BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20180921T080000
DTEND;TZID=UTC+4:20180921T170000
DTSTAMP:20260405T142610
CREATED:20180921T114147Z
LAST-MODIFIED:20180921T114351Z
UID:4384-1537516800-1537549200@ask.org.az
SUMMARY:Vladimir vilayətindən olan sahibkarlarla ASK-da görüş keçirilib
DESCRIPTION:Rusiyanın Vladimir regionunun sahibkarlarından ibarət nümayəndə heyəti ASK-da işgüzar görüş keçiriblər.\nGörüşdə ASK-nın Baş katib əvəzi Kristina Məmmədova\, Baş katibin müavini Fuad Hümbətov\, Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Arif Nəcimov və Dövlət orqanları\, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Nurlana Həsənova iştirak edib. ASK-nın rəhbərliyi adından qonaqları və sahibkarları salamlayan Kristina Məmmədova\, ASK-nın fəaliyyəti barədə ətraflı məlumat vermiş\, ölkəmizdə və xaricdə fəaliyyət göstərən sahibkarlar üçün ASK həmişə öz imkanları çərçivəsində dəstək olmağa hazır olduğunu vurğulamışdır. \nVladimir vilayətinin ixraca dəstək mərkəzinin direktoru xanım Lyubov Piskunovanın rəhbərlik etdiyi nümayəndə heyətinə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və şirkət rəhbərləri daxildir. Görüşdə “Vladimir Steklo” MMC\, “BioXimFarm” MMC\, “Modul” MMC\, “Adqeziv” MMC\, “Evis Hand Made” MMC şirkət rəhbərləri və digər sahələri (qida\, ağac emalı\, şüşə istehsalı və maşınqayırama sənayesini) təmsil edən sahibkarlar da öz fəaliyyətləri barədə kiçik şifahi təqdimatlar etmiş və gələcəkdə Azərbaycanın sahibkarları ilə əməkdaşlığın təşkilati işlərində ASK-nın dəstəyini gözlədiklərini bildirmişdirlər. \nNümayəndə heyəti adından xanım Lyubov Piskunova ASK ilə Vladimir regionunun ixraca dəstək mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanmasını da təklif etmişdir ki\, bu da həm iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsinə\, həm də sahibkarlar üçün yeni imkanların yaradılmasına təkan verəcəkdir.\nGörüş müxtəlif sualların cavablandırılması və yeni əməkdaşlıqların qurulması mexanizmləri barədə müzakirələr ilə yekunlaşmışdır. \n \n \n \n \n
URL:https://ask.org.az/teqvim/vladimir-vilay-tind-n-olan-sahibkarlarla-ask-da-gorus-kecirilib/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/09/IMG_5546.jpg
END:VEVENT
END:VCALENDAR