BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180315T080000
DTEND;TZID=UTC+4:20180315T170000
DTSTAMP:20260417T190445
CREATED:20180618T013615Z
LAST-MODIFIED:20180723T060403Z
UID:1808-1521100800-1521133200@ask.org.az
SUMMARY:Türkmənistan səfirliyi iki ölkənin özəl sektoru arasında əlaqələrin inkişafında maraqlıdır
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Türkmənistanın ölkəmizdəki  fövqəladə və səlahiyyətli   səfiri Mekan İşanquliyevlə görüşüb. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə  mövcud vəziyyəti\, ticarət əlaqələrinin\, investisiya  imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri  müzakirə edilib. \nGörüş zamanı Azərbaycan iqtisadiyyatı\, xüsusilə də özəl sektor haqqında ətraflı məlumat verən Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən\, bu sahəyə  göstərilən dövlət qayğısından söhbət açıb. Qardaş Türkmənistan və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq münasibətlərindən danışan Məmməd Musayev  bildirib ki\, iki ölkə arasında  iqtisadi\, nəqliyyat sahələrində əməkdaşlıq nümunələrimiz var. Bununla yanaşı özəl sektorun digər sahələrində  də  əlaqələrin inkişaf etdirilməsinə ehtiyac duyulur . M.Musayev  türkmən  iş adamlarını  azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib. \nSəkkiz aydır ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini deyən  Mekan İşanquliyev bildirib ki\, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində iş aparır. İqtisadi sektorda əlaqələrin inkişafında maraqlı olduğunu deyən diplomat\,  gələckdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq etmək niyyətində olduğunu diqqətə çatdırıb. \nGörüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkmənistanın Ticarət və Sənaye Palatası arasında  gələcək əməkdalıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib. \n
URL:https://ask.org.az/teqvim/turkm-nistan-s-firliyi-iki-olk-nin-oz-l-sektoru-arasinda-laq-l-rin-inkisafinda-maraqlidir/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.03.153-edit.jpg
END:VEVENT
END:VCALENDAR