Azərbaycan Sahibkarlar Konfederasiyası vakansiyalar elan edir!
Azərbaycan Sahibkarlar Konfederasiyası “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Press-relizlər, informasiya xəbərləri, məqalələr yazmaq;
- PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək
- İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
- KİV, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələri inkişaf etdirmək;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi
Namizəd üçün irəli sürülən tələblər:
- Jurnalistika üzrə ali təhsil;
- Ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı;
- Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
- Komandada işləmək və idarəetmə bacarığı.
İş şərtləri:
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
Maraqlananlar CV-lərini hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.
_________________________________________________________________________________
Azərbaycan Sahibkarlar Konfederasiyası “Kargüzarlıq üzrə mütəxəssis” vəzifəsi üzrə təcrübə proqramı elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Gələn məktubların qəbul edilməsi, qeydə alınması və şöbələrin icraatına təqdim edilməsi;
- Gedən məktubların qeydiyyatı;
- Həftəlik işgüzar təqvimin hazırlanması (görüşlərin, tədbirlərin qeydiyyatı);
- Ofisə daxil olan zənglərin cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
- Təşkilatdaxili digər hazırlanmış sənədlərin qeydiyyatının aparılması;
- Gördüyü işlər barədə hesabatın təqdim edilməsi.
Namizəd üçün irəli sürülən tələblər:
- Ali təhsil, III və IV kurs tələbələri.
- Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı;
- Komandada işləmək, güclü dinləmə və kommunikasiya qurmaq bacarığı.
İş şərtləri:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
- Təcrübə müddəti – 3 ay
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
Maraqlanan şəxslər CV-lərini hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “Mütəxəssis (təcrübə)” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.
______________________________________________________________________________________________________________________________________
Azərbaycan Sahibkarlar Konfederasiyası “Hüquqşünas” vəzifəsi üzrə təcrübə proqramı elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrin və təşkilatdaxili digər sənədlərin hazırlanması;
- Şöbəyə daxil olan sahibkarların şikayətləri və təklifləri ilə bağlı məktubların hazırlanması;
- Daxil olmuş məktubların statistikasının aparılması və arayışların hazırlanması;
- Hüquqi məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavabların hazırlanması;
- Gördüyü işlər barədə hesabatın təqdim edilməsi;
- Konfederasiya tərəfindən həyata-keçirilən layihə və proqramlarda iştirak.
Namizəd üçün irəli sürülən tələblər:
- Hüquqşünaslıq ixtisasi üzrə ali təhsil, həmçinin, hüquqşünaslıq ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri;
- Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı;
- Komandada işləmək, güclü dinləmə və kommunikasiya qurmaq bacarığı.
İş şərtləri:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
- Təcrübə müddəti – 3 ay
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
Maraqlananlar CV-lərini hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “Hüquqşünas (təcrübə)” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.