
- This event has passed.
İstanbulda “Premiere Vision İstanbul – Moda” sərgisi keçiriləcək
Oktyabr 20, 2015 / 8:00 səhər - Oktyabr 23, 2015 / 5:00 axşam UTC+4

Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat üçün bildirir ki, 20-23 oktyabr 2015-ci il tarixlərində İstanbulda “Premiere Vision İstanbul – Moda” sərgisi keçiriləcəkdir.
Sərgidə tanınmış modelyerlər və onların 2015-2016-ci illərdə dəbdə olacaq geyim kolleksiyaları nümayiş olunacaqdır.
Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.
Səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) Türkiyə tərəfindən qarşılanacaqdır.
Sizi “Premiere Vision İstanbul – Moda” sərgisində iştiraka dəvət edirik.
Ətarflı məlumat üçün ASK-ya müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 43
E-mail: nhasanova@ask.org.az