
- This event has passed.
Kiyevdə “Bazara sürətlə daxilolma qabiliyyətinə malik istehsal malları” (FMCG) adlı14-cü Sənaye Forumu keçiriləcək
Sentyabr 30, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Məlumat üçün bildiririk ki, 30 sentyabr 2015-ci il tarixində Ukrayna Sənayeçilər və Sahibkarlar Birliyinin (ULİE) təşkilatçılığı ilə Kiyevdə “Bazara sürətlə daxilolma qabiliyyətinə malik istehsal malları” (FMCG) adlı 14-cü Sənaye Forumu keçiriləcəkdir.
Forum Ukraynada pərakəndə ticarətlə məşğul olan 30-dan çox aparıcı şirkəti və 200-dən çox Ukrayna, MDB, Avropa , eləcə də FMCG istehsalçıları, qida və içki distribüterlərini bir araya gətirəcəkdir.
14-cü Sənaye Forumusahibkarlara Müqavilələrin Mübadiləsi yolu ilə Ukraynanın ən böyük pərakəndə satış şəbəkələri və özəl istehsalçı şirkət nümayəndələri ilə əməkdaşlıq etmək imkanı verəcəkdir.
Sizi sözügedən forumda iştiraka dəvət edirik.
Tədbirdə iştirak edəcəyiniz təqdirdə şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını, əlaqə telefonunu və vəzifəsini ASK-ya bildirmənizi xahiş edirik.
Forum haqda ətraflı məlumat və qeydiyyat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz.
http://meetingpoint.ua/eventlist/view/lang/en/id/281
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 43
E-mail: nhasanova@ask.org.az