BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20160819T080000
DTEND;TZID=UTC+4:20160819T170000
DTSTAMP:20260405T141425
CREATED:20180618T220626Z
LAST-MODIFIED:20180711T083626Z
UID:2179-1471593600-1471626000@ask.org.az
SUMMARY:“Quşçuların Beynəlxalq Forumu” keçirilib
DESCRIPTION:Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və Avrasiya Quşçular Assosiasiyasının təşəbbüsü Azərbaycan Quşçular Assosiasiyasının dəstəyi ilə  19 avqust 2016-ci il tarixdə  Bakı Biznes Mərkəzində   “Quşçuların Beynəlxalq Forumu”  keçirilib. \nTədbirdə hökumət nümayəndələri\, eləcə də avadanlıq\,  yem əlavələri\, baytarlıq preparatları təchizatçısı olan MDB və xarici dövlətlərin\, habelə digər maraqlı şirkətlərin\, Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının\, Azərbaycan Quşçular Assosiasiyasının\, Avrasiya Quşçular  Assosiasiyasının üzvü olan müəssisələrin\, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak  ediblər. \nTədbiri açıq elan edən Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti Məmməd Musayev  quşculuq sahəsində təcrübənin yayılması istiqamətində mühüm əhəmiyyət kəsb edən Beynəlxalq Quşçuluq Forumunun iştirakçılarını salamladı. \n\nsahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq təhlükəsizliyi əsas problem olduğu dövrdə hər bir ölkə öz əhalisini ərzaq məhsulları ilə təmin etmək ücün bir sıra dövlət proqramları həyata kecirilir.\n\nSon  illər ölkədə özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir\, demək olar ki\, sahibkarlıq yeni dövrə qədəm qoyur. İqtisadiyyatın bir çox sahələri kimi\, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər  sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı\, xarici ölkələrə ixrac potensialı da yaradılıb. İntensiv inkişaf sayəsində ölkə  98% quş əti\, 100% yumurta istehsalı ilə özünü təmin edir. Belə ki\, cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30\,4 min ton quş əti\, 342\,9 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10\,2 milyon baş olmuş\, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınmışdır. \nAzərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Forum iştirakçılarını salamladıqdan sonra Quşçuluq sahəsindəki vəziyyətdən\, həmin sahənin müasir standartlara  uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açmışdır. \nBu sahəyə daim dövlət dəstəyi göstərilmiş\, 2009-cu ildən başlayaraq  Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilmişdir. Nəticədə yeni quşçuluq kompleksləri inşa olunmuş\, fəaliyyət göstərən fabriklər yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur. Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artmışdır. İllik quş əti istehsalı 100 min tona\, yumurta istehsalı 1\,5 milyard ədədə çatmışdır. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur. \nQuş əti məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühim hadisə hesab olunan  bu forumda quşçuluqda yemlənmə\, baytarlıq\, zootexnika və müasir avadanlıqlarla təhcizat  məsələləri  müzakirə olunmuşdur. \nAvrasiya  Quşçuluq Assosiasiyasının  prezidenti  Sergey Şabayev Avrasiya Quşçular Assosiasiyasının qarşısında duran hədəflərdən söhbət açıb.  Sergey Şabayev  bildirib ki\, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu sahədə qarşılıqlı  əməkdaşlıq Azərbaycanda quşçuluğun  inkişafına təkan vermiş olar. \nForumda  eyni zamanda bildirildi ki\, hazırda quş ətinin ixracı üçün xarici bazarlar  axtarılır\, ilkin olaraq MDB ölkələrinə çıxış  nəzərdə tutulmuş\, ölkədə ilk dəfə olaraq kənd təsərrüfatının quşçuluq sahəsində daxili tələbatı ödəməklə yanaşı\, xaricə ixrac imkanı da yaradılmışdır. \nDaha sonra forum ayrı-ayrı sesiyalarla öz işini davam etdirib. \nQeyd edək ki\, ötən il keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası ilə Avrasiya  Quşçuluq Assosiasiyası  arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdı. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı\, bu sahədə analitik məlumatların hazırlanması\, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da  həyata keçirilir. \n  \n
URL:https://ask.org.az/teqvim/quscularin-beyn-lxalq-forumu-kecirilib-2/
CATEGORIES:Biznes forumlar
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/1cf2b966b266a8c783f1ff867ca656d3.jpg
END:VEVENT
END:VCALENDAR