılacaq. \n
URL:https://ask.org.az/teqvim/gulustan-yal-tinin-bascisi-h-s-n-sadiqli-sahibkarlari-m-kdasliga-d-v-t-edir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.12.07-edit.jpg
END:VEVENT
END:VCALENDAR