BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180219T080000
DTEND;TZID=UTC+4:20180219T170000
DTSTAMP:20260521T022358
CREATED:20180219T015610Z
LAST-MODIFIED:20180628T090528Z
UID:1837-1519027200-1519059600@ask.org.az
SUMMARY:Səfir: Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verirəm
DESCRIPTION:Bu gün Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edəcək. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti\, qida\, proqram təminatı\, turizm\, maliyyə\, qablaşdırma\, tekstil və başqa  sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. \nSəfər zamanı Məmməd Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Azərbaycanlı iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla  görüşlər keçirəcək. \nDaşkənddə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında  anlaşma memorandumunun imzalanması gözlənilir. \nSəfərlə əlaqədar Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri   Şerzod Fayziyev ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb. \nASK- nın fəaliyyəti haqqında ətraflı məlumat verən Məmməd Musayev bildirib ki\,Konfederasiyanın əsas vəzifələrindən biri dövlət hakimiyyəti orqanları  qarşısında sahibkarların mənafelərini müdafiə etməkdir. \nÖlkədə sahibkarlığın inkişafına Azərbaycan hökumətinin dəstəyindən danışan Məmməd Musayev bildirib ki\, son illər ölkədə  texnoloji parkların yaradılması\, qanunvericiliyin təkmilləşdirilməsi və islahatların aparılması sahibkarlığın inkişifına böyük təkan verib. \nXarici investisiyaların qorunmasında sahibkarlar üçün  dövlət təminatının mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Musayev bildirib ki\,  investisiyaların təşviqi məqsədilə  Azərbaycanda xarici investorlar üçün bir sıra güzəştlər müəyyən olunub. \nSəfir isə öz növbəsində bildirib ki\, Özbəkistanın yeni rəhbərliyi altında ölkədə prioritet sahələrin inkişafı ilə bağlı beş illik strateji plan qəbul olunub və bu istiqamətdə ölkəsinin Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var. Səfir qeyd edib ki\, Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini və investisiya mühitinin yaxşılaşdırılmasını əhatə edir. \nDiplomat Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verdiyini bildirib: “Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm\,”- deyə səfir bildirib. \nQeyd edək ki\, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması\, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır. \nSəfər müddətində keçiriləcək görüşlərlə bağlı  məlumatları  ASK-nın Facebook səhifəsindən əldə edə bilərsiniz. https://www.facebook.com/sahibkarlar/ \n  \n
URL:https://ask.org.az/teqvim/sefir-ozbekistan-hokumeti-adindan-azerbaycanli-is-adamlarinin-investisiyalarina-tam-zemanet-verirem/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.02.19-edit.jpg
END:VEVENT
END:VCALENDAR