BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180428T080000
DTEND;TZID=UTC+4:20180429T170000
DTSTAMP:20260527T030038
CREATED:20180618T012912Z
LAST-MODIFIED:20181011T130817Z
UID:1803-1524902400-1525021200@ask.org.az
SUMMARY:II Milli Mühasiblər Forumunun tam gündəliyi qəbul edilib\, o cümlədən iddiaçı spikerlərin məruzələri təsdiq olunub
DESCRIPTION:31 Mart 2018-ci il tarixində “Milli Mühasiblər Forumu”nun (MMF-in) nö­­­vbəti iclası keçirilib. Toplantıda 28-29 aprel 2018-ci il tarixində keçiriləcək II Milli Mühasiblər Forumunun tam gündəliyi qəbul edilib\, o cümlədən iddiaçı spikerlərin məruzələri təsdiq olunub. \nBununla yanaşı Forumda iştirak edənlərin təsdiq olunmuş siyahısının yaxın günlərdə tədbirin rəsmi saytında (www.mmf.az) və KİV-də işıqlandırılması da müəyyənləşdirilib. \n
URL:https://ask.org.az/teqvim/ii-milli-muhasibler-forumunun-tam-gundeliyi-qebul-edilib-o-cumleden-iddiaci-spikerlerin-meruzeleri-tesdiq-olunub/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/1524981117.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180428T080000
DTEND;TZID=UTC+4:20180429T170000
DTSTAMP:20260527T030038
CREATED:20180619T015510Z
LAST-MODIFIED:20181011T125328Z
UID:2453-1524902400-1525021200@ask.org.az
SUMMARY:Respublika üzrə II milli mühasiblər forumu keçiriləcəkdir
DESCRIPTION:Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın\, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraqAzərbaycan Respublikası Vergilər Nazirliyi\, Azərbaycan Respublikası Auditorlar Palatası\, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, İqtisadi Resursların Öyrənilməsi İB\, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər Birliyi birgə olaraq 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumunu keçirəcəklər. \nForumun reallaşmasında məqsəd Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi\, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların stimullaşdırılması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Tədbirdə mühasiblər\, alimlər\, ictimai xadimlər\, dövlət və özəl sektorun nümayəndələri bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq\, innovativ təkliflər irəli sürəcəklər. Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur spikerlər dəvət olunmuşdur ki\, bu da iştirakçıların peşə hazırlığının daha da artırılmasına\, mühüm biliklər əldə etmələrinə və tədbir boyu vaxtlarının səmərəli keçməsinə kömək edəcəkdir. Həmin spikerlər haqqında geniş məlumat http://mmf.az/#team səhifəsində verilmişdir. \nForumda bir ilkə də imza atılaraq əvvəlki tədbirdən fərqli olaraq məşhur spikerlərlə yanaşı mühasibat uçotu sahəsində yeni simaların üzə çıxması üçün hər kəsə məruzəçi kimi çıxış etmək imkanı yaradılmışdır. Təbii ki\, bu seçim əsasında aparılacaq. Buna görə də məruzəçi iddiasında olanlar Forumun rəsmi saytına – www.mmf.az – a daxil olub şərtlərlə tanış olmalı\, tələblərə müvafiq qaydada müraciət etməlidirlər. \nBu dəfəki Forum keçən ilkindən həm də öz rəngarəngliyi ilə də seçilir. Belə ki\, Forumda mühasibat uçotu sahəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin mühasibat uçotu sahəsində ən yaxşı treyneri\, jurnalı\, məqaləsi\, kitabı və proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Azərbaycanda bu sahə üzrə özünə güvənən şəxslər bacarıqlarını sınamaq üçün http://mmf.az/#musabiqe saytına daxil olub yarış şərtləri ilə tanış ola bilərlər. Qeyd edək ki\, qalibləri sonda pul mükafatları\, qiymətli hədiyyələr və sertifakatlar gözləyir. \nHesab edirik ki\, Forum iştirakçıları üçün ən maraqlı məqamlardan biri də mühasibat uçotu sahəsində Respublika üzrə II Breyn-Rinq yarışmasına qatılmaları olacaqdır. Bilik müsabiqəsi Forums iştirakçıları arasından mühasibat uçotu üzrə sual-cavab əsasında komandaların formalaşması ilə başlayır. Sonrakı mərhələlərdə isə suallar getdikcə çətinləşir\, özündə nəzəri və praktiki məsələləri ehtiva edir. Qalib komanda bir qayda olaraq mükafatlandırılır. Keçən ilki Breyn-Rinqdə qalib “HAYKS” komandasına Beynəlxalq Sertifikatlı ödənişsiz treyninq hədiyyə olunmuşdur. Həmin oyundan kiçik fraqment https://www.youtube.com/watch?v=HMpQsCgWJe0&feature=youtu.be özü də adamda böyük təəssürat oyadır. \nQeyd edək ki\, II Milli Mühasiblər Forumunda iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Forumun Təşkilat Komitəsi tərəfindən qarşılanmaqla yanaşı\, tədbirin 2-ci günü Azərbaycanın füsunkar məkanlarından olan Şamaxı və İsmayıllı rayonlarının ən gözəl güşələrində gəzinti də təşkil olunacaqdır. Hesab edirik ki\, bu da iş mühitindən ayrılaraq\, mühasiblərin illik yorğunluqlarını aradan qaldıracaqdır. Oxuyucular gecikməməli\, iştirak üçün müraciətə tələsməlidirlər. Məruzəçilər ən geci 15 fevral 2018-ci il tarixinə kimi qeydiyyatdan keçməlidirlər. Dinləyici kimi iştirak arzusunda olanlar isə 1 Mart 2018-ci il tarixinə qədər bu istəklərini Təşkilat Komitəsinə bildirməlidirlər. \nMüraciət etmək üçün www.mmf.az elektron saytında “Qeydiyyat” pəncərəsinə daxil olub elektron qaydada formanı tam doldurub göndərmək lazımdır. Bundan sonra elektron qeydiyyat formasında göstərdiyiniz e-mail ünvanınıza 3 gün ərzində xüsusi ərizə forması göndərilir. Həmin ərizəni tez bir zamanda tam doldurub ərizə gələn e-mail ünvana göndərməlisiniz. Bu da hələ iştirak hüququ əldə etməyiniz deyildir. Daha sonra 2018-ci ilin mart ayının ilk həftəsi MMF-in Təşkilat Komitəsinin üzvləri  ərizəçinin göndərdiyi məlumatları təhlil edərək tədbirin keçirilmə məqsədlərinə ən uyğun şəxsləri şeçəcəklər. Seçilmiş şəxslərə xüsusi dəvətnamələr göndəriləcək ki\, bununlada onlar Forumda tam iştirak hüququ əldə etmiş olacaqlar. \n
URL:https://ask.org.az/teqvim/respublika-uzre-ii-milli-muhasibler-forumu-kecirilecekdir/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/1524916272631849887_1000x669.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180429T080000
DTEND;TZID=UTC+4:20180429T170000
DTSTAMP:20260527T030038
CREATED:20180428T011601Z
LAST-MODIFIED:20181022T140345Z
UID:1785-1524988800-1525021200@ask.org.az
SUMMARY:Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib
DESCRIPTION:Aprelin 28-də II Milli Mühasiblər Forumu işə başlayıb. Forum Vergilər Nazirliyi\,Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, Auditorlar Palatası\, İqtisadi Resursların Öyrənilməsi İB\, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA)\, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM)\, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi\, Gənc Mühasiblər Birliyi\, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. \nForumun məqsədlərinə mühasibat uçotu\, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması\, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi\, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir. \nII Milli Mühasiblər Forumunun açılışında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  Prezidenti Məmməd Musayev Azərbaycanda aparılan iqtisadi siyasətin əsas istiqamətləri barədə danışıb. Bildirilib ki\, Azərbaycan iqtisadiyyatının qısa\, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində” nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb. Bu baxımdan ölkəmizdə maliyyə nəzarətinin\, maliyyə və vergi intizamının möhkəmləndirilməsi\, maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlığın və şəffaflığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir. \nVergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov bildirib ki\, milli mühasibatlığın və vergi sisteminin qarşısında duran mövcud çağırışların\, respublikada maliyyə\, uçot\, audit işinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılacaq effektiv addımların belə bir Forumda müzakirəsi olduqca faydalıdır. S.Məmmədxanov vergi sistemində aparılacaq islahatlarla bağlı Forum iştirakçılarına məlumat verib. Bildirilib ki\, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması\, vergilərini tam həcmdə və vaxtında ödəyən vergi ödəyicilərinin dəstəklənməsi\, vergidən yayınma ilə mübarizənin genişləndirilməsi\, vergi sistemində yeni informasiya texnologiyaları tətbiqinin davamlı olması qarşıda duran əsas məsələlərdir. \nForumun plenar iclasında Şamaxı rayon İcra Başçısının birinci I müavini Qasım Qasımov\, “Gilan Holdinq”in İdarə Heyətinin üzvü  Fuad Kərimov\, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev\, Türkiyənin İşık Universitetinin rektoru Cemal İbiş\, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov\, Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetitinin dekanı Vladimir Avdiyskiy çıxış ediblər. Natiqlər II Milli Mühasiblər Forumunun iqtisadi sektorda yeni çağırışlar üçün əlverişli platforma olacağına əminliklərini vurğulayıblar. \nForum müxtəlif bölümlərdə davam edib və mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər\, vergi qanunvericiliyi və mühasibat uçotu\, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu\, kommersiya qurumlarında mühasibat uçotunun problemləri\, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və s. mövzularda təqdimatlar və çıxışlar iştirakçılarının diqqətinə çatdırılıb. \nForumda həmçinin mühasibat uçotu və vergi sahəsində müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin nəticələri elan olunaraq qaliblər mükafatlandırılıblar. Burada mühasibat uçotu sahəsində ilin ən yaxşı jurnalı\, məqaləsi\, kitabı və proqram təminatı nominasiyaları üzrə müsabiqələr yer alıb. \n
URL:https://ask.org.az/teqvim/azerbaycanda-ii-milli-muhasibler-forumu-kecirilib/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.04.29.jpg
END:VEVENT
END:VCALENDAR