skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Quşçuların Beynəlxalq Forumu keçirilib

Avqust 5, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və  Avroasiya Quşçular Assosiasiyasının təşəbbüsü ilə 5 avqust 2015-ci il tarixdə  “Quşçuların Beynəlxalq Forumu”  keçirilmişdir.

Quş istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühim hadisə hesab olunan  forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təhcizat  məsələləri  müzakirə olunmuşdur.

Tədbirdə hökumət nümayəndələri, eləcə də avadanlıq,  yem əlavələri, baytarlıq preparatları təchizatçısı olan MDB və uzaq xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının və Avroasiya Quşçular  Assosiasiyasının üzvü olan müəssisələrin, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak etmişlər.

Forumun təntənəli açılışı ilə əlaqədar çıxış edənlər bu tədbirin xüsusi əhamiyyət daşıdığını  vurğulayıb, təməli  qoyulan əlaqələrin gələcəkdə öz bəhrəsini verəcəyinə əmin olduqlarını bildirdilər.

Tədbiri açıq elan edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda quşçuluq sahəsi son 15 ildə sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradıb. İntensiv inkişaf sayəsində ölkə  98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir.

Forumda bildirilib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq MDB ölkələrinə çıxış  nəzərdə tutulub.

Tədbirdə o da qeyd olunub ki, ölkədə ilk dəfədir kənd təsərrüfatı sahəsində quşçuluq daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradıb.

Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası ilə Avroasiya  Quşçuluq Assosiasiyası  arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan Sahibkarlar Konfederasiyasının  prezidenti Məmməd Musayev və Avroasiya  Quşçuluq Assosiasiyasının prezidenti  Sergey Şabayev imzalayıblar. Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək.

Daha sonra forum ayrı-ayrı sesiyalarla öz işini davam etdirib.

 

Details

Tarix:
Avqust 5, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top