BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180315T080000
DTEND;TZID=UTC+4:20180315T170000
DTSTAMP:20260417T174114
CREATED:20180618T013118Z
LAST-MODIFIED:20180723T060518Z
UID:1805-1521100800-1521133200@ask.org.az
SUMMARY:“Universitetlərimizin tədqiqatlarla bağlı hazır məhsulları olmalıdır» -ASK-nın prezidenti Məmməd Musayev
DESCRIPTION:Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Dövlət İqtisad Universiteti  (UNEC) ilə birgə “Novruz mühazirələri çərçivəsində iqtisadiyyat\, biznes və universitet arasında qarşılıqlı vəhdət: Qlobal çağırışlar və yeni imkanlar” mövzusunda elmi-praktik konfrans keçirib. \nTədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası\, eləcə də digər qurumlar arasındakı əlaqələrə toxunub. O\, bugünün əmək bazarına cavab verən kadrları yetişdirmək təhsil ocağının sahibkarlarla birgə işləməyə hazır olduğunu bildirib. \nASK-nın prezidenti Məmməd Musayev tələbələrin biznes mühitində formalaşmasına diqqət çəkib. \n“Universitetlərimizin  tədqiqatlarla bağlı hazır məhsulları olmalıdır. Bu araşdırmalar daha konseptual xarakter daşıya bilər\, sahibkar yalnız onun bir hissəsindən istifadə edə bilər. Bu gün iqtisadiyyatda bəzən tələb təklifi yox\, təklif tələbi yaradır. Əgər bizim sahibkarlar görsələr ki\, universitetlərimizdə onların fəaliyyətinin səmərəliliyinə təsir göstərəcək hazır işlər var\, onlar özləri sizə yaxınlaşacaqlar.Bu gün UNEC-in tələbələri fəallıqları ilə seçilirlər. Görülən işlər kimi\, görüləsi işlər də çoxdur və bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyik”\, – M.Musayev deyib. \nTədbirdə çıxış edənlər vurğuladılar ki\, müasir əmək bazarında sürətlə baş verən  dəyişikliklər  və çağırışlar fonunda ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanmasın zərurəti yaranır. Çıxışçılar bildiridilər ki\,universitetlər mütəxəssislər hazırlayarkən  mütləq əmək bazarının tələblərini və ehtiyaclarını nəzərə almalıdırlar.Bu istiqamətdə sahibkarlıq subyektləri ilə təhsil ocaqlarının  sıx əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı. Bunun üçün  sahibkarların iştirakı ilə  belə görüşlərin davamlı olaraq keçirilməsi təklif olundu. \n
URL:https://ask.org.az/teqvim/universitetl-rimizin-t-dqiqatlarla-bagli-hazir-m-hsullari-olmalidir-ask-nin-prezidenti-m-mm-d-musayev/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2018.03.15-edit.jpg
END:VEVENT
END:VCALENDAR