BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ASK - ECPv4.6.20.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ASK
X-ORIGINAL-URL:https://ask.org.az
X-WR-CALDESC:Events for ASK
BEGIN:VEVENT
DTSTART;TZID=UTC+4:20150818T080000
DTEND;TZID=UTC+4:20150818T170000
DTSTAMP:20260407T131912
CREATED:20180618T002158Z
LAST-MODIFIED:20180724T060536Z
UID:1727-1439884800-1439917200@ask.org.az
SUMMARY:Yerli şirkətlərlə transmilli şirkətlər arasında əlaqələr müzakirə olunub
DESCRIPTION:Beynəlxalq Əmək Təşkilatının  eksperti  John Bliekin  Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  olub. ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanovla birgə keçirilən görüşdə Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında  gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. \nBeynəlxalq Əmək Təşkilatının  eksperti John Bliek  bildirib ki\, Beynəlxalq Əmək Təşkilatının Moskva ofisində 9 aydır ki\, fəaliyyət göstərir. Bundan sonra çalışacaq ki\, öz təcrübəsini üzv təşkilatlarla bölüşərək\, bazar araşdırması aparmaqla təlim və tədbirlərin mövzusunu müəyyənləşdirsin.Ölkəmizə səfərinin məqsədi haqqında məlumat verən qonaq  bildirib ki\, transmilli şirkətlərin fəaliyyəti \, onların hökumət və yerli şirkətlərlə əməkdaşlığını müzakirə etməklə çalışacaq ki\, gələcəkdə bu sahəyə öz tövhəsini versin. \nAzərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən   ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanov qeyd etdi ki\, ölkəmizdə  transmilli şirkətlər öz işlərini istənilən standartlara uyğun quraraq fəaliyyət göstərirlər. Onların sayı kifayət qədər olsa da\, lakin   transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalər hələ də  arzuolunan səviyyədə deyil. Transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalərin güclənməsinə ehtiyac olduğunu deyən M.Mehmanov bu sahədə Beynəlxalq Əmək Təşkilatının təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da bildirib. \nBeynəlxalq Əmək Təşkilatının əməkdaşlıqdan məmnunluq ifadə olunan görüşdə daha faydalı əməkdaşlıq üçün məsləhətlər verilib. \nJohn Bliek görüşə  görə təşəkkür etmiş\, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirmiş\,Beynəlxalq Əmək Təşkilatının  Azərbaycanla\, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa önəm verdiyini\, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini dilə gətirib. \n
URL:https://ask.org.az/teqvim/yerli-sirk-tl-rl-transmilli-sirk-tl-r-arasinda-laq-l-r-muzakir-olunub/
CATEGORIES:Press-relizlər
ATTACH;FMTTYPE=image/jpeg:https://ask.org.az/wp-content/uploads/2018/06/2015.08.18-edit.jpg
END:VEVENT
END:VCALENDAR