BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160415T080000
DTEND;TZID=UTC+4:20160415T170000
DTSTAMP:20260429T011221
CREATED:20180618T224726Z
LAST-MODIFIED:20180724T055345Z
UID:2231-1460707200-1460739600@ask.org.az
SUMMARY:İtaliya iş adamları ilə görüş keçirilib
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İtaliya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. \nGörüşdə çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə\, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini\, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki\, İtaliya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına böyük məbləğlərdə investisiya qoyulduğu vurğulanıb. Son dövrlər qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Vüqar Zeynalov bu istiqamətdə İtaliya iş adamlarının yeni texnologiyaların ölkəmizə gətirilməsində əhəmiyyətli rolu ola biləcəyindən də söhbət açdı. İki ölkənin özəl sektoru iləəməkdaşlığın genişləndirilməsi üçün münasib imkanların olduğunu\, bu əlaqələrin inkişafında İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib. \nAzərbaycana səfərindən məmnunluğunu ifadə edən nümayəndə heyətinin rəhbəri “İtaly Proqres” şirkətinin prezidenti xanım Teresa İngrao ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb. Teresa İngrao bildirib ki\, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaqdır. O\, həmçinin azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. \nGörüşdə mövcud əlaqələrin genişləndirilməsi\, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri də müzakirə olunub. Görüş daha sonra hər iki ölkənin iş adamlarının qarşılıqlı müzakirələri və təqdimatları ilə yekunlaşıb. \n
URL:https://ask.org.az/teqvim/italiya-is-adamlari-il-gorus-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2016.04.15-edit.jpg
END:VEVENT
END:VCALENDAR