BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20171031T080000
DTEND;TZID=UTC+4:20171031T170000
DTSTAMP:20260407T095604
CREATED:20171031T134221Z
LAST-MODIFIED:20180723T065051Z
UID:2051-1509436800-1509469200@ask.org.az
SUMMARY:Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının Direktorlar Heyətinin növbəti toplantısında ASK fəal iştirak etmişdir.
DESCRIPTION:Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  Biznes Şurasının Direktorlar Heyətinin 26 oktyabr 2017-ci il tarixdə Kiyevdə keçirilmiş  növbəti  toplantısında ASK-nı Azərbaycan Sahibkarlar Konfederasiyasının Ukrayna Respublikasındakı nümayəndəsi Əli  Əliyev təmsil etmişdir. O\, tədbir iştirakçılarına ASK prezidenti Məmməd Musayevin salamlarını çatdırmış\, konfederasiyanın son aylardakı fəaliyyət istiqamətləri barədə müfəssəl məlumat vermişdir. \nTədbirə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin diplomatik dairələrinin və biznes sektorunun nümayəndələri-Azərbaycan\, Albaniya\, Bolqarıstan\, Ermənistan\, Gürcüstan\, Moldova\, Rusiya\, Rumıniya\, Türkiyə və Ukrayna təmsilçiləri  də qatılmışlar. \nGörüşdə Qara Dəniz hövzəsi enerji bazarının inkişaf etdirilməsi\, QDİƏT BŞ-nin Nizamnaməsinə dəyişikliklər edilməsi\, regional ticarətin və investisiyaların artırılması\, səmərəli nəqliyyat şəbəkəsinin yaradılması\, QDİƏT-in Biznes Şurasının əsas vəzifələri və prioritet fəaliyytə istiqamətlərinin maliyyələşdirilməsi və realizasiyası kimi məsələlər müzakirə edilmişdir. \nBundan əlavə\, hövzə ölkələrindəki kiçik və orta sahibkarlarlıq subyektlərinin bizneslərinin  davamlı inkişafı və  dəstəklənməsi haqqında müzakirələr iştirakçılar tərəfindən maraqla qarşılanmış\, ASK təmsilçisi tərəfindən bu istiqamətdə konkret təkliflər səsləndirilmişdir. \n  \n
URL:https://ask.org.az/teqvim/qara-d-niz-iqtisadi-m-kdasliq-t-skilatinin-biznes-surasinin-direktorlar-hey-tinin-novb-ti-toplantisinda-ask-f-al-istirak-etmisdir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2017.10.31.jpg
END:VEVENT
END:VCALENDAR